1. Gəlin gedən qızların başına salınan qızıl parıltılı bəzək şeyi.
Gəlinin və yengələrin duvaqları aşağı salındı, üzlərinə duvağın üstündən cığcığa taxılmışdı.
// Bəzək üçün gəlinlərin başına səpilən parıltılı, ala-bəzək pərəklər.
Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parıldayırdı.
2. Cığcığa kimi şax şey haqqında.
[Hacı Novruz:] Cığcığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm.