Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Ağa-bala Hacıyev
Ağa-bala Hacıyev – texniki elmlər namizədi, AR Nazirlər Kabineti Aparatının rəhbəri == Həyatı == Hacıyev Ağa-bala Şamxal oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1957-ci ildə Azərdəmiryolu Bakı parovoz deposunda fəhlə kimi başlamış, daha sonra çilingər olmuşdur. 1960-1965-ci illərdə Xarkov Dəmir yol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunun (Ukrayna) tələbəsi olmuşdur.1965-1978-ci illərdə Azərbaycan Baş istehsalat energetika və elektrikləşdirmə idarəsinin "Azərenerjisazlama" müəssisəsində mühəndis, baş mühəndis olmuşdur. Sex rəisinin müavini vəzifələrində işləmişdir. 1978-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin energetika və elektrikləşdirmə şöbəsinin müdiri, 1983-1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (sonradan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi) sədrinin müavini vəzifəsində çalışmış, komitənin kollegiyasının üzvü təsdiq edilmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olmuşdur. 1991-1994–cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilmişdir. 2003-cü ilin sentyabrından Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəridir. A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür. Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.
ABA TV
ABA TV (Azerbaijan Brodcasting Agency) — 1997-ci ildə Azərbaycanda yayıma başlayıb 2001-ci ildə bağlanan televiziya kanalı. Sahibi və rəhbəri Faiq Zülfüqarov idi. == Tarixçə == ABA TV Azərbaycan ərazisində hər axşam saat 18:00-dan (daha sonra 17:00-dan) 22:00-a qədər "RTR" telekanalının tezliyindən yayımlanan əyləncəli, interaktiv televiziya kanalı idi. Azərbaycanda ilk interaktiv telekanal olmuşdu. Təsisçisi Faiq Zülfüqarov olub. "ABA TV" Həsən Zərdabi prospekti 80 ünvanında yerləşən binadan yayımlanırdı. (Hal-hazırda həmin binada Dövlət Sosial Müdafiə Fondu yerləşir). Ən çox tanınan "100%", "Bir cənub şəhərində", "Kontra" verilişləri idi. Televiziyanın aparıcıları arasında Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva var idi. ABA TV həmçinin peyklə yayımlanan ilk müstəqil Azərbaycan kanalı olmuşdu.
Aba (ad)
Aba — ivrit dilində kişi adı. Aba Bayefski — Kanada rəssamı. Aba Andam — Qana fiziki. I Aba — Şərq Kilsəsinin Patriarxı. Samuil Aba — Macarıstan kralı. Vilmoş Aba-Novak — Macarıstan rəssamı.
Aba (geyim)
Aba yundan toxunmuş qalın parça və həmin parçadan tikilmiş yaxasız, uzun üst geyimi . Geyim köçəri ərəblərin milli geyimidir. Yaxın və Orta Şərqdə geniş yayılıb. Əsasən ruhanilərə məxsusdur. Yun, ipək və s. parçalardan tikilir, yaxası açıq və qısaqollu olur. Bəzən çiyin, ətək və qol hissələri qızılı və gümüşü saplarla bəzədilir. Abanın Ərəbistandan İrana, oradan da Orta Asiya və Qafqaza yayıldığı güman edilir. Azərbaycanda əvvəllər əsasən dəvə yunundan toxunmuş parçadan tikilirdi.
Aba (şəhər)
Aba — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Əhalisi 802,5 min (2003) nəfər. Aba çayı sahilindədir. Nəqliyyat qovşağıdır. Yeyinti (yağlı palma meyvəsinin emalı, pivə bişirmə), yüngül (toxuculuq, trikotaj) və kimya (sabunbişirmə, əczaçılıq, şin) sənayesi müəssisələri var.
Aba Andam
Aba A. Bentil Andam (1948) — Qana fiziki. O, hissəciklər fizikası üzrə ixtisaslaşmışdır. Andam 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam qanalı ilk qadın fizikdir. == Fəaliyyəti == Aba Andam müxtəlif elmi təşkilatların əməkdaşıdır. Bunlara Dünya İnnovasiya Fondu (2002-ci ildən), Qana İncəsənət və Elmlər Akademiyası (2003-cü ildən), Fizika İnstitutu (2004-cü ildən) aiddir. O, 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam bu vəzifəni tutan ikinci qadın idi. == Şəxsi həyatı == Aba Andam inşaat mühəndisi, akademik və keçmiş vitse-kansler olan professor Kvesi Akvansah Andam ilə evlənmişdir. Onların dörd övladı olmuşdur.
Aba Bayefski
Aba Bayefski (ing. Aba Bayefsky; 7 aprel 1923, Toronto – 5 may 2001, Toronto) — Kanada rəssamı və müəllimi. == Həyatı == Aba Bayefski 7 aprel 1923-cü ildə Kanadada, Ontario ştatının Toronto şəhərində yəhudi ailəsində anadan olmuşdur. Onun atası Rusiyada, anası isə Şotlandiyada anadan olmuşdu. Bayefski Mərkəzi Texnikumda təhsil almışdır. O, yeniyetməlik illərində Ontario İncəsənət Qalereyasının Uşaq İncəsənət Mərkəzində dərslərə qatılmış və burada Artur Lizmer, Erma Sutkliff, Doroti Medherst və A.Y. Cekson kimi rəssamlar ilə tanış olmuşdur. Bayefski sonradan Jülian Akademiyasında təhsil almışdır.
Aba Tura
Aba Tura —Qədim türk şəhəri, Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. == Tarixi == Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı.
Samuil Aba
Samuil Aba (mac. Aba Sámuel; 990–5 iyul 1044) — Macarıstan kralı. == Həyatı == Yohannes Kennamus qeyd edir ki, xəzər qəbiləsindən olan kəbərlərin müsəlman olması barədə Yusufun məktubunda heç nə yoxdur. Bu qəbilə Xəzəristanda müsəviliyin baş qaldırıb inkişaf etdiyi dövrdən Macarıstana getmişdir. Onların nümayəndəsi macar kralı Samuil Aba (1041–1044) özünün böyük hun imperatoru Attilanın Hobi adlı oğlunun Edümer adlı oğulları nəslindən gəldiyini və analarının xarəzmli olduğunu xatırlatmışdır.
Ağ ağa
== Toponimik izah == Ağ ağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Həmçinin bax == Zəngəzur Ağavyer == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.
Baqa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağa Tarxan
Bağa Tarxan (?- 13.4.744) — Türgiş xaqanlığının hökmdarı. == Həyatı == Bağa Tarxan əvvəlcə sarı türgişlərin başçısı idi. Kül Çör kimi tanınırdı. Çumuğun tayfasının başçısı idi. Tarix səhnəsinə ilk dəfə 721-ci ildə çıxmışdır. Qəsr əl-Bahil mühasirəsində müvəffəqiyyətsiz olsa da, 729-cu ildə Kəmərcə mühasirəsində iştirak etmişdi. Daha sonra 737-ci ildə Xaristan döyüşündəki Sulukun məğlubiyyəti ona hakimiyyəti öz əlinə almaq üçün motivasiya verdi. 738-ci ildə əyanlardan başqa biri olan Tumutu ilə əlbir olaraq Suluk xanı öldürtdürdü. Onun bayrağı altına Fərqanə və Daşkənd hakimləri toplanmışdılar. Çin hakimlərindən bəziləri də ona söz vermişdilər.
Bağa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Ağac Ana
Ağac Ata
Nüsrətəddin Arslan Aba
Nüsrətəddin Arslan Aba Xassbəy (?-1174) — Əmir Ağsunqurun oğlu, Marağanın, sonra Azərbaycanın hakimi. == Həyatı == Nüsrətəddin Xassbəy Arslan Aba Ağsonqurlu hökmdarı [1133–1174], Marağa hakimi Ağsonqurun oğludur. 1161/62-ci ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldənizlilərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldənizlilər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər. == Hakimiyyəti == Nüsrətəddin Arslan Aba 1133-cü ildən 1174-cü ilədək Azərbaycanın hakimi olmuşdu. == Ədəbiyyat == Нүсрәтәддин Хассбәј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Səncərşah Ay Aba
Səncərşah Tuğanşah oğlu Ay Aba (?-1198)—Səlcuqlu əmiri, vali == Həyatı == Səncərşah Tuğanşah oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.1186-cı ildə atasının vəfatından sonra Nişapurun valisi olmuşdu. Tuğanşah yerinə oğlu Səncər şah keçsə də, iqtidar əmirlərdən Mənli Təginin əlində idi. Bu əmirin ağılsız hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar olan Sultan şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gəlincə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 ramazan, 581 - 16 dekabr, 1185). Səncərşah Ay Aba 1198-ci ilədək Nişapur hakimi olmuşdu.
Vilmoş Aba-Novak
Vilmoş Aba-Novak (mac. Vilmos Aba-Novák; 15 mart 1894[…], Budapeşt – 29 sentyabr 1941[…], Budapeşt) — Macarıstan rəssamı və qrafiki. == Həyatı == Vilmoş Aba-Novak 1894-cü ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. Onun atası Düla Novak, anası isə Roza Vaqinger idi. Aba-Novak 1912-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra Budapeştdəki Kral Macarıstan Rəssamlıq Məktəbində (indiki Macarıstan İncəsənət Universiteti) təhsilini davam etmişdir. O, bu zaman rəssam Adolf Fenyesin emalatxanasında işləməyə başlamışdır. Aba-Novak Birinci Dünya müharibəsi səbəbindən fəaliyyətinə fasilə vermişdir. O, Avstriya-Macarıstan ordusuna çağırılmış və Şərq cəbhəsində xidmət etmişdir. Aba-Novak müharibə zamanı Viktor Olgeydən rəssamlıq dərsləri almağı bacarmışdır. O, müharibədən sonra rəssamlıq fəaliyyətinə davam etmişdir.
İmadəddin Ay Aba
İmadəddin Əbülfəth Müəyyəd Ay Aba (?-1174)— Səlcuq əmiri, vali. == Həyatı == Əbu Bəkr Qumacın nəvəsi, Əlaəddin Əbu Bəkrin oğlu idi. İmadəddin Əbülfəth Müəyyəd Ay Aba Sultan Səncərə xidmət etmişdi. Xidmət və bacarığı sayəsində böyük torpaq sahibkarına çevrilmişdi. Bəlx valisi olarkən Sultan Səncəri oğuzları əsir düşmüşdü. Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq Qaraxanlı Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər. Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Müəyyəd Ay Abanın əlində cəmləşmişdi.
Ədüdiddin Ay Aba
Ədüdiddin Əbubəkr Tuğanşah Ay Aba Səlcuqlu əmiri, vali == Həyatı == Ədüdiddin Əbubəkr Tuğanşah Müəyyəd oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.Atasının ölümündən sonra, 1174-cü ildən 1185-ci ilədək Nişapurun hakimi olmuşdu. Sultanşah Mərvdən Sərəxs üzərinə arasıkəsilməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə də buyruğundakı oğuzların çoxu ondan üz çevirərək dağılmağa başladılar. Sərəxsı Sultanşahın hücumlarından daha qoruya bilməyəcəyini başa düşən Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Müəyyəd Ay Aba oğlu Toğan şaha Sərəxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Sərəxsı, sonra isə Tusu tutdu.Mərv və Səraxsın təslimindən sonra dağılan və Xorasandakı siyasi tarixləri sona çatan oğuzlardan mühüm bir kütlə Kirmana, qismən daha kiçik bir kütlə Farsa öz eldaşları salqurluların yanına getdi. Onlardan bir çoxunun isə Anadoluya getdiyi ehtimal edilir. Bistamda yaşayan Dinara gəlincə, o, Xarəzmşah Təkişin İraqa yürüşü zamanı buranı da tərk edərək Nişapura, Toğan şahın yanına gəldi və onun bacısı ilə evləndi.
Aqa
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği —DigərAğa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.