DÖRDKÜNCLÜ

sif. Dörd küncü olan, dördbucaqlı, dördguşəli, yaxud dördbucaq şəklində olan. Dördkünc bina.
– Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn.
Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış dördkünclü işləmələr var idi. M.İbrahimov.
Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə də dördkünc kiçik bir hovuz vardı… Ə.Əbülhəsən.

Синонимы

  • DÖRDKÜNCLÜ DÖRDKÜNC(LÜ) Kərim dayı dönüb getmək istəyəndə “Azərbaycan qadını” yadına düşdü, çantadan çıxarıb ..
DÖRDKÜNC
DÖRDQAT
OBASTAN VİKİ
Dördkünclü qala (Yuxarı Əskipara)
Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğas çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 metr təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyatində köməkçi binalar olub.

Значение слова в других словарях