DÜYÜRD is. məh. Üzərində xırda düyünlər və toz kimi nöqtələr şəklində naxışı olan çarqat. Bir az yaşlı qadınlar tünd rəngli xaralardan paltar geyib, başlarına da düyürdü kəlağayıdan çalma çalardılar. H.Sarabski.