Cinli Boluslu
Boluslu (əvvəlki adı: Cinli Boluslu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2011-ci il tarixli, 210-IVQ saylı Qərarı ilə kənd Boluslu adlandırılmışdır.
== Tarixi ==
Kənd Borçalıdan köçmüş ailələr tərəfindən salınmışdır.
== Toponimikası ==
Boluslu kəndi Gəncə-Qazax düzənliyindədir. Etnotoponimdir.
18-ci əsrdə Gürcüstandakı Bolus (gürcücə Bolnisi) bölgəsindən Qarabağa köçmüş cinlilər tayfasının adı ilə bağlıdır. Toponim "Bolusdan / Bolnisidən gəlmiş cinlilər" mənasındadır.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1437 nəfər əhali yaşayır.