DAMAZLIQ
DAMCI
OBASTAN VİKİ
Dambulaq
Dambulaq — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kəndə Dambulaq kənd orta məktəbi,uşaq bağçası, mədəniyyət evi və mağaza əhaliyə xidmət göstərdi == Coğrafiyası və iqlimi == Dambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Dambulaq rayonun Hətəmlər, Daşlı, Şəlvə, Kaha, Qorçu, İmanlar, Budaqdərə kəndləri ilə həmsərhəddir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhalisi 500 nəfər olmuşdur. Kənd əhalisinin milli tərkibi azərbaycan türkləri olmaqla ümumi sayı 786 nəfər 204 ailədən ibarətdir. (01 yanvar 2011-ci il tarixli məlumata əsasən) Tanınmış şəxsləri Əhliman Əsgərov Əvəz oğlu - Birinci Qarabağ müharibəsi şəhidi. Nazir Hətəmov Şiraslan oğlu- Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədri, Rusiya silahlı qüvvələrinin kapitanı.

Digər lüğətlərdə