cavidşünaslıq
caydaq
OBASTAN VİKİ
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
Şuşa cay
Adi caydaqcüllüt
Adi caydaqcüllüt (lat. Himantopus himantopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin bizdimdiklər fəsiləsinin caydaqcüllüt cinsinə aid heyvan növü.
Ayvar Cayever
Ayvar Cayever (5 aprel 1929[…], Bergen) — Norveç-Amerika fiziki. == Həyatı == Ayvar Cayever 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeym şəhərindəki Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Əmək fəaliyyətinə Raufossa hərbi zavodunda başlayıb. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "General elektric" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "General elektric" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib. 1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə, bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-də yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" (Tətbiqi biofizika) şirkətinin prezidentidir.
Caya Bhaduri
Caya Bhaduri(ing. Jaya Bhaduri, ərlik soyadı Caya Baççan; doğ. 9 aprel 1948, Cabalpur, Madhya-Pradeş, Hindistan) — hind aktrisası və yazıçısı. == Həyatı == Aktrisa, yazıçı, prodüserdir. 9 aprel 1948-ci ildə anadan olmuşdur. İlk dəfə filmə 1963-cü ildə çəkilib. 2001-ci ildə “Həm xoşbəxtlikdə, həm kədərdə” filminə çəkilib. Abhişek Baççanın anasıdır. Ailəlidir, iki övladı var.
Caya dağı
Caya (ind. Puncak Jaya) — Yeni Qvineya adasının qərbində, Maoke massivində dağ zirvəsi. İndoneziyaya aid olan bu zirvə ölkənin Papua vilayətində yerləşir. Caya - Okeaniyanın ən yüksək zirvəsi, eləcədə dünyda adada yerləşən ən hündür dağdır. Bəzi mənbələr dağın 5029 və ya 5030 metr hündürlyə malik olduğunu göstərir. Avropalılar ilk dəfə zirvəni 1623-cü ildə gürmüş. Holladiyalı tədqiqatçı Yan Karstens uzaqdan, açıq havada başı qarlı dağ görmüşdür. Məhs bu onun təəcüblənməsinə səbəb olmuş: düz ekvatorun mərkəzində buzlaq Dağ ilk öncə Yan Karstensin şərəfinə adlandırılmış, sonra 1965-ci ildə İndoneziya prezidentinin şərəfinə Sukarno adlandırmışlar. 1969-cu ildən dağ Caya adlandırldı İndoneziya dilində Caya qələbə deməkdir. Dağ zirvəsinin ilk fəthi 1962-ci ildə baş vermiş.
Cayanta Bhatta
Cayanta Bahtta (təqribən 840–900, Kəşmir) – Hind filosofu, nyayanın nümayəndəsi. Kəşmir racəsinin xidmətində olan məşhur alim-brahmanlar ailəsindən idi. == Bioqrafiyası == Cayantanın genealogiyasını nəvəsi Abhinanda Kadambari-katsasarı kitabında ətraflı təhlil etmiş. Onun ulu babası Şakt Qauadan olan brahman olmuş (Kəşmir yaxınlığında). Şaktın oğlu Mitra, nəvəsi isə Şaktisvamin olmuş. Şaktisvamin (Cayantanın ulu babası) Kəşmirdə Karkotı dinastiyasında məsul vəzifədə çalışmış. Cayanta öz qeyidlərində göstərir ki, onun babası çardan Qauramulaka kəndini hədiyyə almış. Ehtimal olunur ki, kənd müasir Racauri şəhəri yaxınlığında yerləşmiş. Cayanta Bhattanın atasının adı Çandra olmuş. Cayanta Bahttanın nəvəsi Abhinanda özünün qeyidlərində göstərir ki, babası IX əsrdə Lalitaid çarının müavini olmuş.
Caydaqcüllüt
Caydaqcüllüt (lat. Himantopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin bizdimdiklər fəsiləsinə aid heyvan cinsi.
Cayhan Odlum-Smit
Cayizan
Cayizan— İranın Xuzistan ostanının Ümidiyə şəhristanının Cayizan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,953 nəfər və 460 ailədən ibarət idi.
Cayn
𐕑 (səslənməsi /dʒ/, transkripsiyası Ǯ, ǯ) — Alban əlifbasının 34-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ջայն (J̌ayn) kimi verilmişdir. Sinay palimpsestlərində yer almayan hərflərdəndir və səslənməsi də təqribi verilmişdir.
Caynaqdaşıyıcılar
Onixoforlar (lat. Onychophora; yun.. onychos — caynaq, phoros — daşıyıcı) — quruda yaşayan rütubətsevən onurğasız heyvan tipi. Onixoforlar bir çox əlamətlərinə görə qurdlarla buğumayaqlılar arasında aralıq mövqe tuturlar. Onixoforlar cənub yarımkürəsinin tropik və subtropik meşələrində yayılmışlar. Əvvəllər onlar buğumayaqlılar (lat. Artropoda) tipinin traxeyalılar (lat. Tracheata) yarımtipinə aid edilirdi. Daha sonralar müəyyən olunmuşdur ki, onixoforları traxeyalılarla yaxınlaşdıran ancaq onları quru mühitdə yaşamağa uyğunlaşdıran konvergent oxşarlıqdır. Onixoforların selomik heyvanların sərbəst tipini təşkil etməsini sübut edən bir sıra əlamətlər vardır.
Caynaqquyruq kenquru
Caynaqquyruq kenquru (lat. Onychogalea) — kenqurular fəsiləsinə aid heyvan cinsi.
Caynizm
Caynizm (sanskr. जैन, cayna, sanskr. जिन, cina, "qalib" sözündən) — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoks qədim hind dini. Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır. Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar-Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.
Caypur
Caypur — Hindistanın şimal qərbində şəhər. Racəstan ştatının inzibati mərkəzi. == Əhalisi == Əhalisi 2,9 milyon nəfərdir (2007). == Coğrafiyası == Aravalli silsiləsinin ətəklərində, 431 m hündürlükdə yerləşir. İri nəqliyyat qovşağı və beynəlxalq aeroportdur. == Tarixi == Əsasını 1728-ci ildə, 12-ci əsrdə bu torpaqları işğal etmiş racput tirələrindən birinin nümayəndəsi – Amber maharacəsi II Cay Sinqh qoymuşdur. Moğol imperiyasının vassalı olmuş Caypur racəliyinin eyniadlı yeni paytaxtı kimi yaradılmışdır. 1947-ci ildə Hindistan müstəqilliyik qazandıqdan sonra Caypur Racəsthan ştatının inzibati mərkəzi oldu (1948). == Memarlığı == Divarlarla əhatə olunmuş köhnə şəhərin memarlığında çəhrayı qumdaşıdan çox istifadə edildiyi üçün Caypur “çəhrayı şəhər” kimi məşhurdur. Onun düzgün planlaşdırılması qədim hind memarlığı ənənələrinin (düz bucaq altında kəsişən geniş küçələr dünyanın 4 cəhətinə istiqamətləndirilmişdir) davamıdır: Hava-Mahal sarayı (“Küləklər sarayı”; 18-ci əsrin 2-ci yarısı) orijinaldır: onun ornamentli fasadında 953 pəncərə var.
Cunius Riçard Cayavardene
Cunius Riçard Cayavardene (ing. Junius Richard Jayewardene, синг. ජුනියස් රිචඩ් ජයවර්ධන) (17.9.1906, Kolombo – 1.11.1996, orada) – Şri-Lankanın dövlət və siyasi xadimi, Şri-Lankanın baş naziri ( 23 iyul 1977-ci il—4 fevral 1978-ci il), sonra isə Şri-Lanka prezidenti (4 fevral 1978-ci il—2 yanvar 1989-cu il). == Bioqrafiyası == Zadəgan sinhqal ailəsindəndir. Seylonda kral və universitet kolleclərində təhsil almış, 1932–40-cı illərdə vəkil işləmişdir. Tezliklə hüquq sahəsindən uzaqlaşmış və siyasətlə məşğul olmağa başlamıdır. Cavanlıq illərində protestantlıqdan buddizmə keçmişdir. İkinci Dünya müharibəsi illərində Yaponiya ilə gizlin danışıqlarda iştirak etmiş və adada olacaq anti-britaniya üsyanını müzakirə etmişdir. 1943-cü ildə Seylon Milli Konqresi partiyasına üzv olmuşdur. 1946-cı ildən Birləşmiş Milli Partiyanın (BMP) liderlərindən biri idi.
Dorstenia cayapia
Dorstenia cayapia (lat. Dorstenia cayapia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Leptodon cayanensis
Boz başlı çalağan (lat. Leptodon cayanensis) — leptodon cinsinə aid heyvan növü.
Olea cayana
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Pişik caynağı otu
Pişik caynağı və ya Keçətük unkariya (lat. Uncaria tomentosa) — boyaqotukimilər fəsiləsinin unkariya cinsinə aid bitki növü. Cənubi Amerikada bitən pişik caynağı bitkisi xərçəng xəstəliyinin müalicəsində istifadə olunurdu. Bu bitki xlorogen turşusu, rutin və epikatenin maddələri ilə zəngindir, hansılar ki xərçəng əleyhinə xassələrə malikdirlər: immun sisteminin stimullaşması və xərçəng hüceyrələrinin çoxalmasını bloklaşdırır. Antioksidantdır, orqanizmlə əlaqəyə girən sərbəst radikalları və toksinləri məhv edir. İltihab əleyhinə təsirə malikdir, çünki qorxulu nüvə faktoru NF-kB qarşısını alır. Pişik caynağı DNT tərkibinin dəyişməsini stimullaşdırır və kimyaterapiya kursundan sonra leykositləri bərpa edir. Bu bitki kimyaterapiyadan sonra yaranan yan təsirləri – qusmanı və çəkinin azalmasına kömək edir. Tərkibində pişik caynağı bitkisi olan dərmanları və ya dəmləmələri qəbul etmək olar. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı bitkinin kökünü bir fincan suda dəmləməli və 15 dəqiqə gözləmək lazımdır.
Salvia caymanensis
Salvia caymanensis (lat. Salvia caymanensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Spilanthes exasperata var. cayennensis
Acmella radicans (lat. Acmella radicans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. Acmella radicans var. radicans Ceratocephalus exasperatus (Jacq.) Kuntze Sanvitalia longepedunculata M.E.Jones Spilanthes botterii S.Watson Spilanthes exasperata Jacq. [Illegitimate] Spilanthes exasperata var. cayennensis DC. Spilanthes exasperata var. exasperata Spilanthes leucophaea Sch.Bip. ex Klatt Spilanthes ocymifolia var. acutiserrata A.H.Moore Spilanthes radicans Jacq.
Şri Cayavardenepura Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır.
Veyd-Caylz
Wade-Giles (Sadələşdirilmiş Çincə: 威妥玛拼音 və ya 韦氏拼音; Ənənəvi Çincə: 威妥瑪拼音; pinyin: wēituǒmǎ pīnyīn) Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır. Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında (Tayvan) istifadə olunur.
Caynaq əl
Caynaq əl (ing. claw-hand) – əl barmaqlarında fleksio və kontraktura, MKF oynaqlarda açma nəticəsində yaranan deformasiyadır.

Значение слова в других словарях