damaq
damcı
OBASTAN VİKİ
Damar
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür: Qan-damar sistemi: Ürək (İnsan ürəyi); Arterial sistem; Venoz sistem. Limfa sistemi. Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur. Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED === Bağırsaqboşluqlarda === Bağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir.
Damar adası
Damar (ind. Pulau Damer) — Banda dənizində yerələn İndoneziyaya məxsus olan ada. == Coğrafiya == Adanın sahəsi 197,7 km²-dir. Damar adaları qrupunun ən iri adasıdır. == Əhalisi == Ən iri şəhər-limanı Bulurdur ki, burada 1497 nəfər yaşayır. == İqtisadiyyat == Moluk adalarının cənubunda yeganə yerdir ki, burada saqo istehsal edilir. Əhali banan, kakos, pomidor və s. bitkiləri satmaqla dolanırlar.
Damar mühafazası
Damar mühafazası — == Ərazisi == Damar mühafazasının ərazisi 10 495 km2-dır. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Damar mühafazasının əhalisi 1 697 067 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Damar sistemi
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür: Qan-damar sistemi: Ürək (İnsan ürəyi); Arterial sistem; Venoz sistem. Limfa sistemi. Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur. Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED === Bağırsaqboşluqlarda === Bağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir.
Qan-damar sistemi
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur.
Üst qabırğaarası damar
Üst qabırğaarası damar (vena) — bədənin hər tərəfində 1 damar olmaqla 2-ci, 3-ci və 4-cü qabırğaarası boşluqları drenaj edən 2 damar. Sağ üst qabırğaarası vena bədənin sağ tərəfindəki 2-ci, 3-cü və 4-cü arxa qabırğaarası damara daxil olur. O, qoşalaşmamış venaya axır. Sol üst qabırğaarası vena bədənin sol tərəfindəki 2-ci və 3-cü arxa qabırğaarası venalara daxil olur. Adətən o sol brakiosefalik venaya axır. O, həmçinin yarımtək vena ilə əlaqə saxlaya bilər. Aorta qövsünün arxasından keçərək dərin frenik siniri və perikardiofrenik damarları, sonra isə səthi olaraq üst azan siniri keçir.
Damarlı üskükotu
Damarlı üskükotu (lat. Digitalis nervosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir.
Damarçın
Damarçın- Azərbaycan Respublikası Şəki rayonu ərazisində çay. == Toponimikası == Damarçın Şəki rayonu ərazisində çay.Aşağı axarında Kiş çayı adlanır. Çayda tez-tez sel hadisələri baş verir. Şəki şəhəri yaxınlığında çayın üzərində iki SES tikilmişdir. Aşağı axarında suvarma üçün geniş istifadə olunur. Hidronim damar (toponimik termin kimi "çay yatağı, axar su hövzəsi, çay, çay qolu, arx" mənalarında işlənir) və -çın (qədim element olub, -cıq şək.-sinə uyğundur) komponentlərindən düzəlib, "kiçik çay", "çay qolu", "çay yatağı" deməkdir. == Həmçinin bax == Kiş (Şəki) == Xarici keçid == https://sites.google.
Magistral damarların transpozisiyası
Magistral damarların transpozisiyası, həmçinin böyük arteriyaların transpozisiyası qanı ürəkdən uzaqlaşdıran iki əsas arteriyanın — ağciyər arteriyası və aortanın yer dəyişdirdiyi anadangəlmə ürək qüsurudur.
Qan damarları
Qan damarları — heyvanların və insanların bədənində elastik boru birləşmələri, qan və orqan vasitəsilə ritmik bir şəkildə büzülən ürək və ya pulsasiya edən damarın gücü ilə həyata keçirilir: arteriyalar, arteriollar, kapillyarlar vasitəsilə orqanlara və toxumalara, onlardan ürəyə — venalar və damarlar vasitəsilə. Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və bir çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir. Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır.
Əlaqəli damarlar
Əlaqəli damarlar — eyni venoz sistemin 2 fərqli nöqtəsi ilə əlaqə quran venalar. Səthi venoz sistemi dərin venoz sistemlə birləşdirən digər venalara perforator venalar deyilir. Onlar böyük dəri altı venasını kiçik dəri altı vena ilə əlaqələndirə bilərlər (məsələn, Giakomini venası). Giakomini venası — böyük dərialtı vena (BDV) və kiçik dərialtı vena (KDV) arasında birləşdirici damardır. Giakomini venası ya gövdənin proyeksiyası kimi, ya da kiçik dərialtı venanın qolu kimi budun arxası boyunca uzanır. Giakomini venasının çatışmazlığı təcrid olunmuş şəkildə özünü göstərə bilər, lakin daha çox böyük dərialtı vena çatışmazlığı ilə birlikdə müşahidə olunur. Bunun ya endovenöz lazer ablasiyası, ya da ultrasəslə idarə olunan skleroterapiya ilə effektiv şəkildə müalicə olunduğu bildirilir.
Yayğın damardaxili laxtalanma sindromu
Yayğın damardaxili laxtalanma sindromu (YDDL) — qanın damar daxilində diffuz və davamlı laxtalanması ilə səciyyələnən patologiyadır. Bu sindrom birincili xəstəlik deyil, adətən xəstəliklərin ağırlaşmasıdır. Damardaxili laxtalanma sindromu yerli müdafiə prosesi olan laxtalanma prosesinin "həddini aşaraq" yayğınlaşması prosesidir. Buna bənzər digər patologiya ümumi iltihab sindromudur. Yayğın damardaxili laxtalanma sindromu klinik olaraq iki formada büruzə verir: xroniki və kəskin. Xroniki sindromda yavaş və nisbətən hüdudlu gedən laxtalanma trombozlar törədir. Laxtalanma faktorlarının "xərclənməsi" qaraciyərdəki və sümük iliyindəki kompensator istehsalı üstələmədiyi üçün "tükənmə fenomeni" olmur və qanaxma təhlükəsi minimuma enir. Bu formada baldır venaları trombozflebiti, lokal trombozlar çox rast gəlir.
Yayılmış damardaxili laxtalanma

İnsan bədəni damarlarının siyahısı
İnsan bədəni damarlarının siyahısı — İnsan bədənindəki damarların siyahısıdır.

Значение слова в других словарях