DƏNİZ SUYU

Yer səthində okean və dənizlərdə toplanmış su. Dünya okeanında suyun ümumi həcmi 1370 milyon km³-dir. D.s. –nda həll olunmuş halda mineral duzlar, (əsasən oksigen, azot, karbon qazı, bəzi rayonlarda kükürd) və az miqdarda (1-5 mq/l) üzvi maddələr var. Dəniz suyunun orta minerallaşma dərəcəsi 35 q/l-dir.
DƏNİZ SƏVİYYƏSİ
DƏNİZ ZƏLZƏLƏSİ
OBASTAN VİKİ
Dəniz suyu
Dəniz suyu — dəniz və okeandakı su. Dəniz suyunun duzluluğu 35 % təşkil edir, dəyişiklik 34–36 % arası ola bilər. Dəniz suyunun hər litrində 35 qram duz həll edilib (əsasən xlorid natri). Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq, suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluğa ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Okeanlarda suyun duzluluğu hər yerdə təqribən 35 ‰-ə yaxındır, ancaq dənizlərdə duzluluq bərabər paylanmayıb. Ən az duzluluq Fin körfəzidədir. Ən çox duzluluq isə Qırmızı dəniz və Aralıq dənizinin şərq hissəsindədir.
Artezian suyu
Artezian suyu (lat. Artesium Fransada yerləşən Artua əyalətinin adı ilə əlaqəlidir) — təzyiqli yeraltı sular.. XII əsrdə Avropada ilk dəfə olaraq fontan əl quyusu (buruq) burada qazılmış və ona artezian quyusu adı verilmişdir. Hələ Qədim Misirdə və Yunanıstanda 4 000 il öncə belə təzyiqli su quyuları mövcud olmuşdur. Çində Han sülaləsi dövründə (E.ə. 206—220)) dərinliyi 130 metri keçən təzyiqli su quyuları var idi. İlk dəfə buruq artezian quyusu Fransada 1126-cı ildə qazılmışdır Artezian suları qrunt sularından və laylararası sulardan çox fərqlənir: a) materiklərin yeraltı sularının əsas kütləsi artezian sularıdır; b) hər bir artezian hövzəsi müəyyən geoloji strukturda olur və yüzlərlə, minlərlə kilometr uzanır; b) qalın sulu qatlar suyadavamlı qatlar arasında yerləşir və basqılıdır — hər tərəfdən hidravilik təziqə məruz qalır; q) onlar nəyinki mövsümün havasından, hətta heç iqlimin çoxillik tərəddüdündən də asılı deyildir; f) dördüncü dövr çöküntülərindən qabaqkı çıküntülərdə, o cümlədən ən qədim çöküntülərdə yerləşir və d) kimyəvi tərkibinə görə müxtəlifdir Adətən, artezian hövzələri muldayaoxşar strukturlarda( layların nov şəklində çökməsi) formalaşır, lakin layların dissimmetrik monoklinal (bir tərəfə meyilli) yatımında da ola bilər; çox vaxt onlar müərəkkəb sistemli çatlarda və yarıqlarda yerləşir. Sulu artezian layları üstdən başdan-başa sukeçirməyən təbəqələrlə örtülüdür və yalnız strukturun kənarlarında atmosfer səthi suları ilə əlaqədardır. Hər artezian hövzəsində üç sahə: qidalanma, basqı və boşalma sahələri ayrılır. Qidalanma sahələri adətən tektonik qalxmış yerlərdə olur.
Atmosfer suyu
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Şalğam suyu
Şalgam kələmkimilər fəsiləsinə aid bitki olan Şalgamdan hazırlanan Çukurova bölgəsinə xas bir içkidir. Adana, Mersin, Osmaniye kimi bir çox cənub bölgələrində geniş istifadə olunur. Qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri vardır. Acı şalgam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalgam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalgamla bərabər qara yerkökü də yeyilə bilər. Mayalanma dövründə daxil edilmiş bu qara yerkökülər şalğam suyunun içində qalırlar. Bunlara tane deyilir ( bu, bölgə dialektində belə səslənir, “ dənə” sözünün modifikasiyaya uğramış formasıdır). Şalgam adətən kababla içilir.
Şollar suyu
Şollar suyu— Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu. Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H. Z. Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alqı-satqısı üzrə əməliyyatlar aparmışdı. H. Z. Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi. H. Z. Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H. Z. Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir. 1878-ci ildə Bakıda "Şəhər Əsasnaməsi"nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi.
Maçahel Suyu
Maçahel suyu( მაჭახელისწყალი , Mač'axelisc'q'ali ) — Türkiyənin Artvin vilayətindən başlayan və Gürcüstanın Acarıstan Muxtar Respublikasına axan çaydır. Əsas qolları Uğur-Maral və Efeler çaylarıdır. Çay, Gürcüstan sərhəddində Çoruh çayına qarışır. Onun ümumi uzunluğu 37 kilometrdir. Onun hövzəsi 369 km²-dir. Axın sürəti 20,8 m³/s təşkil edir. Maçaheli çayı vadisinin yuxarı hissəsində mövcud olan 6 kənd, Türkiyənin sərhədləri daxilində yerləşmişdir. Mərkəzi yaşayış məntəqəsi Camili (Hertvisi). Bu bölgə, arıçılıq və keyfiyyətli balı ilə Türkiyədə məşhurdur. Acarıstan tərəfdə 12 kənd mövcuddur.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Dirilik Suyu (1991)
Qalaaltı mineral suyu
Qalaaltı mineral suyu — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Naftusiya mineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Onun bir tək adı çox məna kəsb edir - o neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını birçoxları Truskavets kurortu ilə əlaqələndirir. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq bir çox adama məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn Azərbaycanda olan Qalaaltı kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.
Sirab mineral suyu
Sirab mineral su yatağı — Naxçıvan MR-in Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 km şimal-şərqdə, Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağı. Sirab (şirli su) yaxud Sərab (başsu) suyu qədim zamanlardan məşhur olmuş və mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən üç tip su aşkar edilmişdir. I tip – 9 və 12 nömrəli quyulardan Orta Eosenin alevrolitli, çatlı, gilli süxurlarından alınmışdır. Kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kaliumlu – natriumludur. Narzan (Kislovodsk) tipli sulara yaxındır. Balneoloji tərkibi: II tip – 8 nömrəli quyudan, 531 metr dərinlikdən alınmışdır. Kimyəvi tərkibinə görə karbon qazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. Borjomi (Gürcüstan) tipli sulara yaxındır. Balneoloji tərkibi: III tip – 10 nömrəli quyudan, 1075–1080 metr dərinlikdən alınmışdır.
Zəm-zəm suyu
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Dirilik suyu (film, 1991)
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Dəniz Akkaya
Dəniz Akkaya (türk. Deniz Akkaya; 3 avqust 1977, İstanbul) — Türkiyə modeli, aktrisası və aparıcısı. Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir. Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli hakimi. Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Dəniz Baykal
Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili. Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-yə yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib. Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib.
Dəniz Gəzmiş
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972, Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist. 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər. Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Dəniz Yücəl
Dəniz Yücəl (alm. Deniz Yücel‎; 10 sentyabr 1973) — Türk mənşəli Alman jurnalist. Die Tageszeitung və Die Welt də daxil olmaqla bir neçə alman çap mediasında nəşr edilmişdir. Türkiyə hökuməti Dəniz Yücəli dəfələrlə casusluqda və Gülən Hərəkatına və Kürdüstan Fəhlə Partiyasına dəstək olmaq üçün Alman Federal Kəşfiyyat Xidmətində çalışmaqda günahlandırdı. Türkiyə hökuməti, Dəniz Yücelin bu iki quruluşa Türkiyədə sabitliyi pozmaq üçün kömək etdiyini də bildirdi. 2017-ci ildəki bir çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dəniz Yücəl bir casusdur, jurnalist deyil" demişdir. 14 fevral 2017-ci ildə Türkiyə məhkəməsi Dəniz Yücəli casusluqda günahkar hesab edərək həbs cəzasına məhkum etdi. Bu həqiqət Almaniyada jurnalistlər, siyasətçilər və ictimaiyyət tərəfindən mənfi qəbul edildi. Almaniyanın xarici işlər naziri Siqmar Qabriel dərhal Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırdı və burada Dəniz Yücələ qarşı çıxarılan hökmə etiraz etdi. 16 fevral 2018-ci ildə, bir ildən çox həbsxanada qaldıqdan sonra Dəniz Yücəl sərbəst buraxıldı.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Dəniz anemonları
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Dəniz bəbiri
Dəniz bəbiri (lat. Hydrurga leptonyx) — Əsl suitilərə daxildir. Əsasən Subantarktik qurşaqda Cənub okeanı sularında yaşayır. Onlar əsasən Pərayaqlılarla qidalanır. Dəniz bəbirinin sürüşkən bədəni ona suda yüksək sürət yığmağa imkan verir. Suda sinxron hərəkət edir. Erkək dəniz bəbiri 3 metr, dişilər isə 4 metr uzunluğa malik olur. Erkəklər 270 kq, dişilər isə 400 kq çəkiyə sahib ola bilirlər. Yuxarı hissəsi tünd boz, aşağı nahiyəsi isə gümüşü-ağ rəngə malikdir. Başında boz ləkələr vardır.

Значение слова в других словарях