DƏNİZİN KƏNAR ZOLAĞI

dənizin dayaz sahil hissəsi, okean və dənizlərdə dayaz, dar zolaq olub, dənizin çəkilməsi zamanı quruyan zonaya daxil olur. взморье offshore
DƏNİZİN İRƏLİLƏMƏSİ
DƏNİZİN ORTA DƏRİNLİYİ
OBASTAN VİKİ
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Fırlatma zolağı
Fırlatma zolağı (scroll bar,полоса прокрутки,kaydırma çubuğu)-qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. Fırlatma zolağının üç aktiv zonası olur; məsələn, mətn redaktorlarında şaquli fırlatma zolağının üzərində ox olan iki fırlatma düyməsi var ki, onların köməyilə sənədi bir sətir aşağıya, yaxud yuxarıya hərəkət etdirmək olur və sənədin lazım olan yerinə keçmək üçün fırlatma boksu var; siçanın göstəricisini fırlatma boksunun yuxarısında, yaxud aşağısında çıqqıldatmaq sənədi bir ekran yuxarıya, yaxud aşağıya hərəkət etdirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qəzza zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Qəzzə zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Tapşırıqlar zolağı
Tapşırıqlar zolağı – taskbar ~ панель задач ~ görev çubuğu ~ Windows əməliyyat sistemində: ekranın aşağısında məsələlərin siyahısından ibarət üfüqi zolaq. Tapşırıqlar zolağı iş masasının yuxarı, sol və ya sağ qırağına da yerləşdirilə bilər. Açılmış hər bir proqram tapşırıqlar zolağında düymə kimi təmsil olunur və istənilən zaman həmin proqrama keçmək üçün, sadəcə, tapşırıqlar zolağındakı uyğun düyməni çıqqıldatmaq lazımdır. Tapşırıqların idarəolunması — task management ~ управление задачами ~ görev yönetimi ~ kompüterdə, xüsusən çoxistifadəçi rejimində yerinə yeririlən ayrı-ayrı tapşırıqları və prosesləri izləmək və onları lazım olan resurslarla təmin etmək üçün əməliyyat sisteminin gördüyü işlər. Tapşırıq – task ~ задача ~ görev ~ müstəqil element kimi yerinə yetirilən avtonom tətbiqi proqram, yaxud altproqram. Tapşırıqlar meneceri – Task Manager ~ Диспетчер задач ~ Görev Yöneticisi ~ Microsoft Windows əməliyyat sistemləri ailəsində: başladılmış proseslərin və onların istifadə etdikləri resursların (status, prosessor vaxtı və sərf olunan operativ yaddaş və s.) siyahısını ekrana çıxarmaq üçün utilit. Proseslər üzərində bəzi əməliyyatlar etmək (məsələn, prosesi durdurmaq) imkanı vardır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avtobus zolağı
Avtobus zolağı — sadəcə avtobusların istifadə etməsi və ictimai nəqliyyatın tıxacda ilişib qalmaması məqsədilə çəkilmiş zolaq. Avtobus zolaqları metrobus şəbəkəsinin əsas komponentidir, digər trafikin səbəb olduğu gecikmələri azaltmaqla avtobusların hərəkət sürətini və etibarlılığını artırır. Xüsusi avtobus zolağı ümumi avtomobil hərəkəti üçün nəzərdə tutulmuş yolun yalnız bir hissəsini tuta bilər. İlk avtobus zolağı tez-tez səhvən 1939-cu ildə Şeridan küçəsinin Foster prospektinin şimalında geri dönən zolaqlarla quraşdırıldığı Çikaqoya aid edilir. Yol pik istiqamətə doğru üç zolaqdan (səhər cənuba; axşam şimala) və bir əks axın zolağından ibarət idi. Zolaqların heç biri yalnız avtobus üçün deyildi, lakin avtobusların hərəkətini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdu. 1948-ci ildə Rod-Aylend ştatının Providens şəhərindəki Şərq Trolley tuneli yalnız avtobuslar üçün istifadəyə çevrildi və bu günə qədər fəaliyyətini davam etdirərək ABŞ-də ilk xüsusi avtobus yolu oldu.
Kənar effekt (Proqramlaşdırma)
Londonun yaşıl zolağı
Londonun yaşıl zolağı (ing. Metropolitan Green Belt) — Böyük London və ətraf qraflıqların ərazisində yerləşən yaşıl zolaq. Sahəsi — 554,7 min ha (2011-ci il üçün), Londonun özünün ərazisindən 3 dəfə genişdir. Şəhərin nizamsız böyüməsinin qarşısını almaq üçün İkinci Dünya müharibəsindən sonra Patrik Aberkrombinin layihəsi əsasında yaradılmışdır. Londonun böyüməsinin qarşısının alınmasına ilk cəhd 1593-cü il parlament aktı ilə edilmişdir. Qanuna əsasən Londondan və Vestminsterdən 3 mil aralı məsafədə yeni tikililərin inşası qadağan olunmuşdu. XIX əsr ərzində Londonun əhalisi 6 dəfə artmış, dəmir və avtomobil yollarının meydana gəlməsi şəhərin böyüməsinə səbəb olmuşdur. Parlamentin 1938-ci il aktı "yaşıl zonanı" istirahət və kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahə kimi müəyyən etdi və yerli hakimiyyət orqanlarına tikililərin genişlənməsinin qarşısını almaq üçün Londonda torpaq almaq hüququ verdi. Bu qanun xüsusi mülkiyyətdə olan ərazilərin yaşıl zolağa keçirilməsi imkanını da nəzərdə tuturdu. 1947-ci ildə parlamentin şəhər və kənd layihələndirilməsi haqqında yeni aktı qəbul olundu.
Dənizin ortasında (film)
Dənizin qəlbində (ing. In the Heart of the Sea) — 2015-ci il istesalı olan film. Balına ov gəmisi olan Eseksin batışından bəhs olunur. 1850-də yazıçı Eseks gəmisinin batışından sonra həyatda qalan son adam mehmanxana sahibi Tomas Nikkersonu ziyarət edərək hekayəni ona danışmağı müqavilində ona pul təklif edir. Tomas ilk öncə bunu rədd edir. Ancaq sonra arvadının təkidi ilə bu təklifi qəbul edir. Hekayə 1820-ci ildən başlayır. Səfərin ilk üç ayında heç bir uğur əldə olunmur. Kapitan Polard Atlantik okeanında balina görülmədiyinin fərqinə varır. Nəhəng ağ balinanın hücümu nəticəsində gəmi məhv olur, 6 nəfər ölür.
Dənizin qəlbində (film)

Mavi dənizin sahilində
Mavi dənizin sahilində (rus. У самого синего моря) — 1935-ci ildə çəkilmiş sovet filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
Kənar adamlar (film, 1992)
Film təmiz və ülvi məhəbbət haqqında, dostluq etmək arzusunda olan gənclərin taleyi barədədir. Lakin taleyin hökmü ilə bu cavanlar çirkin adamların mafiya toruna düşürlər. Məhz məhəbbət onları ölümün pəncəsindən qurtarır. Filmin çəkilişinə 1 milyon 200 min rubl xərclənib. Film Fərid Hümbətovun "Quşbazlar" hekayəsi əsasında çəkilmişdir.
Mavi Dənizin Sahilində (1936)
Mavi dənizin sahilində (film, 1935)
Mavi dənizin sahilində (rus. У самого синего моря) — 1935-ci ildə çəkilmiş sovet filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
Qara dənizin su altı çayı
Qara dənizin su altı çayı — Mərmərə dənizindən Bosfor boğazından keçməklə Qara dənizin içərilərinə doğru axan duzlu axın cərəyan. Bu su altı çayın axdığı nov 35 m dərinliyə, 1 km enə və 50 km uzunluğa sahibdir. Bu axından sular 6,5 km/s sürəti ilə axır. Buradan axas suyun həcmi hər saniyədə 22 min. m³ təşkil edir. Bu su altı axarda çaylara məxsus elementlər vardır. Məsələn sahillər, astanalar, şəlalər müşahidə edilir. Qara dənizin dibi ilə axan bu kanallar 6 min il öncə meydana gəlmişdir. Belə düşünülür ki bu novlar, Aralıq dənizindən Qara dənizə axan su axınları zamanı formalaşmışdır. Bu novlarla bu gündə su hərəkət edir.
Çingiz xan: Torpağın və dənizin axırına qədər
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Çingiz xan: torpağın və dənizin axırına qədər (film, 2007)