DƏHR

is. [ ər. ] klas.
1. Dünya, aləm, təbiət.
Dəhrdə oldu mənə dildarü-dilbər bir tüfəng. M.P.Vaqif.
Dəhrdə etmə iftiraqə həvəs; İftiraq ilə kəslər olmuş pəs. S.Ə.Şirvani.

2. Zaman, dövr.
Can ilə həm cəhan bənəm, dəhr ilə həm zəman bənəm; Gör bu lətifəyi ki, bən dəhrü-zəmanə sığmazam. Nəsimi.

// məc. Qismət, tale.

Синонимы

  • DƏHR dəhr bax 1. dövr; 2. dünya
DƏHNƏLİ
DƏHRƏ
OBASTAN VİKİ
Dəhrəv
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Dəhrəz
Dəhrəz — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəhrəz kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun Ağbulaq inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qayabaşı olan bu kənd XVIII əsrdə Qarabağ xanlarına məxsus mulk idi. XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi bu adı almışdır. Oykonim fars dilindəki dəhliz sözünun variantı kimi "ensiz, dar kecid" mənasındadır.

Значение слова в других словарях

аквамари́н ви́повский дво́йственно денщи́цкий красноря́дец ознаменова́ние пока́ сосчи́тывать сочлени́ться тибе́тец жела́ющий катализа́тор подпу́шивание пожра́ть постово́й приня́ть эстафету целеуказа́ние ляс caprifoil clash condescending incertitude parquetry trimeter отращивать