Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsmayıl Cövhəri
Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (ərəb. ابو نصرإسماعيل بن حماد الجوهري‎), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri (940, Otrar – 1002 və ya 1008, Nişapur) — türk lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") (الصحاح في اللغة)-nin müəllifi. == Həyatı == Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış, daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir. Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır. O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır. Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır.Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir. Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir. Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.
Gövhərli
Gövhərli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 833 nəfərdir ki, onun da 427 nəfəri kişi, 406 nəfəri isə qadındır.
Gövhəri
Gövhəri (XVII əsr – XVIII əsr) — XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri. == Həyatı == XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri də əsərləri o zamandan indiyə kimi sevilə-sevilə oxunan ünlü Gövhəridir. Aşıq Gövhərinin harada və havaxt anadan olması ilə bağlı indiyə qədər konkret bir tarix göstərilməmişdir. Bəzi araşdırmaçıların yazdığına görə bu saz şairi XVII yüzilliyin ortalarında Krımda anadan olmuş və 1715-ci ildən sonra vəfat etmişdir. Hətta, bəzi tədqiqatçılar onun 1737-ci ildə yaşadığını, sağ olduğunu ehtimal eləyirlər. Bir müddət Ərəbistanı, Türkiyənin Avropa hissələrini gəzib-dolaşmış, sonralar İstanbula gələrək, şair Mehmet Bəhri Paşanın (7-1700) divanını tərtib edibdir. Qaynaqlarda onun adının da Əli, Mehmet, Mustafa deyə müxtəlif şəkillərdə qeyd olunduğu gözə çarpır. Hansının daha dəqiq onun əsl adı olduğunu bilmək olmur. Şerlərinin birində: Gevheri tahirdir Mustafa ismim// Bir katre meniden halk oldu cismim. -misralarından da göründüyü kimi, adının Mustafa olduğunu söyləyir.Mədrəsə təhsili alan Gövhəri də Dərdli, Ömər, Bayburtlu Zehni, Seyrani kimi təkcə saz şairləri içərisində deyil, klassik divan ədəbiyyatı mühitində də tanınmışdır.
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Gövhəri Qadınəfəndi
Gövhəri Qadınəfəndi (8 iyul 1856, Qudauta, Abxaziya Muxtar Respublikası – 6 sentyabr 1884, Konstantinopol) — 32-ci Osmanlı sultanı Əbdüləzizin beşinci xanımı. == Həyatı == Gövhəri xanım 1856-cı ildə Anapada dünyaya gəldi. Atası abxaz bəylərindən Saleh bəy Svatnba, anası isə Şaziyə Tsanba xanım idi. Əsl adı Əminə olan bu qızcığaz kiçik yaşlarından bacısı Fatma xanımla birlikdə Osmanlı sarayına təhvil verilmişdir. Sarayda Validə Pərtəvniyal Sultanın himayəsində mükəmməl təhsil almışdır. Uzun qıvrım saçları və mavi gözləri ilə tezliklə Sultan Əbdüləzizin diqqətini cəlb etdi və 1872-ci ildə cütlük Dolmabağça sarayında evləndi. Nigah mərasimində olduqca sadə görünən Gövhəri xanım sultandan üzük hədiyyəsi aldı. Evlilikdən bir il sonra qızı Əsma Sultanı, daha sonra isə oğlu Mehmed Seyfəddin Əfəndini dünyaya gətirdi. Ərinin devrilməsinin ardından xeyriyyə işləriylə məşğul olan Gövhəri xanım 6 sentyabr 1884-cü ildə Ortaköy sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu. == Övladları == Əsma Sultan (d.
Cövhər Dudayev
Dudayev Cöhər Musa oğlu (çeç. Дуди Муса кIант ЖовхIар ) (15 fevral 1944, Yalxori, Çeçen-İnquş MSSR, — 21 aprel 1996, Qexi-Çu, Çeçenistan) — çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi. İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı. == Həyatı == Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyirdi: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım.
Cövhər Tsarnayev
Cövhər Tsarnayev (rus. Джоха́р Анзо́рович Царна́ев) — çeçen-avar mənşəli amerikalı tələbə. 2013-cü ilin 15 aprel tarixində Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada keçirilən olunan Boston marafonuna təşkil olunmuş terror hücumunun iki əsas şübhəlisindən biri. Hadisənin bir digər şübhəlisi Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayevin polis tərəfindən keçirilən əməliyyat nəticəsində (hadisədən 3 gün sonra) öldürülmüşdür.
Xacə Cövhər
Xacə Cövhər (v. 11 noyabr 1390) — əmir, Əlincəqalanın kutvalı. == Həyatı == XIV əsrin 80-ci illərində Əlincəqalanın müdafiəsinə başçılıq edib. 1387-ci ildə Əmir Teymurun Əlincə qalasına ilk yürüşü zamanı ona ciddi müqavimət göstərmişdir. === Vəfatı === 11 noyabr 1390-cı ildə, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmişdir. == Əlincə qalasının müdafiəsində rolu == AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SƏFƏRLİ Şərq qapısı qəzetinin 6 aprel 2016-ci il tarixində qələmə aldığı "Əlincəqalanın teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri" haqqında məqaləsində Xacə Cövhər yazır haqqında yazır: == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 195.
Fatma Gövhəri Sultan
Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanı və Osmanlı bəstəkarı. == Həyatı == Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, ud və piano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi.
Çovdarçı
Çovdarçı (lat. Charadrius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bozca cinsinə 5 növ daxildir: Yaxalıqlı çovdarçı (Charadrius hiaticula Linn., 1758) Halqalı kiçik çovdarçı (Charadrius dubius Scop., 1786) Böyükdimdik çovdarçı (Charadrius leschenaultii Les., 1826) Xəzər çovdarçısı (Charadrius asiaticus Pall., 1773) Dəniz çovdarçısı (Charadrius alexandrinus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Adi çovdarçı
Adi çovdarçı (lat. Charadrius morinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Ağ çovdarçı
Chionis albus (lat. Chionis alba) — Ağ çovdarçılar cinsinə daxil olan iki növdən biri. == Görünüşü == Bədəninin uzunluğu 34–41 sm, çəkisi 460–780 q təşkil edir. Qanadlar arasında məsafə 74–84 sm-dir. Erkəklər dişilərdən iri olur. Qanadları balacadır. Ayaqları kiçikdir. Torpaq üzərində daha yaxşı hərəkət edirlər. == Yayılması == Antarktidanın endemik (Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Antarktik yarımadası) quşudur. Quşlar əsasən pinqvinlərin koloniyarını qurduğu yerdə yuva qururlar.
Böyükdimdik çovdarçı
Böyükdimdik çovdarçı (lat. Charadrius leschenaultii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (DD). Zəif öyrənilib. Məhdud ərazidə qalıb. Sayı məlum deyil. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 5 növündən biridir. == Qısa təsviri == Dimdiyi cinsin başqa növlərinə nisbətən uzun və yoğundur. Bel tərəfi qum kimi boz, qarın tərəfi açıq rənglidir, amma döşünün yanlarında və çinədanı üzərindəki kürən köndələn zolaq enlidir, qanadlarının altı ağdır.
Yaxalıqlı çovdarçı
Yaxalıqlı çovdarçı (lat. Charadrius hiaticula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Ağ çovdarçı (cins)
Ağ çovdarçılar (lat. Chionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Halqalı kiçik çovdarçı
Halqalı kiçik çovdarçı (lat. Charadrius dubius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Yekələrin bir boz-qonur geri və qanadları,ağ qarın və bir qara boyun bandı ilə ağ sinəsi var.Onların boz papağı, ağ alnı, gözləri ətrafında bir qara ilə yuxarıda ağ maska ​​və qısa tutqun dimdikləri var.