is. zool. Dərisitikanlılar tipindən xiyara bənzəyən dəniz heyvanı. Dərisindəki xırda kirəc cisimciklərin və beş cərgə ayaqların olmasına görə, dənizxiyarlarının dənizkirpiləri, dənizulduzları və dənizzanbaqları sinfindən olduğunu görürük. “Sualtı aləm”.