Canqulutəpə – Babək rayonu ərazisində dağ (hünd. 826,3 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın mənsəbinin sol sahilində, Araz su qovşağının su anbarından 1 km şimaldadır. Orta Miosenin Konka mərtəbəsinə aid Tumbul lay dəstəsinin maili yatan çökmə süxurlarından təşkil olunmuş yastı yüksəklikdir. Hər tərəfdən Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntülərlə əhatə edilmişdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin maili cənub-qərb cinahında yerləşir.[1]
Canqulutəpə | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 826,3 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |