DƏHR

ə. 1) zaman, vaxt, dövr; 2) dünya, cahan, aləm; 3) m. tale, fələk. Dəhri-fəna puç, fani dünya.

DƏHNA
DƏHRƏ
OBASTAN VİKİ
Dəhrəv
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Dəhrəz
Dəhrəz — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəhrəz kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı rayonunun Ağbulaq inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qayabaşı olan bu kənd XVIII əsrdə Qarabağ xanlarına məxsus mulk idi. XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi bu adı almışdır. Oykonim fars dilindəki dəhliz sözünun variantı kimi "ensiz, dar kecid" mənasındadır.

Значение слова в других словарях