Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trubkalılar
Trubkalılar (lat. Phoronida) — yeganə Phoronidae fəsiləsinin daxil olduğu onurğasız dəniz heyvanları tipi. Phoronis və Phoronopsis cinslərinə aid olan 12 müasir növü öyrənilib. Qabarma zonasından 400 m dərinliklərə qədər rast gəlinsə də, adətən dənizin 70 m dərinliklərində olur.
Truba (musiqi aləti)
Truba (rus. Труба, it. tromba) - ucunda ağızlıq olan nəfəsli mis musiqi aləti.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Aruba
Aruba — Karib dənizində, Venesuelanın yaxınlığında yerləşən və Kiçik Antil adalarına daxil olan Niderlanda məxsus ada dövləti. 1499-cu ildə ispanlar tərəfindən tapılmış, 1636-cı ildə isə Niderlandın müstəmləkəsinə çevrilmişdir. 1986-cı ildə Niderland Antil adalarının tərkibindən çıxarılaraq Niderlandın birbaşa tabeliyinə keçirilmişdir. Sahəsi 193 km², əhalisi təxminən 103 min nəfərdir. Əhalinin əksəriyyəti paytaxt Oranyestadda məskunlaşıb və afrikalı, yerli, avropalı, hindli qarışığından ibarətdir. Yerli dili papyamento, rəsmi dövlət dili flamand dilidir. XX əsrin əvvəllərində Venesuela neftini emal edən neftayırma zavodları əsas gəlir qaynağı ikən 1980-ci illərdən etibarən turizm daha böyük əhəmiyyət qazanmışdır. == Coğrafiya == İqlimi quru tropikdir. Orta illik temperaturu 28 °C-dir.
Rubia
Boyaqotu; Qızılboya (lat. Rubia) – boyaqotukimilər fəsiləsindən bitki cinsi. Heç şübhəsiz, Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biri də boyaqotu bitkisi olmuşdur. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Andrey Qrubba
Andrey Qrubba (14 may 1958, Brzezno Uielkie[d], Pomoraniya voyevodluğu – 21 iyul 2005, Sopot[d], Pomoraniya voyevodluğu) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andrey Qrubba Polşanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Andrey Qrubba Polşanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Andrey Qrubba Polşanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Anri Truaya
Anri Truaya (fr. Henri Troyat, doğularkən adı — Leon (rusca) Aslanoviç Tarasov) (1 noyabr 1911, Moskva — 2 mart 2007, Paris) — Fransa yazıçısı. == Həyatı == Tanınmış müasir fransız yazıçısı Anri Truayanın əsl ad-familiyası Lev Tarasovdur. 1911-ci ildə Moskvada anadan olub. Vətəndaş müharibəsi dövründə, yeddi yaşında ikən o valideynləri ilə birgə Fransaya mühacirət edib, orda böyüyüb və fransız vətədaşlığını qəbul edib, Fransa ordusu sıralarında faşizmə qarşı vuruşub, sonralar fransız yazıçıcı kimi məşhurlaşıb. Sorbon Universitetinin hüquq fakültəsini bitirmiş Anri Truaya bir müddət Sena vilayəti prefekturasında işləyib sonra isə həyatını ədəbiyyata sərf eləməyi qərara alıb. Onun 1935-ci ildə nəşr olunmuş ilk romanı (“Yalançı sübh”) “Populist roman” mükafatına layiq görülüb. 1938-ci ildə isə başqa bir romanı (“Hörümçək”) Konkur mükafatını alıb. 1959-cu ildə Anri Truaya Fransa Akademiyasına üzv seçilib. Anri Truaya böyük həcmli əsərlərinin bir hissəsini Rusiya həyatına həsr eləyib.
DAF Trucks
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
Denis Urubko
Denis Urubko (29 iyul 1973, Nevinnomıssk, RSFSR, SSRİ) — Rus əsilli Qazaxıstanlı alpinist. 2009-cu ildə o, 14 səkkizminliyin hamısını fəth etmiş on beşinci, oksigen balonu istifadə etmədən fəth edən səkkizinci şəxs kimi tarixə düşüb. 2006-cı ildə Urubko yeni sürət rekordunu müəyyənləşdirməklə yanaşı Elbrus dağına sürətli dırmanma yarışında qalib gəlib. O Azau məntəqəsindən zirvəyə 3 saat, 55 dəqiqə, 58 saniyəyə çatıb. Bu fəthdə o təxminən saatda 800 metr şaquli qalxma sürəti ilə 3250 metr məsafəyə şaquli istiqamətdə dırmanıb. Denis Urubko bu zirvəni növbəti tamamlayan iştirakçıdan təxminən 40 dəqiqə tez bitirib. O həmçinin Xan-Tenqri dağ festivalında da qalib gəlib.Urubko qışda iki 8000 metrdən yüksək zirvəni fəth edib. 2009-cu ildə Simone Moro ilə birlikdə Makalunu və 2011-ci ildə Kori Riçards və Simone Moro ilə birlikdə Gaşerbrum II zirvəsini fəth edib. Urubko həmçinin Ço-Oyu, Manaslu və Broud zirvələrini fəth etmək üçün yeni marşrutlar açıb. Ümumilikdə o, 8000 metrlik zirvələri 19 dəfə əth edib.
Probka ağacı
Probka qaraağac
Salmo trutta
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Srubna mədəniyyəti
Srubna mədəniyyəti və ya Ağac-türbə mədəniyyəti (rusca:Сру́бная культу́ра; ukraynca:Зрубна́ культу́ра) — Eramızdan əvvəl 18-ci və 12-ci əsrlər arasında Qara dəniz-Xəzər səhralarının şərq hissəsində son tunc dövrünə aid bir arxeoloji mədəniyyət.Surbna mədəniyyəti Katakomba, Poltavka və Potapovka mədəniyyətlərinin varisidir. Həm də əlaqəli olduğu düşünülən çağdaş Andronov mədəniyyəti ilə qonşu olmuşdur. == Etimologiyası == Mədəniyyətin adı rus dilində "taxta çərçivə" mənasını verən sруб (srub) sözündən gəlir. Bu ad mədəniyyətin məzarlarında ağac istifadəsinə görə verilir. Onların iqtisadiyyatı kənd təsərrüfatına və heyvandarlığa əsaslanırdı. == Mənşəyi == Srubnaya mədəniyyəti Yamna mədəniyyətinin, Katakomb mədəniyyətinin və Poltavka mədəniyyətinin varisidir. O, ehtimal ki, özünün şərq qonşusu olan Andronovo mədəniyyəti ilə yaxın əlaqədə olmuşdur. == Tarixi == Eramızdan əvvəl 1-ci minillikdə yaşayan İskitlər və Sarmatlar Srubna mədəniyyətinin varisi hesab edilirlər. Kimmerlərin də bu mədəniyyətdən qaynaqlandığı düşünülür. == Dili == Srubna mədəniyyəti ümumiyyətlə ari mənşəli hesab edilir.
Yuri Trubin
Aktyor
Turuşka sülaləsi
Turuşka sülaləsi — Şimali Hindistanda, Kəşmir, Kabilistan (indiki Əfqanıstanda tarixi bölgə) və Qəndhara bölgələrində hökm sürən qədim kral sülaləsi. Sülalənin ya qarışıq Qərbi Göytürk-Eftalit ya Hind-Skif mənşəli olduğu güman edilir. Sülalənin sakinləri əsasən hindu brahmanları olsa da, sülalənin hakim sinfi buddistlər və Buddanın güclü inanclıları idi. Bu xanədan tərəfindən Kəşmir və Qəndharada bir çox buddist abidələri ucaldılmışdır ki, bu da onların Buddizm dininə məhəbbətini göstərirdi. Hindistanda məskunlaşan Orta Asiya tayfalarının Hindistan cəmiyyətinə inteqrasiya etmək üçün Buddizmi və buddistlərin əsas inanclarını qəbul etməsi adi hal idi. Bu sülalənin Türk Şahilərin Kabilistanı idarə etdiyi dövrdə Kəşmiri də idarə etdiyi güman edilir və iki sülalə arasında Kapisa və Qəndhara bölgələri üzərində toqquşmalar baş verə bilirdi. Bu sülalə Qəznəvilər tərəfindən bütün Kəşmirlə birlikdə tabe edilərək fəth edildi. Qəznəvi sultanı Səbuktəkinnin başçılıq etdiyi təkrarlanan işğal dalğaları bu sülalənin son məhvinə və nəticədə Kəşmir bölgəsinin ilhaqına gətirib çıxardı. Beləliklə, Hindu-Buddist Turuşka hakimiyyəti məhv edildi və onların torpaqları həm Kəşmir bölgəsini, həm də Pəncab bölgəsini fəth edən türk-müsəlman Qəznəvilərin əlinə keçdi. == Ədəbiyyat == Долин А. А., Попов Г. В. Кэмпо - традиция воинских искусств.
Tuba
Tuba − böyük ölçüsü və dərin səsləri ilə xarakterizə edilən bir nəfəsli musiqi alətidir. Şaquli kəmərli boru, üç və ya dörd klapan, geniş konusvari dəlik, fincanşəkilli ağızlıqdan ibarətdir. Tubanın müxtəlif seqmentləri standart texnika ilə işlənmiş misdən hazırlanmışdır. İlk tuba on doqquzuncu əsrin əvvəllərində bas səs gətirmək üçün icad edilmişdir. Tubalar mis külək alətləri kimi tanınan bir alət sinfinə aiddir. Tuba latın sözü olub “Tub” və “Boru” mənasını verir. Amerika Birləşmiş Ştatlarında da tuba çalan şəxs tubaçı ya da tubist kimi tanınır . Böyük Britaniyada adi orkestrdə tuba alətində çalan musiqiçi sadəcə bir tubaçalan kimi tanınır; nəfəsli alətlər orkestrində və ya hərbi orkestrdə tuba alətində çalan musiqiçilər isə basistlər kimi tanınır. == Tarixi == Tubanın tarixi Roma İmperiyasına kimi uzanır. Tubanın inkişafı 19-cu əsrin əvvəllərində başlamışdır.
Ahmed Touba
Ahmed Touba (fr. Ahmed Touba; 13 mart 1998, Rube) — Erediviziya təmsilçilərindən olan "Valveyk" klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Belçikalı futbolçu. Fransada doğulan futbolçu Belçikada böyümüş və Əlcəzair millisinin heyətində oynayır. == Klub karyerası == === Brügge === Touba Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Touba öz peşəkar karyerasında debütünü 1 may 2017-ci ildə etmişdir. O, "Zülte Varegem" klubu ilə qarşılaşmada etmişdir. O, 80-ci dəqiqədə Xose İskyerdonu əvəz etmişdir. == Milli komanda == Əlcəzair əsilli futbolçu Fransada doğulub. O, gənc yaşlarında Belçikaya köçmüş və ölkənin gənclərdən ibarət milli komandasında çıxış etməyə başlamışdır. 3 iyun 2021-ci ildə Mavritaniya millisi ilə oyunda Əlcəzair millisinin formasıyla meydana çıxmışdır.
Ailanthus rubra
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Alnus rubra
Qırmızı qızılağac (lat. Alnus rubra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Aruba florini
Aruba florini (Niderlandca: Arubaanse florijn; ISO 4217 : AWG) - 1986-cı ildən bəri Arubada istifadə edilən rəsmi pul vahididir. 1 Aruba florini təqribən 100 sentə bərabərdir. Aruba florini Aruba Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Aruba florini = 0.558659 ABŞ dolları.
Atriplex rubra
Atriplex hortensis (lat. Atriplex hortensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex acuminata M.Bieb. Atriplex atrosanguinea Voss Atriplex benghalensis Lam. Atriplex heterantha Wight Atriplex hortensis var. hortensis hortensis Atriplex hortensis subsp. nitens S.Pons Atriplex microtheca Moq. Atriplex purpurea Voss Atriplex ruberrima Moq. Atriplex rubra (L.) Crantz Atriplex spectabilis Ehrh. ex Moq.
Avena rubra
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Barringtonia rubra
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Barringtonia acutangula növü Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır. == Sinonim == == İstinadlar == Barringtonia acutangula:''The Plant List saytında takson barədə məlumat.
Brassica rubra
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Trük
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . == Kinoda tryuk == Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.