dara çəkmək

1. to hang oneself вешать на виселице; 2. bax dara qısnamaq
dara-bara salmaq (səs-küy qaldırmaq)
dara düşmək
OBASTAN VİKİ
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Dara Şükuh
Sultan Məhəmməd Dara Şükuh (20 mart 1615 və ya 1615, Acmer – 30 avqust 1659, Dehli) — Böyük Moğol İmperiyasının sultanı Şahcahanın oğlu, Allahabadın söbədarı. 20 mart 1615-ci ildə Əcmir yaxınlarında doğulmuşdu. Şahcahanın böyük oğludur. Anası, xatirəsinə Tac Mahal inşa edilən və daha çox Mümtaz Mahal deyə anılan Ərcümənd Banu Bəyimdir. Muhamməd Dara gələnəğə uygun olaraq İslami təlim-tərbiyə gördü; Ərəbcə, Farsca və Sanskritcə öyrəndi. Özəlliklə nəzari elimlərlə ilgiləndi, dini və təsəvvufi bilgisini təkviyə etmək üçün bu sahədəki əsərlərin bəlli başlılarını incələdi. Ona ilahi bilgi və ilhamın verildiyi inancı ilə bu yoldakı çalışmalarını daha da artdırdı. Şahzadə Dara Şükuh 1633-cü ildə 12.000 "zat" (6000 "süvarilik") bir mənsəbə sahib idi. Eyni il Səfəvilərin Qəndəharı təhdid etmələri və bunu 1642-ci ildə təkrarlamaları üzərinə şəhəri müdafiə etməyə gedən orduda ona önəmsiz bir komandanlıq verilmişdi. 1645-ci ildə Allahabad söbədarlığına (valilik) gətirildi.
III Dara
III Dara (e.ə. 380 – e.ə. 330, Baktriya) — Əhəməni dövlətinin sonuncu şahənşahı (E.ə. 336-330-cu illər). Əhəmənilər sülaləsinin sonuncu hökmdarı bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks Əhəmənilər imperiyanın ömrünü bir neçə il uzatmışdı. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə zəhərlə öldürüldü. Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.
II Dara
II Dara, (II Dara Oxus); (e.ə. 475 – e.ə. 404, Babil) — 423-404-cü illərdə Əhəmənilər şahənşahı. I Artakserksin yunan cariyəsi Kosmartidenadan olan oğlu. Hakimiyyətə gələnə qədər adı Oks idi və 423-cü ildə II Dara adını götürdü. Yunanlarla müharibələr etmişdir, hakimiyyəti dövründə 405-ci ildə Misirdə üsyan baş vermişdir. 404-cü ildə Babildə ölmüşdür.
I Dara
Böyük Dara (E.ə. 549 - E.ə. 485, Qədim Farsca: 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁, Xerxes Dārayawauš) — E.ə. 522 - E.ə. 485 illər arasında İranı idarə edən imperator. Müasir fars dilində adı داریوش (Dâryûsh), İbranicə mənbələrdə דַּרְיָוֶשׁ (Daryaweş) Antik Yunancada Δαρεῖος(Darios), Latınca və Romalı tarixçilərin qeydlərində isə Darius formasında keçir. Ayrıca Darius apardığı fəthlər ilə farslar üçün çox önəmli sayılır. Dārayava(h)uš I Dara e.ə.522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub. Onun dövründə İran dünyanın ən güclü dövləti idi. Bu dövlət Egey dənizindən Hind çayına qədər və Qafqaz dağlarından Həbəşistana qədər əraziləri əhatə edirdi.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Carna Dara Çovduri
Carna Dara Çovduri (d. 15 oktyabr 1938 – ö. 27 iyun 2019) — Banqladeş sosial aktivisti. Çovduri Noaxali rayonunda yerləşən Qandi Aşram vəqfinin katibi olmuşdur.
Dara Əl-Bəkri
I Dara (Atropatena)
I Dara — təqribən e.ə. 65-ci ilə qədər hakimiyyətdə olmuş Atropatena çarı. Daranın həyatı haqqında çox az şey məlumdur. O, qohumu I Mitridatın ölümündən sonra taxta çıxıb. Dara hakimiyyəti dövründə Roma Respublikasının triumviri Qney Pompeyin ordusu tərəfindən hücuma məruz qalıb. Ancaq Pompeyin Atropatenaya hücumunun səbəbləri bilinmir. Dara elə e.ə. 65-ci ildə vəfat etmişdir. Ondan sonra qohumu I Ariobarzan Atropatena taxtına çıxmışdır. Azerbaijan iii.

Значение слова в других словарях