DÖŞƏNMİŞ


1. Döşənmək”dən (1 və 2-ci mənalarda) f.sif.
Orada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıqcırıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı. T.Ş.Simurq.
Qadir … yastı daş döşənmiş həyətə çıxaraq əzazil Əminənin əmrini yerbəyerli icra etməyə başladı. Ə.Əbülhəsən.

2. sif. Örtülmüş.
İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq.

DÖŞƏNMƏK
DÖŞƏNTİ

Значение слова в других словарях