DANİŞ
DANİYALI
OBASTAN VİKİ
Danişmənd qazi
Danışmənd qazi (1071–1104) — Səlcuqlu bəyi, Danişməndlilər sülaləsinin banisi. == Həyatı == Lakin türk hökmdarlarmın humanist və ədalətli idarəçiliyinə baxmayaraq ermənilər zaman-zaman türklərə qarşı xəyanətdən və savaşmaqdan geri qalmamışlar. "Danişməndnamə", Niksan mühasirəyə alan türk əsgərlərinə qarşı vuruşan xristianlar arasında çoxlu sayda ermənilərin olduğunu yazır. Anadolu bölgəsi xaçlılara məzar olduqdan sonra Gümüş Təgin Qazi Əhməd Danişmənd erməni hakimi Qabrielə mək-tub yazaraq Malatyanı təslim verməsini istədi. Lakin Qabriel bu təklifi rədd edərək Malatya qalasmı daha da möhkəmlən-dirdi. Qaladakı ermənilər və suriyalılar Qabrielin zülmündən cana doymuşdular. Malatya əhalisi istəyirdi ki, burada Bizansdan asılı olan Qabrielin idarəçiliyi əvəzinə türklərin ədalətli hakimiyyəti bərqərar olsun. Erməni hakim Qabriel aclıq və qıtlığa çarə qılmaq əvə-zinə xalqa daha çox zülm edir, hətta keşişləri belə öldürür-dü. Bütün bunlarm nəticəsində Malatya əhalisi üsyan qaldı-raraq şəhərin qapılarmı səlcuq türklərinin üzünə açdılar.1101-ci ildə şəhərə daxil olan türk əsgərləri kimsənin malı-na əl vurmadılar. Danişmənd Əhməd Qazi dərhal başqa yer-lərdən taxıl gətirdib erməni və suriyalılara paylatdırdı.
Mirzə Əbdülbaqi Danişmənd
Mirzə Əbdülbaqi Danişmənd (v. 1629) — Azərbaycan şairi Həyatı haqqında məlumat azdır. Ərəb və fars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir. Mirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir. Əsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidə və rübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur.
Danişməndlilər sülaləsi
Danişməndlilər sülaləsi- 1071 – 1178 illəri arasında Sivas mərkəz olmaqla, Anadoluda indiki Çorum, Tokat, Amasya, Malatya, Kayseri vilayətlərində bəylik qurmuş xanədandır. == Danişməndlilər sülaləsi == Sivasda: Danişmənd qazi (1071—1084) Qazi Gümüştəkin (1084—1134) Məhəmməd (1134—1142) İmadəddin Zünnun (1142) Nizaməddin Yağıbasan (1142—1164) Mücahid Camalaləddin qazi (1164—1166) Şəmsəddin İbrahim (1166) Şəmsəddin İsmayıl (1166—1168) Zünnun (İkinci dəfə, Nasirəddin ləqəbi ilə; 1168—1174) Malatyada: Eynəddin bəy (1105—1107) Zülqərneyn (1107—1122) Nasirəddin Məhəmməd bəy (1122—1152) Fəxrəddin (Məyfərakində; 1122—1129) Əfridun bəy (1176—1184) Nasirəddin Məhəmməd bəy(ikinci dəfə; 1122—1152).

Значение слова в других словарях