Azərbaycan ərazisinin dərinlik quruluşu
Geoloji qırılma — yerdəyişmədən və ya qırılma səthi boyunca süxurların yerdəyişməsi ilə süxurların davamlılığının pozulmasıdır.
Ə. Ş. Şixalibəyli Qafqazın dərinlik qırılmalarını yerləşmə və inkişaf etmə vaxtına görə kənar, qaymalarası, sərhəd tiplri kimi təsnif etmişdir. Bu qırılmaların bir çoxu geofiziki məlumatların əsasında aşkarlanmış və əksəriyyətləri geoloji məlumatlarla təsdiqlənmişdir.
== Mahaçqala-Krasnovodsk (Ortaxəzər) dərinlik qırılma zonaları ==
Qravitasiya məlumatlarına əsasən müəyyən olunmuşdur. Qafqazönündən Xəzərin akvatoriyası boyu qravitasiya anomaliyası qeyd olunmuşdur. Bu anomaliyalar Tırnauz-Xəzər-Türkmənistan qırılmalırı boyu yerləşmişlər.
== Siyəzən qırılması ==
Şimal-şərqdə Böyük Qafqazın şimal intensiv qırışıqlıq qanadında Usuxçay boyu Şahdağ-Xızı sinklinorisinin və Tengi-Beşbarmaq antiklinorisinin şimal-qərb qanadı boyu qırılmalar keçir ki, onu ədəbiyyatda Qazmaqrız və Siyəzən üstəgəlməsi də adlandırırlar.
== Başqafqaz dərinlik qırılması ==
Böyük Qafqazın oxu boyu dərinlik qırılmalarının iri zonası keçir. Bu zona boyu kristallik şistlərdən ibarət nüvə cənub yamacının aşağı yura yaşlı şistlərlə tektonik təmas yaradır. Yəni Qafqazın özülü kəskin yerdəyişməyə məruz qalmışdır.