İslamda cəhənnəm
İslamda cəhənnəm (ərəb. جهنم)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasındakı əzabıdır. İslamda Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran Kafirlər (inancda bir və daha çox şeyi inkar edənlər), şirklər (Allahın birliyinə qarşı çıxanlar), munafiqlər (iman gətirməsinə baxmayaraq, İslam inanclarına inanmayan şəxslər), günahkarlar və zalımlar üçün hazırlanmışdır. Onlar pillədən-pilləyə yüksələn cəhənnəmdə sonsuza qədər qalıb, əzab çəkəcəklər.
Peyğəmbər : "Veyl cəhənnəmdə bir vadidir.Kafir orada qırx il batar, lakin dibinə çatmaz".
Peyğəmbər : "Sizə cəhənnəm əhlindən xəbər verimmi?" Səhabələr: "Bəli, ey Allahın Rəsulu" dedilər. Peyğəmbər "Bunlar simic,paxıl,təkəbbürlü kimsələrdir" deyə buyurdu.
Rəsulullah sədid suyu haqqında buyurdu: "O, ağıza yaxınlaşdırılacaq və onu cəhənnəmdə əzab çəkən heyvanın suyu içdiyi kimi içər. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq.O suyu içəndə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaqdır". Əbu Səid əl Xudri (r.a) deyir: "Bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üsdünə düşər".