Rey Bredberi
Rey Duqlas Bredberi (22 avqust 1920[…], Uokiqan[d], İllinoys[…] – 5 iyun 2012[…], Los-Anceles, Kaliforniya) — amerikalı yazıçı və ssenarist. 20–21-ci əsrlərdə Amerikanın ən çox tanınan yazıçılarından biri olmuşdur. Əsərləri əsasən fantastika janrındadır.
Bredberiyə indiki şöhrətini qazandıran onun Fahrenheit 451 (1953) romanı və Mars Xronikaları (1950) və Şəkilli Adam (1951) adlı hekayə toplularıdır. O, əsasən fantastika janrında yazırdı, ancaq müəllifin həmçinin başqa janrlarda yazılmış — Zəncirotu Şərabı (1957) , Yaşıl Kölgələr, Ağ Balina (1992) kimi əsərləri də mövcuddur. Əsərlərinin bir çoxu filmə çəkilmişdir.
Bredberi 22 avqust,192-ci il tarixində Uokiqan,İllinoysda dünyaya gəlmişdir. Anası Ester Bredberi (1888–1966) isveçrıli immiqrant, atası Leonard Bredberi (1890–1957) isə ingilis idi.
Bredberi uşaqlıq illərini geniş bir ailənin əhatəsində, Uokiqanda keçirmişdir. Bu illər gələcəkdə onun yazıçılıq karyerasında böyük rol oynadı.