DALTONİZM

i. tib. colour-blindness, daltonism

DALTONİK
DAM
OBASTAN VİKİ
Daltonizm
Daltonizm — rəngli görmənin anadangəlmə pozuntusu; əsasən, qırmızı və yaşıl rəngləri seçmə qabiliyyətinin olmaması ilə səciyyələnir. Ən çox kişilərdə təsadüf edilir. == Ümumi məlumat == İlk dəfə ingilis fiziki Con Dalton 1794-cü ildə təsvir etmişdir. Daltonizm digər görmə funksiyalarının pozulması ilə müşayiət olunmur, lakin onun aşkara çıxarılması bütün nəqliyyat növlərində, bəzi sənaye sahələrində işləyən şəxslərin, ayrı-ayrı qoşun növü hərbi qulluqçularının, habelə rəssamların, kimyaçıların və başqalarının peşə yararlılığının təyin olunması üçün əhəmiyyətlidir. Daltonizmin diaqnostikası polixromatik cədvəlin (bir rəngdə olan rəqəm və ya fiqurun eyni parlaqlıqlı digər rəng fonunda göstərilməsi), anomaloskopun (əsas rənglərin qavranma həddinin ölçülməsi), xüsusi kompüter proqramının köməyilə yerinə yetirilir. Daltonizm Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxud da heç olmamasıdır. İrsən keçən xəstəlikdir. İlk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinən və sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir. İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar. Təcrübədə gözün torlu qişasındakı işığı qəbul edən sinir hüceyrələrini qırmızı və yaşıl rəngi qəbul edə bilməsi üçün lazım olan zülalı təmin etdilər və nəticədə meymunlar rəngləri görməyə başladı.

Значение слова в других словарях