cinli

devil-ridden психованный
cinini başına yığmaq
cinni Cəfər qoşunu*
OBASTAN VİKİ
Cinli
Cinli (Ağdam)
Cinli (Ağdam)
Cinli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Cinli (Maku)
Cinli — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Ətraf bölgəsinin Qaraqoyun kəndistanında, Maku şəhərindən 34 km cənub-şərqdədir.
Cinli Boluslu
Boluslu (əvvəlki adı: Cinli Boluslu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2011-ci il tarixli, 210-IVQ saylı Qərarı ilə kənd Boluslu adlandırılmışdır. == Tarixi == Kənd Borçalıdan köçmüş ailələr tərəfindən salınmışdır. == Toponimikası == Boluslu kəndi Gəncə-Qazax düzənliyindədir. Etnotoponimdir. 18-ci əsrdə Gürcüstandakı Bolus (gürcücə Bolnisi) bölgəsindən Qarabağa köçmüş cinlilər tayfasının adı ilə bağlıdır. Toponim "Bolusdan / Bolnisidən gəlmiş cinlilər" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1437 nəfər əhali yaşayır.
Cinli Zeynallı
Cinli Zeynallı — Azərbaycan Respublikasının Goranboy rayonunun Nərimanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Çinli Boluslu kənd inzibati-ərazi vahidinin Çinli Zeynallı kəndi Nərimanlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin adı etnotoponimdir. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 447 nəfər əhali yaşayır.
Cinli qala
Cinli qala — Qax rayonu ərazisində, Qax-İlisu şossesinin 7-ci kilometrində yolun sağ tərəfində Kürmükçay yatağına yaxın ərazidə dağ qolunun üzərində yerləşir. Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır.
Cinlidərə
Cinlidərə — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən son orta əsrlərə aid yaşayış yeri. == Haqqında == Yaşayış yerinin sahəsi 2500 m2 olub, hər tərəfdən kiçik təpələrlə əhatə edilmiş düzənlikdədir. Burada dairəvi və düzbucaqlı planda iri daşlardan ibarət bircərgəli hörgü qalıqları saxlanmışdır. Dairəvi binaların diametri 5-10 m arasındadır; onlardan biri ortadan iri daşlar düzülməklə iki hissəyə ayrılmışdır. Axtarışlar zamanı Naxçıvanın orta əsrlər keramikası üçün səciyyəvi olan saxsı məmulatı və s. maddi-mədəniyyət nümunələri əldə edilmişdir.
Cinlidərə yaşayış yeri
Cinlidərə — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən son orta əsrlərə aid yaşayış yeri. == Haqqında == Yaşayış yerinin sahəsi 2500 m2 olub, hər tərəfdən kiçik təpələrlə əhatə edilmiş düzənlikdədir. Burada dairəvi və düzbucaqlı planda iri daşlardan ibarət bircərgəli hörgü qalıqları saxlanmışdır. Dairəvi binaların diametri 5-10 m arasındadır; onlardan biri ortadan iri daşlar düzülməklə iki hissəyə ayrılmışdır. Axtarışlar zamanı Naxçıvanın orta əsrlər keramikası üçün səciyyəvi olan saxsı məmulatı və s. maddi-mədəniyyət nümunələri əldə edilmişdir.
Cinlilər (tayfa)
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Cinlilər tayfası
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. == Ümumi məlumat == Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.

Значение слова в других словарях