DAD

DAD1

f. 1) ədalət, insaf; ədalət məhkəməsi; 2) qarşılıq, əvəz; 3) cəza; 4) aman, haray, yardıma çağırış.

DAD2

f. 1) vergi; 2) satış, satın. Dadi-xuda Allah vergisi.

DABBƏTÜLƏRZ
DADAR
OBASTAN VİKİ
Dad orqanı
Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir. Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir.
Sevimli Dad
Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir. Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir. Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır. Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.
DADP
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib. 2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində 2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. 23 avqust 2020-ci il tarixində DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi. 9 iyun 2023-cü il tarixində Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir.
Dada Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Dadaizm
Dadaizm (fr. dadisme; dada – mənasız ahəngdarlıq) – Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər. T. Tsara, R. Gülzenbek, Q. Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J. Qross və C. Hartfild bu qəbildən olan dadaistlərdən idilər.
Dadaloğlu
Dadaloğlu (1785, Tomarza, Kayseri ili – 1868) — türk aşığı. XIX əsr aşıqlarından biri də Aşıq Dadaloğludur. Aşıq Dadaloğlu haqqında da demək olar ki, ətraflı bilgi azdır. Doğum və ölüm tarixləri dəqiq bilinmədiyi kimi, harada anadan olduğu və öldüyai də bilinmir. Bizə bəlli olan odur ki, bu aşıq Toros dağlan ətrafındakı bölgələrdə köçəri halda yaşayan əfşarlardandır. Atası da şer yazmışdır. Adı da Aşıq Musa Dadaloğludur (Atası bəzi şerlərini Qul Mustafa imzası ilə də yazmışdır). Dadaloğlunun əsl adı Vəlidir. O da atası kimi "Dada-loğlu" təxəllüsü ilə yazmışdır. Ən çox göründüyü yer Kozan, Ərzin, Payas tərəfləri olubdur.
Dadanovka (Auırqazı)
Dadanovka (başq. Дадановка, rus. Дадановка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Məsəli): 4 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə çuvaşlar (99%) üstünlük təşkil edir.
Dadanovka (Avurğazı)
Dadanovka (başq. Дадановка, rus. Дадановка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Məsəli): 4 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə çuvaşlar (99%) üstünlük təşkil edir.
Dadav Moqamedov
Dadav Moqamedov (1863, Xumtorqala[d] – 1926, Xumtorqala[d]) — qumuq xalq şairi və ağac-kumuzda ifaçısı. Dağıstanın ilk xalq şairi. Metal və ağac üzrə usta. 1905-ci il kəndli hərəkatının fəal iştirakçısı; Vətəndaş Müharibəsi dövründə inqilabi partizan; Dağıstanda ilk kənd müxbiri. Milliyyətcə qumuqdur. Gənc yaşlarından Magomedov xalq şairi-improvizatoru və agaç-kumuzda mahnı ifaçısı kimi tanınırdı. Üstəlik erkən yaşlarından nadir metal və ağac ustası kimi tanınmışdır. Mahnılarını inqilabı tərənmüm etməsi səbəbindən kəndlilər, xüsusilə də gənclər arasında məşhur idi. Dadav 1905-ci il inqilabı ərəfəsində kəndli hərəkatında fəal iştirak etmişdir. 1917-ci ildə Maqomedov inqilabçı döyüşçülərin önündə gedirdi.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
Dadaş Asanov
Dadaş Mirzə oğlu Asanov (15 yanvar 1930, Culfa, Naxçıvan MSSR) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1989–1993), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1982–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1978–1982), Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri (1973–1978), Azərbaycan SSR əməkdar mühəndisi. Dadaş Mirzə oğlu Asanov 1930-cu il yanvarın 15-də Naxçıvan MSSR Culfa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakıdakı 171 saylı orta bitirdikdən sonra Moskva Polad İnstitutuna daxil olmuş və öz istəyi ilə 1952-ci ildə Moskva Yeyinti Sənayesinin Texnologiya İnstitutuna köçürülmüşdür. 1955-ci ildə həmin institutunun tikinti şöbəsini bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir. Dadaş Asanov əmək fəaliyyətinə 1955-ci ilin əvvəllərində Bakıdakı 4 saylı tikinti trestinin 41 nömrəli tikinti idarəsində briqadirlikdən başlamışdır. 4 il ərzində briqadir, iş icraçısı, baş iş icraçısı işləmiş, 1959-cu ilin mart ayında həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları Zavodunun baş mühəndisi vəzifəsinə təyin edilmişdir. 1962-ci ilin yanvar ayından Dəmir-Beton Məmulatları trestinin baş mühəndisi olmuşdur. Dadaş Asanov 1966-cı ilin iyun ayından 1973-cü ilin noyabr ayınadək Azərbaycan SSR kənd tikintisi nazirinin müavini və birinci müavini olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri, 1978–1982-ci illərdə Azərbaycan SSR kənd tikintisi naziri vəzifələrində işləmişdir. 1982-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə çalışmışdır.
Dadaş Bünyadzadə
Dadaş Xocabəy oğlu Bünyadzadə (8 aprel 1888, Fatmayı, Bakı qəzası – 21 aprel 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycanın SSR-in ilk maarif komissarı, 1930–1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sovetinin sədri, repressiya qurbanı partiya və dövlət xadimi Mahmud Bünyadzadənin əmisi oğlu. 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonra isə bir il Bakıda rus-tatar məktəbində oxumuşdur. Ailəsinin ağır vəziyyəti Dadaş Bünyadzadəni təhsilini davam etdirməyə imkan vermir. O, kiçik yaşlarından əmək fəaliyyətinə başlamışdır. O, bir müddət Bakı daş karxanalarının birində arabaçı işləmişdir. 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində, 1905–1908-ci illərdə isə dəmirçixanada şagird, çəkicvuran işləmişdir. O, bu dövrdən Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsində fəal iştirak etməyə başlamışdır. O, fəhləlik etməklə yanaşı təhsilini davam etdirməyi də unutmurdu. 1907-ci ildə "Nicat" cəmiyyətinin açdığı cümə günləri kursunda oxumağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirmişdir.
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dadaş Bünyadzadə küçəsi (Bakı)
Dadaş Bünyadzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycan SSR dövlət xadimi Dadaş Bünyadzadənin adını daşıyır. Məhəmməd Xiyabani küçəsindən "Vital klinika"ya kimi uzanır. Dadaş Bünyadzadə küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsindən başlayır. Abbas Mirzə Şərifzadə küçəsinə paraleldir. Küçədən 194 saylı marşurut avtobusu hərəkət edir. Əsəd Əhmədov küçəsi Məhəmməd Xiyabani küçəsi № 1 — Vital klinika № 34B — Şaiq MTK (Kamran MTK) № 34B — YASAMAL Mall № ? — Rahat market (əvvəlki: Bəyaz market) № ? — Xəmirçi un məmulatları № ?
Dadaş Dadaşov
Ağadadaş Hacıbala oğlu Dadaşov (30 avqust 1935, Bakı) — bəstəkar, tarzən, Azərbaycan Respublikasının xalq artisti (2008). 1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmişdir. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülmüşdür. Vokal əsərləri Ə. Cavadın sözlərinə iki romans (1996) Rəsul Rzanın sözlərinə "Rənglər" vokal silsiləsi (1985) A. İldırım, B. Vahabzadə, Y. Həsənbəy və b. şairlərin sözlərinə mahnılar (1990–2001). İnstrumental əsərləri Cövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd (1977–1978) Qanun və piano üçün poema (1996) Simli trio (1986) Simli kvartet üçün poema (1990) Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər (1990–2001). Orkestr üçün Xalq çalğı alətləri orkestri üçün 5 saylı süita (1993) Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılara ithaf 1 saylı Simfoniya Simli orkestr üçün 2 saylı simfoniya (1995) Nəfəsli orkestr üçün "Zəfər marşı" (1996) Nəfəsli orkestr üçün "Təyyarəçilər marşı" (1998) Qanun və simfonik orkestr üçün Konsert (2009)[1] Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine Azəri, L. Bəstəkar ömrünün naxışları: [Xalq artistinin yubileyinə həsr olunmuş musiqi festivalı haqqında] //Mədəniyyət.- 2015.- 9 dekabr.- S.11. Azəri, L. Vətənə sevgidən yaranan musiqi əsərləri: Xalq artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.4.
Dadaş Hüseynov
Hüseynov Dadaş Ağa-Cavad oğlu - geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2017), dosent Dadaş Ağa-Cavad oğlu Hüseynov, 27 dekabr 1959-ci ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. 1967-1977-cü illərdə Bakı şəhəri 175 saylı məktəbdə orta təhsil almışdır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetini (hal-hazırda BDU) geolog-mühəndis ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (hal-hazırda Geologiya və Geofizika İnstitutu) 1984-cü ilin dekabr ayından etibarən işləməsinə baxmayaraq, o hələ Azərbaycan Dövlət Universitetinin tələbəsi olarkən, 1979-cu ildən etibarən üç il ərzində Geologiya İnstitutunda ekspedisiya işlərində fəal iştirak edərək, özünü hərtərəfli göstərmiş, ekspedisiya əməkdaşlarının rəğbətini qazanmışdır. Həqiqi hərbi xidməti bitirdikdən sonra D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna dəvət olunmuşdur. İşlədiyi müddət ərzində o ardıcıl olaraq mühəndis (1984-1986), böyük mühəndis (1986-1991), elmi işçi (1991-1993), böyük elmi işçi (1993-1996), aparıcı elmi işçi (1996-2002) vəzifələrində, 2002-ci ildən isə təşkilində iştirak etdiyi CİS sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2003-2010-cu ilə qədər “Geoloji-geofiziki məlumatların CİS analizi” şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2010-cu ilin aprel ayından “Hövzə modelləşdirilməsi və geotexnologiyalar” şöbəsinə rəhbərlik edir. 2013-cu ildən və hal hazırda D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. D.A.Hüseynovun elmi fəaliyyətini 2 əsas mərhələyə bölmək olar.
Dadaş Həsənov
Dadaş Əbdül Hüseyn oğlu Həsənov (Həsənzadə) (19 dekabr 1897, Şuşa – 28 yanvar 1927, Bakı) — Azərbaycanın siyasi xadimi, dövlət müstəqilliyinin bərpası uğrunda mübariz, Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, gizli fəaliyyət göstərən "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921–1923), Gizli "Müsavatın" Mərkəzi Komitəsinin (MK) sədri (1923–1926). 1897-ci ildə Şuşa şəhərində doğulmuşdur, 1901-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Burada ailəsi ticarətlə məşğul olub varlanmış, sonra neft quyularının sahibi olmuşdur. 1918-ci ilin mart ayında Bakıda bolşevik və daşnak birləşmələri müsəlmanlara qarşı soyqırım törətmişdirlər. O zaman Həsənovlar ailəsi də ciddi ziyan çəkmişdir. Onlar Dağıstana qaçmalı olmuş, əmlakları isə ermənilər tərəfindən qarət edilmişdir. Orada səkkiz ay qaçqın həyatını sürdükdən sonra, 1918-ci ilin oktyabr ayında Türk-Azərbaycan ordusu tərəfindən azad edilmiş Bakıya qayıtmışdırlar. Qayıdandan sonra Həsənovlar ailəsinin maddi durumu qismən bərpa etsələr də 1920-ci ildə onların bütün əmlakı bolşeviklər tərəfindən müsadirə edilmişdir. D. Həsənov öncə Bakıda "İttihad" adlı İran məktəbində oxumuş, sonra 1914-cü ildə Lənkaran şəhərində gimnaziyaya daxil olmuşdur. 1918-ci ildə gimnaziyanı bitirərək Bakıya qayıtmışdır.
Dadaş Kazımov
Dadaş Nadir oğlu Kazımov (25 noyabr 1923, Bakı – 6 avqust 1992, Bakı) — Azərbaycan aktyoru. Əsasən epizodik rollarda çəkilən Dadaş Kazımovun "Axırıncı aşırım", "İstintaq", "Şirbalanın məhəbbəti" filmlərindəki rolları yaddaqalandır.
Dadaş Rzayev
Dadaş Qərib oğlu Rzayev (22 dekabr 1935, Dəliməmmədli, Goranboy rayonu – 27 may 2024, Bakı) — Azərbaycan Respublikasının Müdafiə Naziri (20 fevral 1993 – 17 iyun 1993), general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri. Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur.[mənbə göstərin] Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir.
Dadaş Rəhimov
Dadaş Bəhmən oğlu Rəhimov (20 yanvar 1932, Siyov, Zuvand rayonu – 1992, Bakı) — Azərbaycan alimi, biologiya elmləri doktoru. Dadaş Bəhmən oğlu Rəhimov 20 yanvar 1932-ci ildə Azərbaycan SSR Lerik rayonunun Siyov kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Siyov kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra, Lənkəran Kənd Təsərrüfatı Texnikumuna aqronomluq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə texnikumu bitirdikdən sonra 1949-1950-ci illərin Lerik rayonunun “Qızıl Oktyabr” kolxozunda və Lənkəran rayonunun “Avrora” sovxozunda aqronom vəzifələrində işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə "Bioloq-zooloq" ixtisasına daxil olmuşdur. D. Rəhimov 1960-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə namizədlik aspiranturasına daxil olmuş və A. Mahmudbəyovun elmi rəhbərliyi altında 1966-cı ildə “Orta və Cənubi Xəzərin qərb sahillərində xul balıqlarının növ tərkibi, biologiyası və ehtiyatınin vəziyyəti” mövzüsunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha sonralar o, demək olar ki, bütövlükdə Xəzərin xul balıqlarını öyrənmiş və 1991-ci ildə “Xəzər dənizinin xul balıqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Dadaş Rəhimovun uzunmuddətli tədqiqatları nəticəsində Xəzər dənizində xul balıqlarının 11 cinsinə aid olan 36 növ və yarımnövlərini müəyyən etmişdir. O, elmdə 2 növ və 7 yarımnövü ilk dəfə təsvir etmişdir. Dadaş Rəhimov 1976-1980-cı illər ərzində kefalın Azərbaycanın şirinsulu göl və gölməçələrində yetişdirilməsi məsələləri üzrə tədqiqat işləri aparmışdır.
Dadaş Zeynalov
Dadaş Şaraplı
Dadaş Kamil oğlu Şaraplı (Məmmədov) (8 sentyabr 1903, Bakı – 1959, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1938). Dadaş Şaraplı 8 sentyabr 1903-cü ildə Bakıda anadan olub. O, gənc yaşlarından müxtəlif teatr truppalarında çıxıb edib. 1921-ci ildə yeni yaranmış Azad Tənqid və Təbliğ Teatrının kollektivinə qəbul olunub. Dadaş Şaraplı 1922-ci ilin axırlarında Azərbaycan Dram Teatrının aktyor truppasına götülüb. Burada işləyərkən o, 1934–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil alıb. O, iki ilə yaxın, 1938–1940-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və yenidən Azərbaycan Dram Teatrına qayıdıb. 1940-cı illərdə qısa müddət yaradıcılığını sirk səhnəsində davam etdirib və Azərbaycan Dövlət Filarmoniyasında konferansye olaraq intermediyalarda çıxış edib. Dadaş Şaraplı 1959-cu ildə Bakıda vəfat edib.
Dadaşbəyli
Dadaşbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 677 nəfərdir (2009). Kənddə Dadaşbəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Dadaşkəndi (Bicar)
Dadaşkəndi (fars. داداش كندي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 253 nəfər yaşayır (60 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Dadaşlar
Dadaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.

Значение слова в других словарях