Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaraqi Zubayrayev
Yaraqi Maqomedoviç Zubayrayev (çeç. Зубайра́ев, Яра́ги Магома́дович;22 oktyabr 1917 – 18 sentyabr 1980, Qroznı) — Çeçen sovet aktyoru, Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrı' aparıcı artisti, RSFSR Teatr Xadimləri İttifaqının üzvü, Çeçen-İnquş MSSR xalq artisti (1943), RSFSR-in əməkdar artisti (1960), RSFSR xalq artisti (1978). == Həyatı == Yaraqi Zubayrayev 22 oktyabr 1917-ci ildə Çeçenistanda kasıb kəndli ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra kooperativ texnikumda təhsil almışdır. 1933-cü ildə onu teatra Çeçenistan Dram Teatrının yaradıcısı və ilk direktoru olmuş Əbdurrəhman Avtorxanov gətirir. Zubayrayev Çeçenistan teatrının teatr studiyasında təhsil almağa başlayır. === Aktyor fəaliyyəti === Həmin il Alxan-Kala kəndində qırmızı partizanların respublika konfransı keçirilirdi. Konfransın sonuna yaxın Çeçen teatrı Səid Baduyevin eyniadlı pyesi əsasında hazırlanmış “Qırmızı qala” tamaşasını nümayiş etdirirdi. Tamaşanın əvvəlində Ağ Qvardiyaçılar bir müddət Qırmızı Qvardiyanın üzərində üstünlük əldə edirlər. Zubayrayevin oynadığı Ağ Ordunun zabitlərindən biri xüsusilə amansız idi.
Məhəmməd Yaraqski
Məhəmməd Yaraqski (1771, Yuxarı Yaraq[d] – 1838) — İmam Şamilin və bütün Dağıstan və Çeçenistan imamlarının müəllimi.Qafqazda müridizmin banisi.
Tanrının yaraqları:Xəzinə axtarışında (film, 2017)
Xəzinə axtarışında (ing. Kung-Fu Yoga, çin. 功夫瑜伽) — film 2017-ci ildə rejissor Stenli Tonq tərəfindən çəkilmişdir. Filmdə baş rolda Ceki Çan oynayır. Filmin heyətinə Çinli aktyorlara Arif Rəhman, Lay Tsan və Miya Muqi, Hindistanlı aktyorlara isə Sonu Sud, Dişa Patani və Amira Dastur daxildir. Film 28 yanvar 2017-ci ildə Çində nümayiş olunub. Burada Nazan Van tərəfindən bəstələnmiş orijinal musiqi və Fərah Xan tərəfindən qurulan son bir rəqs nömrəsi var.Bu film Ceki Çanın Çində ən çox qazanan filmidir. = Məzmunu = Xi'an'daki Terrakotta Ordu Muzeyində tanınmış bir arxeologiya professoru olan Cek, Hindistanda Hindistanın Muzey Araşdırmaları İnstitutu Racastandan bir gənc hindistanlı professor Aşmita ilə birlikdə Tibetdə Maqadhanın itirilmiş xəzinəsini tapmaq üçün bir araya gəlirlər. Müasir texnologiyanın köməyi ilə iki professordan ibarət bir heyət xəzinəni donmuş gölün altında tapır. Bununla birlikdə, xəzinəni oğurlayan və elm adamlarını ölümə qoyan Randallın rəhbərlik etdiyi bir qrup muzdlu tərəfindən dayandırılır.
Tanrının yaraqları (film, 1986)
Tanrının yaraqları (çin. 龍兄虎弟; ing. Armour of God) — Ceki Çanın 1986-cı ildə çəkdiyi komediya-döyüş filmi. == Məzmunu == Ceki (Ceki Çan) — macəra axtarıcısı, "Asiya şahini" ləqəbli xəzinə ovçusudur. O, Afrikadan qiymətli qılıncı qaçırır və onu Avropada hərraca qoyur. Yalnız beş predmeti saxlanılmış qılınc qədim Tanrının yaraqlarındandır. Əfsanəyə görə, Tanrının yaraqlarının məhv edilməsi Yer üzündə şər qüvvələrin hakimiyyətinə səbəb olacaqdır... == Rollarda == Ceki Çan — Ceki Alan Tam — Alan Lola Forner — May Bannon Rosamund Kuan — Loreley Božidar Smiljanić — Kount Bannon Ken Boyle — Qrand Uizard Con Ladalski — Lama Robert O'Brien Boris Gregoric Kenni Bii Karina Lau Anthoni Çan == Xarici keçidlər == Tanrının yaraqları filmi — azərbaycanca Arxivləşdirilib 2018-04-03 at the Wayback Machine YouTubedə Rəsmi treyler «Tanrının yaraqları» — Internet Movie Database saytında. « Tanrının yaraqları» (ing.) hkmdb.com saytında Tanrının yaraqları AllMovie saytında Tanrının yaraqları Rotten Tomatoes saytında (ing.) == Biblioqrafiya == Charles, John. The Hong Kong Filmography , 1977-1997.
Tanrının yaraqları 2: Kondor əməliyyatı (film, 1991)
Tanrının yaraqları 2: Kondor əməliyyatı (çin. 飛鷹計劃; ing. Armour of God II — Operation Condor) — Ceki Çanın 1991-ci ildə çəkdiyi komediya-döyüş filmi. Tanrının yaraqları filminin davamı. == Məzmunu == Filmin baş qəhrəmanı "Asiya şahini" ləqəbli macəra axtarıcısı Cekinin (Ceki Çan) yeni macəraları Vermaxtın Afrika qitəsindəki bazasında baş verir. Burada ikinci Dünya müharibəsi illərində nasistlərin gizlətdikləri çoxlu sayda qızıl vardır. Burada baş verən uzun və macəralı mübarizəyə baxmayaraq Ceki qızılsız qalır. == Rollarda == Ceki Çan — Ceki Karol Çenq — Ada Eva Kobo de Qarsia — Elza Şoko Aykeda — Momoko Daniel Mints — Amon Aldo Sambrell — Adolf Bozidar Smiljanic — Duke Skapio / Baron Bannon Conathan Isqar — Tasza Ken Qudman Stiv Tartalia Vinsent Lin == Mükafatları == 1992 — Honkonq film mükafatı == İstinadlar == == Xarici keçidlər == Tanrının yaraqları 2: Kondor əməliyyatı — azərbaycan dilində Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine YouTubedə rəsmi treyler «Tanrının yaraqları 2: Kondor əməliyyatı» — Internet Movie Database saytında.
Yaraqlı nemerttinlər
Yaraqlıcayarpaq ağəsmə
Yaraqlıcayarpaq ağəsmə (lat. Clematis aethusifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Yaraqsız nemertinlər
Tanrının yaraqları
Tanrının yaraqları (çin. 龍兄虎弟; ing. Armour of God) — Ceki Çanın 1986-cı ildə çəkdiyi komediya-döyüş filmi. == Məzmunu == Ceki (Ceki Çan) — macəra axtarıcısı, "Asiya şahini" ləqəbli xəzinə ovçusudur. O, Afrikadan qiymətli qılıncı qaçırır və onu Avropada hərraca qoyur. Yalnız beş predmeti saxlanılmış qılınc qədim Tanrının yaraqlarındandır. Əfsanəyə görə, Tanrının yaraqlarının məhv edilməsi Yer üzündə şər qüvvələrin hakimiyyətinə səbəb olacaqdır... == Rollarda == Ceki Çan — Ceki Alan Tam — Alan Lola Forner — May Bannon Rosamund Kuan — Loreley Božidar Smiljanić — Kount Bannon Ken Boyle — Qrand Uizard Con Ladalski — Lama Robert O'Brien Boris Gregoric Kenni Bii Karina Lau Anthoni Çan == Xarici keçidlər == Tanrının yaraqları filmi — azərbaycanca Arxivləşdirilib 2018-04-03 at the Wayback Machine YouTubedə Rəsmi treyler «Tanrının yaraqları» — Internet Movie Database saytında. « Tanrının yaraqları» (ing.) hkmdb.com saytında Tanrının yaraqları AllMovie saytında Tanrının yaraqları Rotten Tomatoes saytında (ing.) == Biblioqrafiya == Charles, John. The Hong Kong Filmography , 1977-1997.
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Yaraş
Yaraş (mac. járás) — Macarıstan inzibati-ərazi bölgüsü vahidi. 2013-cü ildə Yaraş "kistershegami" (kistérség) adlanan əvvəlki inzibati ərazi vahidlərini əvəz etdi. == İnzibati ərazi iyerarxiyasının yeri == Hal-hazırda Macarıstan 19 medye (və şəhərlərə, bərabər olan medye - Budapeştə ) bölünən 7 regiona bölünür və medye isə - 175 rayon-yaraşlara bölünür (mac. járás), rayonlar - icmalara (mac. község) daxildir. == İstinadlar == == Xarici keçidlər == 2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról. In:2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról.
Yarpaq
Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan. Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə bağlı olaraq yarpağın biçimi dəyişilə bilər. Yarpaqda üzvi maddələr yaranır ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir bölümünü də ehtiyat qida halında bəlli orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada işlənə bilir. Yarpaqların əlavə köklər yaratma xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ çoxaldırlar. Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar", saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir. Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir. Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, o "yarpaqaltlığı" adlanır. Beləliklə yarpaqlar iki yerə ayrılır: Bəsit yarpaqlar Mürəkkəb yarpaqlar == Hüceyrəvi quruluşu == Yarpağın hüceyrəvi quruluşu dedikdə yarpağın daxili quruluşu nəzərdə tutulur.Daxili quruluşa(yarpaqda) ağızcıqlar,yarpaq damarları aiddir.
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 219 nəfər təşkil edir.
Daraq
Maqazin, tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Böyük Yarıq
Böyük Yarıq — Adi gözlə, Süd Yolunun parlaq qolunu, uzunluğunun üçdə biri qədərini uzunlamasına bölən və çoxlu sayda ulduzun zolaqları ilə əhatə olunmuş qaranlıq bir zolaq kimi görünür. Astronomiyada Böyük Yarıq-(bəzən Qaranlıq Yarıq kimi , çox az hallarda Qaranlıq Çay kimi də adlandırılır) Günəş Sistemi ilə Süd Yolu qalaktikasının Oxatan qolu arasında uzanan örtülü, qeyri-parlaq, molekulyar toz buldudunun birləşməsidir. Bu buludlar Yerdən 800–1000 parsek (2600–3300 i.i.) məsafədə yerləşir. Buludlar 1 milyon günəş kütləsi tərtibində plazma və tozdan ibarətdir.Böyük Yarıq Qu bürcündən başlayaraq burada, Qu Yarığı və ya Şimal Kömürü adlandırılır, Qartal bürcünə uzanır; İlandaşıyan bürcündə genişlənir; Oxatan bürcündə Qalaktik Mərkəzdə gizlənir; və nəhayət Sentavr bürcünə uzanır. Qaranlıq ən vacib bölgələrdən biri, Qu OB2 assosiasiyasıdır, o gənc ulduzların böyük bir qrupunu özündə birləşdirməklə bərabər həm də Dünyanın yaxınlığındakı ən böyük ulduzəmələgəlmə bölgələrindən biridir. Bu cür qaranlıq yarıqlar, Andromedada NGC 891 və Veronikanın Saçları bürcündə NGC 4565 (İynə qalaktikası) kimi bir çox kənar qalaktikalarda görülə bilər.
Daraq (xalça)
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Daraq damğa
Daraq damğa — Krım xanlarından olan Gəraylar sülaləsi tərəfindən istifadə olunan dövlət simvolu. Damğa Krım tatarlarının milli bayraqlarında da təsvir edilib. == Haqqında == Krım tatar milli bayrağında da yer alan daraq damğası Krım xanlığının paytaxt şəhəri olan Baxçasarayda bəzi giriş qapıları və divarların üzərində də təsvir edilmişdir. Damğa əsasən Gəraylar sülaləsi dövründə istifadə olunub. 1917-ci ildə qurulan Krım Xalq Cümhuriyyətinin də milli bayrağında mavi fonda daraq damğası təsvir edilmişdir. 1991-ci ildə II Krım Tatar Milli Qurultayında mavi fonda sol yuxarı küncdə daraq damğası təsvir edilmiş bayraq Krım tatarlarının bayrağı kimi qəbul edilmişdir.
Maraq qrupu
Maraq qrupu (eyni zamanda təyziq qrupları, lobbi qrupları olaraq da adlandırılır) — zəif ya da möhkəm təşkil olunmuş, öz tərəflərindən yana hərəkət edən, seçkilərə girmədən ictimai siyasətini dəyişdirməyə ya da ictimai siyasətdə ediləcək dəyişikliklərin qarşısını almağa çalışan qruplardır.
Quru yataq
== Quru yataq == Quru yataq-daimi sabit axını olmayan çay yataqlarına deyilir. Quru yataqlar ancaq nadir hallarda düşən yağışların əmələ gətirdiyi müvəqqəti axınların yataqları olub, quraq iqlim zonaları üçün xarakterikdir. Quru yatağa Afrikada və Ərəbistanda "vadi", Avstraliyada "krik", Orta Asiyada "uzboy" deyilir. Quru yataqların bəziləri keçmiş humid iqlim çaylarının yataqları olmuşdur.
Qışlaq (yataq)
Qışlaq — sığırxana, yataq və yaşayış evlərini ozundə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu. Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üc cilddə. II cild.
Serir (yataq)
Serir və ya Sarir — Liviyadakı nəhəng neft yatağı. 1961-ci ildə kəşf edilmiş, 1966-cı ildə burada istehsala başlanmışdır. Geoloji ehtiyatların həcmi 3,8 milyard ton neft olduğu təxmin edilir. İlkin ehtiyatlar 2000 milyon ton, qalan hasil olunan ehtiyatlar 330-600 milyon ton neft olduğu qiymətləndirilir. Yataqların dərinliyi 2490-2775 m bərabərdir. Neftin sıxlığı 0,84 q/sm3-dir. Neftlilik təbaşir və paleogen dövrünə aid yataqlarla əlaqələndirilir. Yatağın operatoru Liviya milli neft şirkəti olan "National Oil Company"nin 100% törəmə şirkəti olan "Arabian Gulf Oil Company" şirkətidir.
Sonuncu yarpaq
“Sonuncu yarpaq” (ing. The Last Leaf) - amerikalı yazıçı O. Henrinin “Yanan Çıraq” seçilmiş hekayələrindən bir novella. == Məzmun == Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikiri haqqında ona danışır.
Yarat (Baymak)
Yarat (başq. Ярат, rus. Яратово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yarat kənd şurasının tərkibindədir. 1980-ci ilə qədər 1-ci Etkol kənd şurasına daxil idi. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 27 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 71 km.Yarat kəndi Samkara çayının sağ sahilində yerləşir.
Yarpaq dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Yarpaq fırfırası
Yarpaq fırfırası (lat. Recurvaria nanella Hb.)-Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları açıq-qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla qəhvəyi rəngdədir. == Həyat tərzi == Yarpaq fırfırası ikinci yaş tırtıl mərhələsində hörümçək toruna bənzər baramacıq içərisində, ağacların qabıqaltı yarıqlarında qışlayır. Qışlama yerlərindən yazda, mart ayının axırları, aprel ayının əvvəllərində çıxırlar və təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində qidalanırlar. Yarpaq fırfırası ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır və sıradan çıxırlar. Belə yarpaqlar içərisində tırtıl mərhələsi başa çatır.
Yasaq şəhər
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Yataq axını
Yataq axını – (rus. русловый поток, ing. stream, course) ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meylliyindən asılı olmayaraq bütün su axınlarını /çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Yataq eroziyası
Yataq erozi­yası – (rus. русловая эрозия, ing. channel erosion) əsasən daşqın və sel za­manı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Yataq prosesi
Yataq prosesi – (rus. русловый процесс, ing. channel processes) axının və yatağın qarşılıqlı təsiri altında yatağın və subasarın mor­foloji quruluşunun daim dəyişməsi. Yataq proseslərinin öyrənilməsinin hidrotexniki qurğuların, körpülərin layihələşdirilməsi və istismarında, dib dərinləşdirici işlərin yerinə yetirilməsində, gəmiçilikdə, meşə materiallarının daşınması və s. işlərdə böyük əhəmiyyəti vardır.