CİBLƏMƏK f. Başqasının pulunu mənimsəmək, cibinə ötürmək. Kimin ixtiyarı var, mənim pulumu cibləsin. Alnımın təri ilə qazanmışam. M.Hüseyn. …Məlumdur ki, həmin pulu uşaq almayıb, kim isə başqası cibləyibdir. “Kirpi”.