CANSIZ

sif.
1. Canlılar aləminə mənsub olmayan, canı olmayan. Cansız təbiət. Cansız materiya.
// Həyat əlaməti olmayan, ölü, ruhsuz. Cansız bədən.
2. Ölgün, tabsız, gücsüz, taqətsiz, zəif.
Gülsüm öz yerində belə möhkəm oturmuşdu ki, deyəsən, cansız bir şeydir. C.Məmmədquluzadə.
[Hacı Mehdi:] And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar. Ə.Haqverdiyev.

// Arıq, sısqa, cılız.
Emma cansız, arıq, nazik, lətif bir alman qadını idi… E.Sultanov.
İmran kişi üzdən arıq və cansız görünən, ucaboy, şaxdayanan, düzqamətli bir kişi idi. M.Hüseyn.

Синонимы

  • CANSIZ arıq — sısqa — cılız
  • CANSIZ ölgün — ölüvay — key — süst
  • CANSIZ gücsüz — qüvvətsiz — zəif — taqətsiz
  • CANSIZ cansız bax arıq
CANSIXICILIQ
CANSIZ-ÇƏLİMSİZ

Значение слова в других словарях