Din dəyişdirmə
Din dəyişdirmə — müəyyən dini konfessiya ilə eyniləşdirilən bir sıra inancların başqalarını istisna edərək qəbul edilməsi. Beləliklə, "dindəyişdirmə" bir konfessiyaya bağlılığın tərk edilməsini və digər konfessiyaya bağlılığın qəbul edilməsini təsvir edir. Bu, eyni din daxilində bir konfessiyadan digərinə ola bilər. Məsələn, dini etiqadın protestant xristianlıqdan Roma katolisizminə və ya sünni islamdan şiə islama dəyişdirilməsi. Bəzi hallarda din dəyişdirmə "dini kimliyin transformasiyasını qeyd edir və xüsusi rituallarla simvollaşdırılır".
İnsanlar müxtəlif səbəblərə görə dinlərini dəyişdirə bilərlər. Bunlara inancların dəyişməsi səbəbindən azad seçim yolu ilə aktiv din dəyişdirmə, ikinci dərəcəli din dəyişdirmə, ölüm yatağında din dəyişdirmə, rahatlıq üçün din dəyişdirmə, evlilikdə din dəyişdirmə və məcburi din dəyişdirmə daxildir.
Prozelitizm başqa bir dinə və ya inanc sisteminə mənsub olan başqa bir şəxsi inandırmaq cəhdidir. Mürtəd bir din və ya məzhəbin üzvləri tərəfindən həmin din və ya konfessiyanı tərk etmiş birinə istinad etmək üçün istifadə edilən termindir.
== Həmçinin bax ==
İnkvizisiya
Səfəvilərin əhalini şiələşdirməsi
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Barker, Eileen The Making of a Moonie: Choice or Brainwashing?