Dambulaq
Dambulaq — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd.
Laçın Rayon Şəlvə inzibati ərazisində olan ..
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
== Mədəniyyəti ==
Kəndə Dambulaq kənd orta məktəbi,uşaq bağçası, mədəniyyət evi və mağaza əhaliyə xidmət göstərdi
== Coğrafiyası və iqlimi ==
Dambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən kənd, rayonun Şəlvə, İmanlar, Kaha, Oğuldərə, Zağaaltı və Qorçu kəndləri ilə həmsərhəddir.
== Əhalisi ==
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 500 nəfər olmuşdur.
Kənd əhalisinin milli tərkibi
kürd olmaqla ümumi sayı 786 nəfər 204 ailədən ibarətdir. (01 yanvar 2011-ci il tarixli məlumata əsasən)
== İqtisadiyyatı ==
Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik, bostançılıq və arıçılıqdan ibarət olmuşdur. Əhalinin istehsal etdiyi əsas məhsullar ət, yağ, pendir, yun, xalça, bal müxtəlif taxıl məhsullarından və tərəvəzlərdən ibarət idi.