CƏNUB-QƏRBİ
CƏNUB-ŞƏRQİ
OBASTAN VİKİ
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Cənub-şərq regionu (Braziliya)
Cənub-şərq regionu (port. Região Sudeste do Brasil) — Braziliya Coğrafiya və Statistika İnstitutu tərəfindən təqdim olunmuş bölgüyə əsasən Braziliya üçün müəyyənləşdirilmiş 5 regiondan biri. Ərazisi 927,286 km², əhalisi 80,303,750 nəfərdir.
Haitinin Cənub-Şərq departamenti
Cənub-Şərq departamenti (fr. Le département du Sud-Est, h.kreol Sidès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahəsi — 2 034 km², əhalisi — 575 293 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Jakmel.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
ARB Cənub
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. == Tarixçə == “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Cənub-Pireneylər
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). == Coğrafiya == Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. == İnzibati bölgü == Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Cənub akalifi
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Cənub balinası
Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) — Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikri dolaşırdı. == Görünüşü == Balinalar açıq-qəhvəyi və göyütül-qara rəngdə olurlar. Ağ ləkələrə rast gəlinir. Bəzən ağ erkək balalar doğulur (albinos sayılmır). Cənub balinaları 18 metr uzunluğa, 80 ton çəkiyə malik olur. Bir qayda olaraq dişilər erkəklərə nisbətən iri olur. Bütün cənub hamar balinalarında olduğu kimi Cənub balinaları iri kəlləyə mlikdirlər (ümumi uzunluğun ⅓ təşkil edir). == Yayılması == Cənub balinaları əsasən subarktik və mülayim enliklərdə (Cənub okeanı), bir qayda olaraq 30° və 50°Cənub enliklərində yaşayır.
Cənub bülbülü
Cənub dağdağanı
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Cənub dəlizoğalı
Cənub dəlizoğalı == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmişdir; Krımda, Volqanın aşağı sahillərində təbii halda bitir. == Botaniki təsviri == Boyu 4 metrə çatan, geniş çətirli, tutqun yaşıl rəngli koldur. Yarpaqlarının uzunluğu 9 sm-ə qədərdir, saplaqlı, dəyirmi və ya geniş pazvarıdır, damarları 4-5 cüt olmaqla aydın seçilir, üst tərəfdən parlaq-yaşıl, alt tərəfdən nisbətən solğun, tükcüklüdür. Çiçək qrupu 6 sm enində olub, qalxanvarı çətirdə yerləşir. Kasacığı qısa dişlidir, daxildən tükcüklüdür, ləçəkləri neştərvaridir. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsi kürəvarıdır, qaramtıl, çəyirdəklidir. Toxumunun 1000 ədədi 48-50 qramdır. Kök pöhrələri ilə yaxşı çoxalır. == Ekologiyası == Çay kənarlarında, qayalarda, rütubətli yerlərdə bitir.
Cənub kordilinası
Cənub kordilinası (lat. Cordyline australis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin kordilina cinsinə aid bitki növü. == Təbii yayılması == Yeni Zelandiya endemikidir. Türkiyədə, Şimali-Qərbi Suriyada, Cənubi Qafqazda, Qərbi Avropada, Cənubi Amerikada və bir çox başqa ölkələrdə qayalı açıq yamaclarda və quru düzənliklərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə qədər olan, bünövrəsindən qalınlaşmış ağac və ya koldur. Gövdədə yarpaqlar dəstəyə yığılmışdır. Budaqları düz dayanandır. Kladodiləri əyri-uzunsov-lansetvari, parlaq, uzunluğu 5-6 sm, eni 1,5-2 sm olub, ucu bizdir. Budaqlarının təplərində uzunluğu 0,3-1 m-ə qədər olan yarpaq topaları vardır. Yarpağı oturaq, qılıncvari, yaşıl, uzunluğu 40-90 sm, eni 3-7 sm-dir, çoxsaylı paralel damarcıqlıdır.
Cənub nalburunu
Cənub nalburunu (lat. Rhinolophus euryale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 (1994 - 2000-ci illərdə BTMİ-nın Qırmızı Siyahısındə «həssas» - VU A2c növ kimi qiymətləndirilmişdir). Nadir, azsaylı, periferik növ olmaqla məhdud ərazilərdə yayılmışdır. Qafqazda ekspert dəyərləndirmələrinə görə «nəsli kəsilmək təhlükəsi» (EN) statusuna malikdir. == Yayılması == Areal R. euryale Şimal-şərqi Afrika, Cənubi Avropa, Qafqaz, Kiçik, Ön və Orta Asiyanın d.s-dən 1500 m qədər aşağı meşəlik ərazilərini əhatə edir. Qafqazda qeyri bərabər yayılmaqla d.s-dən 1250 m aşağı qeydə alınmışdır. Azərbaycanda təsadüfi fərdlər 4 məntəqədə, Kiçik Qafqazda, daha dəqiq Ordubad Milli Parkında və Dağlıq Qarabağda tapılmışdır. == Məskunlaşdığı yerlər və həyat tərzi == Azərbaycanda arid landşafta malik ərazilərdə məskunlaşmışdır. Areal daxilində cənub nalburunu oturaq növdür.
Cənub parkı
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. == Baş personajlar və ailələri == === Marş ailəsi === Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Cənub qambiti
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Cənub qaramurdaçası
Cənub qızılsarmaşığı
Avstraliya qızılsarmaşığı (lat. Cuscuta australis) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Cənub slavyanları
Cənub slavyanları — müasir slavyan xalqları və əsasən Balkanlarda yaşayan cənubi slavyan dillərində danışan tayfaların bir qrupu. == Cənub-şərq qrupu == bolqarlar makedonlar == Cənub-qərb qrupu == serblər xorvatlar bosniyalılar monteneqrolular slovenlər Tarixən, xüsusilə vahid Yuqoslaviya dövründə, cənub slavyanlarının cənub-qərb alt qrupunu "Yuqoslavlar" adlı vahid millətçi ünsürə birləşdirmək cəhdi görülmüşdür. === Müsəlman slavyanlar === Osmanlı dövründə türklərin güclü təsiri altında yaşayan cənub slavyanlar qrupunda müsəlman slavyanlar önə çıxır. == Ölkələr == Cənub slavyanlarının əsas əhali olduğu yeddi ölkə var: Bolqarıstan (84 % bolqarlar) Serbiya (82 % serblər, 2 % boşnaklar, 1 % yuqoslavlar, 1 % xorvatlar, 1 % monteneqrolular) Xorvatiya (90 % xorvatlar, 4 % serblər, 1,7 % boşnaklar) Bosniya və Herseqovina (48 % boşnaklar, 37 % serblər, 14 % xorvatlar) Şimali Makedoniya (65 % makedonlar, 2 % serblər, 1 % boşnaklar) Sloveniya (83 % slovenlər, 2 % serblər, 2 % xorvatlar 1 % boşnaklar) Monteneqro (44,98 % monteneqrolular, 28,73 % serblər, 8,65 % boşnaklar, 3,31 % müsəlman slavyanlar, 0,97 % xorvatlar, 0,34 % serblər-monteneqrolular, 0,19 % yuqoslavlar, 0,15 % makedonlar, 0,07 % boşnaklar, 0,06 % slovenlər, 0,04 % müsəlman monteneqrolular, 0,03 % qoralılar) Bundan əlavə, qeyri-slavyan qonşu ölkələrdə ənənəvi olaraq xeyli cənub slavyan azlıqları yaşayır: İtaliya: (slovenlər, xorvatlar) Avstriya: (azlıq kimi tanınan slovenlər və xorvatlar.
Cənub söyüdü
Cənub terminaliyası
Cənub terminaliyası (lat. Terminalia australis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Cənub tikanbalığı
Cənub tikanbalığı (lat. Pungitius platygaster) — Tikanbalığıkimilər fəsiləsinə daxil olan balıq növü. == Yayılması == Qara dəniz, Xəzər dənizi, Aral dənizi sularında yayılmışdır. Dunay çayında Belqrada qədər ərazilərdə müşahidə edilir. Yunanıstanın Vardar, Alyakmon çaylarında qeydqə alınmışdır. Onlara həmcinin İssık-Kul gölündə, Sarısu, Tobol çaylarında müşahidə edilirlər. Azərbaycanda Cənubi Xəzər sahillərində, Kür çayının aşağı axarlarında, Quba-Xaçmaz massivindən axan çaylarda müşahidə edilirlər. == Təsviri == Bel üzgəcinin önündə 8–11 arası tikan olur. Qarın tikanı azacıq diş-dişdir. Şirin və şorsulu ərazilərdə yaşaya bilir.
Cənub yarımkürəsi
Cənub yarımkürəsi — Yer kürəsinin ekvatordan cənubda olan hissəsidir. Cənub yarımkürəsində təqvim yayı dekabr-fevral aylarında, təqvim qışı isə iyun-avqust aylarında olur. Antarktida, Avstraliya və Cənub okeanı bütünlüklə, Cənubi Amerika, Afrika və Asiyanın böyük hissəsi, eləcə də Atlantik, Hind və Sakit okeanlarının cənub hissəsi Cənub yarımkürəsində yerləşir. Argentina, Avstraliya, Boliviya, CAR, Çili, Peru, Yeni Zelandiya və digər ölkələr Cənub yarımkürəsində yerləşir.
Cənub yukkası
Cənub yukkası (lat. Yucca faxoniana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Meksikada bitir. == Botaniki təsviri == Təbiətdə hündürlüyü 8–10 m olan ağac və ya koldur. Cavan bitkilərin gövdələri zəif olur. Yaşlı bitkilərdə gövdənin diametri 20-60 sm-dək çatır. Yarpaqları gövdədə sıx yerləşir, rəngi tünd yaşıldır, kənarlarında sapları vardır. Yarpağin yuxarı hissəsində şaxələnmiş dərili, qısa yarpaqların uzunluğu 25-30 sm, eni 2-3 sm-ə çatır. == Ekologiyası == Şoran, qələvi torpaqlarda yaxşı bitir. İşıqsevəndir.

Значение слова в других словарях