Mikroboşluqlu düzləndirmə
Mikroboşluqlu düzləndirmə (ing. microspace justification, ru. выравнивание (текста) раздвижкой символов) - vərəqin qıraqlarına nəzərən sətrin düzləndirilməsi zamanı sətri doldurmaq üçün sözlərin simvollarının arasına təkcə tamölçülü deyil, həm də kiçik boşluqların artırılması. Yaxşı yerinə yetirilmiş mikroboşluqlu düzləndirmə mətnə daha gözəl, peşəkar görünüş verir, həddən artıqlıq isə sözlərin vizual bitişikliyini pozur. Peşəkar masaüstü nəşriyyat sistemlərində və səhifələmə proqramlarında belə bir funksiya vardır.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.