dann

adv. 1. (in diesem Falle) onda, o vaxt; 2. (danach) sonra, biyol; ~ und wann hərdən, arabir, hərdən bir, bəzən; und ~? sonra nə?, bundan başqa nə?; was passierte dann? sonra nə oldu?, biyol nə oldu?
Danksagung
daran
OBASTAN VİKİ
Con Dann Makdonald
Con Dann Makdonald (ing. John D. MacDonald; 24 iyul 1916[…] və ya 26 iyul 1916 – 28 dekabr 1986[…], Miluoki, Viskonsin) — ABŞ yazıçısı və tərcüməçisi. O, 1940-cı illərin ortalarında yaradıcılıq fəaliyyətinə başlamış, əsasən elmi fantastika və detektiv fantastika əsərləri ərsəyə gətirmişdir. Makdonald cinayət və triller janrlarında olan romanların müəllifi olmuşdur. O, dövrünün ən uğurlu Amerika romançılarından biri kimi, təxminən 70 milyon kitab satmışdır. Onun ən diqqətəlayiq əsərləri arasında "Trevis Makqi" seriyası və "Cəlladlar" var. Con Dann Makdonald 28 dekabr 1986-cı ildə, 70 yaşında Viskonsin ştatının Miluoki şəhərində yerləşən Müqəddəs Meri xəstəxanasında əvvəlki ürək əməliyyatının ağırlaşması nəticəsində vəfat etmişdir. Dann Makdonald tərəfindən əsərlər Qutenberq layihəsində The Trap of Solid Gold (in-depth, up-to-date blog created and run by Steve Scott, a researcher and enthusiast of MacDonald's work for over 40 years). John D. MacDonald Collection at University of Florida Essay: John D. MacDonald and The Only Girl in the Game by David L. Vineyard. JDM Homepage; a comprehensive website devoted to MacDonald.
Danna Paola
Danna Paola (23 iyun 1995, Mexiko) — meksikalı aktrisa, müğənni və model. Danna Paola 23 iyun 1995-ci ildə Mexiko şəhərində Patrika Munquia və keçmiş müğənni Yuan Cos Rivera Arellanonun ikinci qızı olaraq dünyaya gəlmişdir. Uşaq yaşında valideynləri ayrılıb. Vania adlı böyük bacısı var. 2001: Mi globo azul 2004: Océano 2005: Chiquita pero picosa 2012: Danna Paola 2019: SIE7E + 2021: K.O 2007: Danna Paola 2019: SIE7E 2010, 2012, 2013, 2014, 2015, 2016: Uşaqların seçimi mükafatı Meksika 2015: Shorty mükafatı 2020: MTV Musiqi mükafatı Avropa 2012, 2013, 2014: MTV Musiqi mükafatı İtaliya 2014, 2015: MTV Millennial mükafatı 2012, 2013, 2014: YouTube Musiqi mükafatı 2014: Universal mükafatı 2009, 2010: Premios Oye! 2014: Lunas del Auditorio 2006, 2008, 2009, 2010: Premios TVyNovelas 2014: E! Dəb mükafatı 2011: Yahoo!
Danna Qarsiya
Danna María García Osuna (4 fevral 1978, Medellin) — Kolumbiya'lı aktrisa və müğənni.
Danni Heyster
Danni Heister (18 noyabr 1971) — Niderlandı təmsil edən stolüstü tennisçi. Danni Heister Niderlandı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Danni Heister Niderlandı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Danni Heister Niderlandı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Danninq-Krüger effekti
Danninq-Krüger effekti — ixtisas səviyyəsi aşağı olan insanların səhv nəticələr çıxarması, səhv qərarlar qəbul etməsi və eyni zamanda ixtisas səviyyəsinin aşağı olması səbəbindən səhvlərini dərk edə bilməməsini nəzərdə tutan metakoqnitiv təhrifdir. Nəticədə bu onların öz bacarıqları haqqında şişirdilmiş təsəvvürə gəlmələrinə səbəb olur. Onlardan fərqli olaraq, yüksək ixtisaslı insanlar, əksinə, öz bacarıqlarını kiçiltməyə meyillidirlər — öz güclərinə inamsızlıqdan əziyyət çəkirlər və digər insanları daha ixtisaslı hesab edirlər. Eyni zamanda, qabiliyyətlərinin digər insanlar tərəfindən də eyni şəkildə aşağı qiymətləndirildiyini düşünürlər. Beləliklə, az səriştəli insanlar öz qabiliyyətləri barədə daha yüksək, yüksək səriştələrə sahib olanlar isə daha aşağı qiymətləndirmə aparırlar. Bu fenomenin mövcudluğu barədə fərziyyə 1999-cu ildə Castin Krüger və Devid Danninq tərəfindən irəli sürülüb və Çarlz Darvinin "Əminlik bilikdən çox cəhalətdən yaranır" və Bertran Rasselin "Dövrümüzün xoşagəlməz xüsusiyyətlərindən biri odur ki, özünə arxayın olanlar axmaqdır, az da olsa təxəyyülü və anlayışı olanlar isə şübhə və qərarsızlıqla doludur.". Fərziyyəni yoxlamaq üçün Krüger və Danninq Kornell Universitetinin psixologiya kursunun tələbələrinin iştirakı ilə bir sıra eksperimentlər keçirmişdilər. Fərziyyəyə görə az səriştəli insanlar aşağıdakı ilə xarakterizə olunur: Öz bacarıqlarını həddindən artıq şişirdirlər; Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər; Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər; Təlimlərdən sonra sahib olduqları səriştəsizliklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar. Fərziyyəni təsdiq edən eksperimentin nəticələri 1999-cu ilin dekabrında "Şəxsiyyət və sosial psixologiya" jurnalında dərc olunmuşdur Bu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunmuşdur. Oxşar araşdırmaların nəticələri 2003-cü və 2008-ci ildə dərc olunmuşdur.
Dannottar qalası
Dannottar qalası (ing. Dunnottar Castle) — Şotlandiyanın şərqində, Şimal dənizi sahillərində, Aberdin şəhərindən 24 km cənubda yerləşən tarixi memarlıq abidəsi. Qala hərbi-strateji baxımdan çox əlverişli bir yerdə yerləşir. Şimal dənizi sahilində, hündürlüyü 50 metrə yaxın olan dənizterrası ilə yanaşı, ərazidə mövcud olan Mount tirəsinin qayalıq hissəsi dəniz daxilinə doğru uzanaraq burun əmələ gətirir. Məhz bu qayalıq üzərində Dannottar qalası yerləşir. Qalaya yol ancaq cənub-qərb istiqamətdən mümükündür. Dənizə tərəfə uzanan bu qayalıq çıxıntının ümumi uzunluğu 3,5 km-dir. Bu məsafə demək olar ki, dəniz suları ilə əhatələnmiş, ancaq 800 metrlik dar çığır (pilləkən yol) vasitəsi ilə qalaya gəlmək mümükündür. Bu quru yol özüdə qalaya yaxınlaşanda çökəyə düşür və qaladan daha yaxşı müşahidə edilə bilinir. Yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır.
Danny O'Donoghue
Denni O'Donohyu (3 oktyabr 1980, Dublin) — müğənni. İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır.
Edvin Danninq
Edvin Danninq (ing. Squadron Commander Edwin Harris Dunning; 17 iyul 1892, CAR – 7 avqust 1917) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir. Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür. Edvin Danninq 1892-ci ilin 17 iyul tarixində Cənubi Afrikada anadan olub.
Qabriele Dannunsio
Qabriele Dannunzio (d. 12 Mart 1863 - ö. 1 Mart 1938) — 20-ci əsrin əvvələrində faşist dövrün ən tanınmış yazarlarından biri olan italyan romançı, şair, jurnalist, hərbi qəhrəman və siyasi xadim. Yaratdığı ideoloji müzakirələrin kənarında, müxtəlif sahələri əhatə edən əsərləri 20-ci əsrdə İtaliya ədəbiyyatına dərindən təsir etmişdir.
Qabriele Dannunzio
Qabriele Dannunzio (d. 12 Mart 1863 - ö. 1 Mart 1938) — 20-ci əsrin əvvələrində faşist dövrün ən tanınmış yazarlarından biri olan italyan romançı, şair, jurnalist, hərbi qəhrəman və siyasi xadim. Yaratdığı ideoloji müzakirələrin kənarında, müxtəlif sahələri əhatə edən əsərləri 20-ci əsrdə İtaliya ədəbiyyatına dərindən təsir etmişdir.