Con Dann Makdonald

Con Dann Makdonald (ing. John D. MacDonald; 24 iyul 1916[1][2][…] və ya 26 iyul 1916[3]28 dekabr 1986[1][2][…], Miluoki, Viskonsin) — ABŞ yazıçısı və tərcüməçisi. O, 1940-cı illərin ortalarında yaradıcılıq fəaliyyətinə başlamış, əsasən elmi fantastika və detektiv fantastika əsərləri ərsəyə gətirmişdir. Makdonald cinayət və triller janrlarında olan romanların müəllifi olmuşdur. O, dövrünün ən uğurlu Amerika romançılarından biri kimi, təxminən 70 milyon kitab satmışdır.[4] Onun ən diqqətəlayiq əsərləri arasında "Trevis Makqi" seriyası və "Cəlladlar" var.

Con Dann Makdonald
ing. John D. MacDonald
Doğum tarixi 24 iyul 1916(1916-07-24)[1][2][…] və ya 26 iyul 1916(1916-07-26)[3]
Vəfat tarixi 28 dekabr 1986(1986-12-28)[1][2][…] (70 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti hekayə yazıçısı[d], romançı, ssenarist, yazıçı, fantastika yazıçısı[d], esseist, tərcüməçi
Fəaliyyət illəri 1940-cı ildən
Janr detektiv

Con Dann Makdonald 28 dekabr 1986-cı ildə, 70 yaşında Viskonsin ştatının Miluoki şəhərində yerləşən Müqəddəs Meri xəstəxanasında əvvəlki ürək əməliyyatının ağırlaşması nəticəsində vəfat etmişdir.[5]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 John D. MacDonald // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 The Fine Art Archive. 2003.
  4. Merrill, Hugh. The Red Hot Typewriter: The Life and Times of John D. MacDonald. New York: Thomas Dunne Books/St. Martin's Minotaur. 2000. ISBN 978-0-312-20905-6.
  5. Fraser, C. Gerald. "John D. Macdonald, Novelist, Is Dead". The New York Times. 1986-12-29. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]