cövhərçi
cövhərli
OBASTAN VİKİ
İsmayıl Cövhəri
Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (ərəb. ابو نصرإسماعيل بن حماد الجوهري‎), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri (940, Otrar – 1002 və ya 1008, Nişapur) — türk lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") (الصحاح في اللغة)-nin müəllifi. Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış, daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir. Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır. O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır. Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır. Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir. Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir. Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.

Значение слова в других словарях