Demidovlar
Demidovlar (rus. Демидовы) — XVIII yüzildə, özəlliklə dəmir emalı və mədənçiliklə böyük sərvət qazanan, böyük sənayeçilər yetiştirmiş Rus soyu.
== Soyun tarixi ==
Ailə sərvətinin təməli, 1702-ci ildə Demidov soyadını alan Tulalı dəmirci Nikita Demidoviç Antufyevə (1656–1725) dayanır. Öncələri silah emal edən Nikita Demidova, 1682–1725 arasında hökm sürən I Pyotr torpaq bağışladı və soyluluk unvanı verdi (1720). Demidov Tulada bir dəmir emalatxanası qurdu.
Nikitanın oğlu Akinfi Demidov (1678–1745) mal varlığını genişlədib başda Ural dağları olmaq üzərə çəşitli bölgələrdə qızıl, gümüş və mis mədənləri açaraq ona miras qalan sərvəti böyütdü. Mədən yataqlarında, fabriklərində və torpaqlarında 38.000 işçi (kölə və təhkimli kəndli) çalışdırarak atasının iş alanını Ural, Altay və Sibirə qədər genişlətdi. Nikita və Akinfinin çabaları sonucunda Demidovlar ailəsi, böyük mülklərin və şirkətlərin sahibi oldu. XVIII yüzyılın sonunda, Demidovlar ailəsinə aid 40-ı Ural bölgəsində olmaq üzərə 50-dən artıq dəmir-polad zavodu Rusiyadaki tökmə dəmir məhsulunun təqribən yüzdə 40-ını qarşılayırdı.
Demidovlar ailəsinin o biri üzvüləri sonraları insanı, sənati və elmləri qorumağa yönəlik ətkinliklərə girdilər.