Damcı
== Havada rütubət ==
Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur.
Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi
şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər
doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur.
== Atmosferdə su damcıları ==
Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla
belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz).
Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək
su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma
dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ
gəlməsi isə əsasən 3 səbəbdən yaranır:
Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması
Havanın soyuq səthə toxunaraq soyuması
Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək
soyuması.