DÖRD-DÖRD

нареч. кьуд-кьуд (гьар сеферда кьуд ва я гьар дестеда кьуд кас аваз).
DÖRD-BEŞ
DÖRDADAMLIQ
OBASTAN VİKİ
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Altmış dörd
Altmış dörd — say sistemində ədədlərdən biridir. Altmış üçdən sonra, altmış beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Doxsan dörd
Doxsan dörd — say sistemində ədədlərdən biridir. Doxsan üçdən sonra, doxsan beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Dörd kitab
Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır: əl-Kafi — müəllifi Əllamə Kuleyni; Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; əl-İstibsar — müəllifi Şeyx Tusi. == Haqqında nəql olunan kəlamlar == Şeyx Hürr Amili belə deyir : Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir. Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir : “Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”. "Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir” == İstinadlar == == Həmçinin bax == Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı. == Xarici keçidlər == "Kutub-ərbəə — wikishia". az.wikishia.net (az.).
On dörd
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz dörd
Otuz dörd — say sistemində ədədlərdən biridir. Otuz üçdən sonra, otuz beşdən əvvəl gəlir. Otuz dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 17 və 34 ədədlərinə qalıqsız bölünür.
Qırx dörd
Qırx dörd — say sistemində ədədlərdən biridir. Qırx üçdən sonra, qırx beşdən əvvəl gəlir. Qırx dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən dörd
Səksən dörd — say sistemində ədədlərdən biridir. Səksən üçdən sonra, Səksən beşdən əvvəl gəlir. Səksən dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 7, 12, 14, 21, 28, 42 və 84 ədədlərinə qalıqsız bölünür.
Yetmiş dörd
Yetmiş dörd — say sistemində ədədlərdən biridir. Yetmiş üçdən sonra, yetmiş beşdən əvvəl gəlir. Yetmiş dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi dörd
İyirmi dörd — say sistemində ədədlərdən biridir. İyirmi üçdən sonra, iyirmi beşdən əvvəl gəlir. İyirmi dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli dörd
Əlli dörd — say sistemində ədədlərdən biridir. Əlli üçdən sonra, əlli beşdən əvvəl gəlir. Əlli dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 6, 9, 18, 27 və 54 ədədlərinə qalıqsız bölünür.
Dörd Barmaq adası
Dörd Barmaq — Oxot dənizində, Qijiqin körfəzinin şimal sahillərində yerləşən kiçik ada. Rifovı burnundan 4 km cənub-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqəsi Evensk adadan 20 km aralıda yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti. ərazisinə daxildir.
Dörd Dağ adaları
Dörd Dağ adaları (ing. Islands of Four Mountains Islands) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Dəniz yolları ilə həmsərhəddir və qərbdə Amukta boğazı ilə Andreyanov adaları, həmçinin şərqdə Samalqa boğazı ilə Foks adaları arasında yerləşir. İnzibati cəhətdən adalar Amerikanın Alyaska ştatına aiddir. == Coğrafiya == Bütün zəncirin uzunluğu 130 km, maksimum eni isə 35 km-dir. Buraya qərbdən şərqə zəncirlə uzanan bir sıra adalar daxildir: Amukta adası, Çaqulak, Yunaska, Herbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları. Onlardan ən böyüyü Yunaska (173,1 km²) və Çuqinadakdır (166 km²). Sonuncu əsasən aktiv Klivlend vulkanını təşkil edir. Bütün adalar qrupunun sahəsi 545.596 km²-dir və daimi əhalisi yoxdur. == Tarix == Bu adaların adını XIX əsrin birinci yarısında rus səyyahları adalardan dördünün aktiv vulkanlarına malik olduğuna görə vermişlər: Klivlend, Karlayl, Kaqamil və Herbert.
Dörd boya problemi
Dörd boya problemi — 1852-ci ildə Frensis Qutri tərəfindən təklif edilmiş riyazi məsələdir, hansı ki, aşağıdakı formada tərtib edilir:
Dörd böyük ixtira
Dörd böyük ixtira Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir. Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir. "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260–1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
Dörd fəsil (Vivaldi)
Dörd fəsil (Italian: Le quattro stagioni) – italyan bəstəkarı Antonio Vivaldi tərəfindən bəstələnmiş dörd violonçel üçün konsertlər dəsti. 1723 – cü ildə bəstələnmiş "Dörd fəsil" Vivaldinin ən məşhur əsəri olmaqla yanaşı, eyni zamanda Barokko dövrü musiqisinin də ən məşhur nümunələrindəndir. Dəstə daxil olan konsertlərin hər biri müxtəlif məzmun daşıyaraq, aid olduğu fəslin xüsusiyyətlərini əks etdirir. Məsələn "Qış" parlaq yüksək səsli notlarla bəzədildiyi halda, "Yay" özünün "Fırtına" da adlandırılan son hissəsində sanki fırtınanı səsləyir. Konsertlər ilk dəfə 1725 – ci ildə Vivaldinin on iki konsertdən ibarət op. 8 konsertlər seriyası kimi "Il cimento dell'armonia e dell'inventione" (Harmoniya və kəşf arasında yarışma) adıyla nəşr edilmişdir. İlk dörd konsret "Le quattro stagioni" adlandırılmış, həmin dörd konsertin hər biri daha sonra fəsillər kimi tanınmışdır. Hər konsert biri yavaş, ikisi isə bir qədər sürətli olmaqla üç parçadan ibarətdir. "Dörd fəsil" in yazılması zamanı çağdaş solo (tipik müasir solo və ya orkestrın müşayəti ilə solo) ifa tərzi hələ lazımı qədər tanımlanmamışdı. Vivaldinin solo violançelin ifası ilə skripka kvarteti və kontrabasın ifasını original şəkildə ayarlaması isə konsertin məzmununu tamamlamağa xidmət etmişdir.
Dörd fəsil xalçaları
Dörd fəsil xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (İlin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub.
On dörd (dəqiqləşdirmə)
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. On dörd (rəqs) — mahnı ilə müşayiət olunan çox geniş yayılmış rəqs.
On dörd (rəqs)
On dörd — mahnı ilə müşayiət olunan çox geniş yayılmış rəqs. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. Rəqsi kişilər və qadınlar oynayırlar. Rəqs mulayim, aram tempdə, həzin tərzdə gedir.
On dörd Məsum
On dörd Məsum şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Həsənin 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
On dörd rəqsi
On dörd — mahnı ilə müşayiət olunan çox geniş yayılmış rəqs. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. Rəqsi kişilər və qadınlar oynayırlar. Rəqs mulayim, aram tempdə, həzin tərzdə gedir.
İslamda dörd kitab
İslam inancında imanın şərtlərindan biri "Kitablara iman"dır. Bu anlayış Allah tərəfindən bəzi peyğəmbərlərə kitablar nazil edildiyində bu kitabların içindəkilərinin tamamilə doğru və gerçək olduğuna inanmaq deməkdir. İslam inancına görə dəyişdirilmiş 3 kitab vardır. Tövrat (Yəhudilik inancı tərəfindən dəyişdirilmişdir), Zəbur (Yəhudilik inancı tərəfindən dəyişdirilmişdir), İncil (Xristianlıq inancı tərəfindən dəyişdirilmişdir). Dəyişdirilməyən tək kitab isə Qurandır.
Danielin dörd padşahlığı
Dənyalın dörd padşahlığı və ya Danielin dörd padşahlığı — Dənyalın kitabına görə, "axırzaman" və "Rəbbin padşahlığı"ndan əvvəl gələn dörd padşahlıq. == Tarixi zəmin == Dənyalın kitabı Əhəməni və erkən ellinizm dövrlərdə (e.ə. V–III-cü əsrlər) Babil və Mesopotamiyada mövcud olan yəhudi icmasında yayılan əfsanələr toplusundan formalaşmış, daha sonra makkaveylər dövründə (II əsrin ortaları) 7–-12-ci fəsillər ilə genişləndirilmişdir. "Dörd padşahlıq" mövzusu Dənyal 2 və Dənyal 7-də açıq şəkildə müşahidə edilir, Daniel 8-in təsvirində gizlidir. Danielin ardıcıl dörd dünya imperiyası konsepsiyası yunan mifoloji tarixi nəzəriyyələrindən götürülmüşdür. 2-ci fəsildə haqqında bəhs edilən heykəldə dörd metalın simvolizmi farsca yazılardan götürülmüş, 7-ci fəsildəki dörd "dənizdən gələn heyvan" isə Huşə 13:7-8-i əks etdirir, burada tanrı İsraili ona aslan, bəbir, ayı və ya vəhşi heyvan kimi davranmaq ilə hədələyir. Alimlər arasında yekdil fikir ondan ibarətdir ki, 7-ci fəsildə haqqında bəhs edilən dörd nəhəng heyvan, 2-ci fəsildə qeyd edilən metallar kimi, Babil, Midiya, Persiya və Selevki dövlətlərini simvollaşdırır. Bundan başqa, IV Antiox digər üç tərəfi kökündən çıxaran "kiçik buynuz" kimi simvollaşdırılır (Antiox bir neçə başqa iddiaçının padşah olmaq hüququnu qəsb etmişdi). == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Collins, John J. Daniel: With an Introduction to Apocalyptic Literature. Eerdmans.
Dənyalın dörd padşahlığı
Dənyalın dörd padşahlığı və ya Danielin dörd padşahlığı — Dənyalın kitabına görə, "axırzaman" və "Rəbbin padşahlığı"ndan əvvəl gələn dörd padşahlıq. == Tarixi zəmin == Dənyalın kitabı Əhəməni və erkən ellinizm dövrlərdə (e.ə. V–III-cü əsrlər) Babil və Mesopotamiyada mövcud olan yəhudi icmasında yayılan əfsanələr toplusundan formalaşmış, daha sonra makkaveylər dövründə (II əsrin ortaları) 7–-12-ci fəsillər ilə genişləndirilmişdir. "Dörd padşahlıq" mövzusu Dənyal 2 və Dənyal 7-də açıq şəkildə müşahidə edilir, Daniel 8-in təsvirində gizlidir. Danielin ardıcıl dörd dünya imperiyası konsepsiyası yunan mifoloji tarixi nəzəriyyələrindən götürülmüşdür. 2-ci fəsildə haqqında bəhs edilən heykəldə dörd metalın simvolizmi farsca yazılardan götürülmüş, 7-ci fəsildəki dörd "dənizdən gələn heyvan" isə Huşə 13:7-8-i əks etdirir, burada tanrı İsraili ona aslan, bəbir, ayı və ya vəhşi heyvan kimi davranmaq ilə hədələyir. Alimlər arasında yekdil fikir ondan ibarətdir ki, 7-ci fəsildə haqqında bəhs edilən dörd nəhəng heyvan, 2-ci fəsildə qeyd edilən metallar kimi, Babil, Midiya, Persiya və Selevki dövlətlərini simvollaşdırır. Bundan başqa, IV Antiox digər üç tərəfi kökündən çıxaran "kiçik buynuz" kimi simvollaşdırılır (Antiox bir neçə başqa iddiaçının padşah olmaq hüququnu qəsb etmişdi). == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Collins, John J. Daniel: With an Introduction to Apocalyptic Literature. Eerdmans.
Dörd Böyüklər (Türkiyə)
Dörd Böyüklər (türk. Dört Büyükler) — Türkiyənin ən uğurlu 4 idman klubunu ifadə edən termin. Bunlar sırası ilə Beşiktaş, Qalatasaray, Fənərbaxça və Trabzonspordur. Bu dörd klubda da forma geyinmiş yeganə iki futbolçu Sergen Yalçın və Burak Yılmaz olmuşdur.

Значение слова в других словарях