COCK
COCK-CROW
OBASTAN VİKİ
Doodle Jump
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360 kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir. Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir. Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır. == Oynanılması == Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır.
Google Doodle
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
A
A yaxud a — çağdaş Azərbaycan əlifbası kimi Yer üzündəki bir çox dildə işlədilən latın əlifbasının ilk hərfi. Azərbaycan dilində hərfə a adı verilib (oxunuşu: /ɑ/). Formaca törədiyi əski yunan əlifbasının alfa hərfi və habelə bu əlifbadan törəyən kiril əlifbasının A hərfi ilə oxşayır. Hərfin böyük versiyasının görünüşü ortasından üfüqi xətt keçən bir nöqtədən çəkilmiş iki əyri xətt kimidir. Kiçik a hərfi isə iki cür yazılır: ikiqatlı a və birqatlı ɑ. Birinci görünüş, əsasən, çap yazısında, ikincisi isə, əsasən, əl yazısında və əl yazısı əsaslı şriftlərdə istifadə olunmaqdadır. == Oxşar simvollar və simvolun digər variantları == Α α : yunan hərfi olan Alfa А а : kirill əlifbasının A hərfi Ɑ ɑ : latın hərfi olan Alfa və yaxudda əlyazma hərfi A (yada ki: A a) ɐ : kiçik A hərfinin çevrilmiş forması , hansıki Beynəlxalq fonetika əlifbasında açığ mərkəzi sait kimi istifadə olunur ∀ : çevrilmiş A, "Birinci qaydanın məntiqində" (ing. First-order logic) ümumiliy kvantorunu təsvir etmək üçündü. ª : Sıra indikatoru Æ æ : Æ latın liqaturası (hərf birləşməsi) == Tarixi == Hərfin yazılması misir heroqlif yazısının öküz başını xatırladan simvolla əlaqələndirilər. İddia edilir ki, eramzidan əvvəl 1600-cü ildə Finikiya əlifbasında A hərfin xətti yazılışı forması yarandı.
A.A.Fisch.Waldh.
Aleksandr Aleksandroviç Fişer fon Valdgeym (rus. Алекса́ндр Алекса́ндрович Фи́шер фон Ва́льдгейм; 20 aprel 1839, Moskva – 28 fevral 1920, Soçi) — Rus botaniki, İmperator Sankt-Peterburq Botanika Bağının direktoru.
A Bao A Ku
A Bao A Ku — Mevar bölgəsinin folklorunda uydurma fövqəltəbii varlıq. Nirvanaya mənəvi yüksəlişi simvolizə edir. == Təsviri == Ənənəyə görə, A Bao A Ku Çittorqarhdakı Qələbə qülləsinin spiral pilləkənində yaşayır. Bu varlıq adətən qüllənin aşağı pilləsində yatır, lakin insan ruhunun varlığına reaksiya verərək qüllənin girişində oyanır. Bundan sonra onun içində enerji parlamağa və bədəni hərəkət etməyə başlayır. A Bao A Kunun şüuru yalnız bir insan spiral pilləkəni qalxanda oyanır. Bu varlıq zəvvarların ən çox ayaq basdığı pilləkənlərin kənarlarında addımlayaraq onu izləyir. İnsan pilləkənləri qalxdıqca A Bao A Kunun forması, rəngi və parlaq işığı daha çox görünür. Buna baxmayaraq, onun zahiri yalnız yuxarı pillədə təzahür edir, çünki ona yalnız nirvana vəziyyətində olan və əməllərində pak olan insan çata bilər. Əks halda, A Bao A Kunun bədəni natamam qalır, mavi rəngi solur.
Scooby-Doo on Zombie Island
Skubi-Du zombilər adasında (ing. Scooby-Doo on Zombie Island) - 1998-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Skubi-Du və onun dostları bu dəfə Kabusdan xilas olmalıdırlar. Kabus köhnə evdə heç kəsə rahatlıq vermir. Onun haqqında ilk məlumatları Skubi-Dunun rəfiqəsi almışdır. Skubi-Du və dostları qədim evə gəlirlər və burada XVII əsrdə yaşamış Kabusla rastlaşırlar. Onlar qədim evdə müxtəlif macəralarla qarşılaşıcaqlar... == Həmçinin bax == Skubi-Du (film, 2002) == Xarici keçidlər == Skubi-Du zombilər adasında — Internet Movie Database saytında.
A-bt
Heroonpol (q.yun. Ἡρωοπολίτης νομός) və ya Ua-em-huu-ges-iabti (q.misir 𓈨; "şərqi harpun"), — Qədim Misirdə inzibati rayon (nom). Heroonpol Aşağı Misirdə yerləşirdi və regionda sayca səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Ua-em-huu-ges-iabti", "Ḥui-ges İabti", "Ḥui-ges Aabti" və "A-bt" daxildir. Tədqiqatda bu nom adətən "L08" adlandırılır.
A-ha
a-ha — elektro-pop Norveç musiqi qrupu. 1982-ci ildə Osloda yaradılmışdır, "yeni dalğa"nın sonunda meydana çıxmışdır. "a-ha" musiqisi qrafik, soyuq üslubu, sintezator-gitara səsi və ifadəli ballada melodiyası ilə xarakterizə olunur. "a-ha" dünya üzrə 80 milyondan çox albom və 15 milyon sinql satmışdır. Qrup MTV Video Musiqi Mükafatlarından çoxsaylı mükafatlar qazanmış, "Take On Me" mahnısına çəkdiyi klip "Ən yaxşı debüt video", "Ən yaxşı konseptual video", "Ən yaxşı istehsal", "Ən eksperimental video", "Ən yaxşı xüsusi effektlər" kimi kateqoriyalarda qalib gəlmişdir. "YouTube"da 1 milyarddan çox baxışı var. "The Sun Always Shines on TV" mahnısına çəkilmiş klip "Ən yaxşı montaj" kateqoriyasında mükafat almışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Håkon Harket, Henning Kramer Dahl. Så Blåser Det På Jorden a-ha i Nærbilder, 1986. Tor Marcussen.
A.Abbasov
A.Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879[…] – 22 mart 1960[…], Kembric) — Böyük Britaniya botaniki.. == Elmi fəaliyyəti == Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. == Əsərləri == Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
A.Bassi
Aqostino Bassi (it. Agostino Bassi; 25 sentyabr 1773[…] – 8 fevral 1856[…], Lodi, Lombardiya-Venesiya krallığı) — İtaliya botaniki. == Əsərləri == Sulla fabbrica del formaggio all'uso lodigiano. 1820. Del mal del segno, calcinaccio o moscardino. 1835. Del contagio in generale. 1844. == İstinadlar == == Ədəbiyyat == Kyle, R A; Shampo M A (April 1979). Agostino Bassi.
A.Benn.
Artur Bennett (ing. Arthur Bennett; 1843[…] – 1929[…], London) — İngiltərə botaniki.
A.Berger
Alvin Berger (alm. Alwin Berger‎; 9 noyabr 1871 və ya 28 avqust 1871 – 21 aprel 1931, Ştutqart) — Almaniya botaniki. == Əsərləri == Die Agaven.
A.Br.
Addison Braun (ing. Addison Brown; 21 fevral 1830, Qərbi Nyubari[d], Massaçusets – 9 aprel 1913, Nyu-York, Nyu-York ştatı) — ABŞ botaniki. == Əsərləri == An illustrated flora of the northern United States: Canada and the British possessions from Newfoundland to the parallel of the southern boundary of Virginia, and from the Atlantic ocean westward to the 102d meridian, three volumes. 1896—1898, yeni nəşr. — 1913. The Elgin Botanical Garden and its Relation to Columbia College and the New Hampshire Grants. 1908. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Addison Brown (ing.) Britton, Nathaniel; Addison Brown. An illustrated flora of the northern United States, Canada and the British Possessions From Newfoundland to the Parallel of the Southern Boundary of Virginia, and from the Atlantic Ocean Westward to the 102d Meridian. Volume III, Apocynacea to Compositae; Dogbane to Thistle.
A.Braun
Aleksandr Karl Henrix Braun (alm. Alexander Carl Heinrich Braun‎; alm. Alexander Karl Heinrich Braun‎; alm. Alexander Braun‎, 10 may 1805 — 29 mart 1877) — Alman bioloqu,, botaniki, mikoloqu və paleontoloqu. == Elmi əsərləri == 1831: Untersuchung über die Ordnung der Schuppen an den Tannenzapfen. 1842: Nachträgliche Mitteilungen über die Gattungen Marsilia und Pilularia. 1850: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1851: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1852: Über die Richtungsverhältnisse der Saftströme in den Zellen der Characeen. 1853: Das Individuum der Pflanze in seinem Verhältnis zur Spezies etc.
A.Camus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A.Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A.Camus & E.G.Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale... E.G.Camus & A.Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A.Camus. Paul Lechevalier. París.
A.Chev.
Oqüst Jan Batist Şevalye (fr. Auguste Jean Baptiste Chevalier; 23 iyun 1873 – 3 iyun 1956, Paris) — Fransa botaniki. == Əsərləri == Mission Chari-Lac Tchad, 1902—1904, 1907 Sudania: Énumeration des plantes récoltées en Afrique tropicale, 1911 La forêt et les bois du Gobon, 1917 Les kolatiers et les noix de kola, 1911 (совместно с Émile Constant Perrot) == Biblioqrafiya == Bonneuil, C. Auguste Chevalier Savant colonial == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == La bibliothèque d’ethnobiologie (fr.) JSTOR: The Bryologist, Vol. 80, No. 3 (Autumn, 1977), pp.
A.Cunn
Allan Kanningem (ing. Allan Cunningham; 13 iyul 1791, Uimbldon, Böyük London – 27 iyun 1839, Sidney) — Böyük Britaniya botaniki. Botanik Riçard Kanningemin qardaşı. Avstraliya və Yeni Zellandiya florasını öyrənib.
A.Cunn.
Allan Kanningem (ing. Allan Cunningham; 13 iyul 1791, Uimbldon, Böyük London – 27 iyun 1839, Sidney) — Böyük Britaniya botaniki. Botanik Riçard Kanningemin qardaşı. Avstraliya və Yeni Zellandiya florasını öyrənib.
A.DC.
Alfons de Kandol (fr. Alphonse Louis Pierre Pyramus de Candolle; 27 oktyabr 1806[…], Paris – 4 aprel 1893[…], Cenevrə) — İsveçrə botaniki. == Əsərləri == de Candolle, Alphonse. Géographie botanique raisonnée. Paris: V. Masson. 1855. OCLC 2156582. de Candolle, Alphonse. Origin of Cultivated Plants. New York: Appleton.
A.Heller
Amos Artur Heller (ing. Amos Arthur Heller, 1867, ABŞ — 1944, ABŞ) — amerika botaniki. Herbari kolleksiyaçısı. == Əsərləri == "Observations on the ferns and flowering plants of the Hawaiian Islands" A.A.Heller, Minnesota Botanical Studies. 1897. "Catalogue of North American plants North of Mexico, exclusive of the lower Cryptogams" Amos Arthur Heller 1898.
A.Henry
Avqustin Henri (ing. Augustine Henry; 2 iyul 1857, Dandi – 23 mart 1930) — İrlandiya botaniki. == Bioqrafiya == 1857-ci ildə Şotlandiyanın Dandi şəhərində anadan olub. == Əsərləri == The Trees of Great Britain and Ireland. 1907—1913, co-author H. J. Elwes. Private (subscription only) publication. Edinburgh. Notes on Economic Botanical of China, introduction by E. Charles Nelson, Boethus Press 1986 ISBN 0-86314-097-1. Anthropological work on Lolos and non-Han Chinese of Western Yunnan. == İstinadlar == == Ədəbiyyat == Bretschneider.
A.Juss.
Adrien Henri Laurent de Jussieu (fr. Adrien Henri Laurent de Jussieu, 23 dekabr 1797, Paris, Fransa, — 29 iyun 1853, Paris, Fransa) — fransız botaniki. == Əsərləri == De euphorbiacearum generibus medicisque earumdem viribus tentamen (Paris, 1824, 18 cədvəllə, şəkilli, (fr.)), ən geniş yayılmış əsəridir.
A.Soriano
Alberto Soriano (isp. Alberto Soriano; 27 avqust 1920, Buenos-Ayres – 20 oktyabr 1998, Buenos-Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Alberto Soriano toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Fernández, R.J., Golluscio, R.A., Bisigato, A.J., Soriano, A., (2002). Gap colonization in the Patagonian semidesert: Seed bank and diaspore morphology. Ecography, 25:336—344. Ghersa, C.M., Ferraro, D.O., Omacini, M., Martínez-Ghersa, M.A., Perelman, S.B., Satorre, E.H., Soriano, A., (2002). Farm and landscape level variables as indicators of sustainable land-use in the Argentine Inland-Pampa. Agricultural Ecosystems and Environments, 93:279—293. Ghersa, C.M., Omacini, M., Ferraro, D., Martínez-Ghersa, M.A., Perelman, S.B., Satorre, E.H., Soriano, A., (2000).
A. Qədir
A. Qədir (Türkcədə A. Kadir), ya da İbrahim Əbdülqadir Meriçboyu (1917[…], Konstantinopol – 1 mart 1985, İstanbul) — 1940 nəslinin sosialist şairləri arasında olan bir türk şairidir. Tərcümə işləri ilə dünya poeziyasının tanınmasına öz töhfəsini verdi. == Yaşayışı == Orta təhsilini Eyüp Orta məktəbində ( 1933 ) və Kuleli Hərbi Liseyində ( 1936 ) bitirdi . Türk Hərbi Akademiyasında son sinif tələbə ikən ( 1938 ), Nəzim Hikmətlə birlikdə həbs edildi; On ay həbs cəzası aldı. Həbsxanadan çıxdıqdan sonra hərbi xidmətə getdi. İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu ( 1941 ). 1943 'te nəşr etdiyi Təbliğ adlı şeir kitabı qadağan oldı və yığdırıldı. İstanbulda bir sıra insanlarla birlikdə sürgün edildi. Sürgün müddətini Muğla, Balıkesir, Konya, Kırşehir və Adanada keçirdi. 1947 - ci ildə İstanbula qayıtdı və bir biskvit fabrikində işləməyə başladı.