Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Demo
F-22 Demo Team
F-22 Demo Team — ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Virciniyada bazalaşan aerobatika eskadronudur. Uçuşlarda Lockheed Martin F-22 Raptor təyyarəsi istifadə olunur. Şoulardakı manevrlər döyüş əməliyyatları üçün nəzərdə tutulmuş manevrlərə əsaslanır, lakin normaldan daha uşağı hündürlüklərdə yerinə yetirilir. F-22 Demo Team, F-15 Demo Team-ı əvəzləmək üçün yaradılmışdır. Hazırkı şou pilotu və 2023 hava şousu mövsümü üçün demo komandasının komandiri kapitan Samuel "RaZZ" Larsondur.
F-35A Demo Team
F-35A Demo Team — ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Yutada bazalaşan aerobatika eskadronudur. Uçuşlarda Lockheed Martin F-35 Lightning II təyyarəsi istifadə olunur. Komanda 2018-ci ildə qurulub və Luke avabazasında bazalaşırdı. 2019-cu ildə Hill avabazasına köçürüldü. Hazırkı şou pilotu və demo komandasının komandiri Mayor Kristen "BEO" Volfdur. O, həm də ABŞ Hərbi Hava Qüvvələrinin ilk qadın aviaşou pilotudur.
Chuunibyou demo Koi ga Shitai!
Love, Chunibyo & Other Delusions (azərb. Sevgi, çunibyo və digər xəyallar‎), Yaponiyada tanınan adı ilə Chuunibyou demo Koi ga Shitai! (中二病でも恋がしたい!, Chūnibyō demo Koi ga Shitai!, Hətta 8-ci sinif sindromu ilə belə, mən aşiq olmaq istəyirəm) və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
E-demokratiya
Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. "Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edir. E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir. E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.
Efiopiya Federativ Demokratik Respublikası
Efiopiya (amh. ኢትዮጵያ — ʾĪtyōṗṗyā) və ya rəsmi adı ilə Efiopiya Federativ Demokratik Respublikası — Şərqi Afrikada dövlət. Efiopiya dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Eritreya, şimal-şərqdən Cibuti və tanınmayan Somalilend, şərqdən Somali, cənubdan Keniya, qərbdən Cənubi Sudan, şimal-qərbdən isə Sudanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Əddis-Əbəbə, ümumi sahəsi 1,100,100 kvadrat kilometr, əhalisinin sayı 109 milyon nəfərdən çoxdur. Efiopiya qədim islam mənbələrində Həbəşistan, qərbdə isə Abissiniya adları ilə tanınmışdır. Bu ölkə Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olmuşdur. == Ümumi məlumat == Şərqi Afrikada dövlət. Qərbi Sudan və Cənubi Sudanla, c.-da Keniya, c.-ş. və ş.-də Somali, şm.-ş.-də Cibuti, şm.-da Eritreya ilə həmsərhəddir.
Elektron demokratiya
Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. "Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edir. E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir. E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.
Emili Rouzun altı demonu (film, 2005)
Ermənistan Demokratik Respublikası
Ermənistan Demokratik Respublikası (erm. Հայաստանի Դեմոկրատական Հանրապետություն), bəzi mənbələrdə İlk Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur. == Parlament == == İstinadlar == == Həmçinin bax == Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti == Xarici keçidlər == Délégation de la République arménienne à la Conférence de la. Paix (1920) Армянская республика Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)).
Fevral burjua-demokratik inqilabı
Fevral burjua-demokratik inqilabı və ya Fevral inqilabı — 1917-ci ildə Rusiyada çar mütləqiyyətini devirmiş ikinci inqilab. == Tarixi == 1917-ci il, fevralın 25-də 300 min adamın iştirak etdiyi tətil başlandı. Fevralın 27-də Petroqradda ümumi siyasi tətil silahlı üsyana çevrildi və fevralın 28-də inqilabın qələbəsi ilə nəticələndi. Bunun nəticəsində Rusiyada ikihakimiyyətlilik — bir tərəfdə Müvəqqəti hökumətin hakimiyyəti, digər tərəfdə Fəhlə Deputatları Sovetinin hakimiyyəti yarandı. Romanovlar mütləqiyyətinə son qoyuldu. Martın 2-də knyaz G. Y. Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil edildi. Hökumətin qarşısına qoyduğu əsas vəzifə ölkədə qayda-qanun yaratmaq, Müəssislər məclisinə seçkilər keçirmək idi. Petroqradda inqilabın qələbəsi xəbəri Bakıya martın 2-də çatdı. Martın 3-də Bakı fəhlələri birgünlük tətil keçirməklə Petroqrad inqilabçıları ilə həmrəy olduqlarını bildirdilər. Martın 5-də Bakı İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi.
Finlandiya Demokratik Respublikası
Finlandiya Demokratik Respublikası (FDR; fin Suomen kansanvaltainen tasavalta) — 1939–1940-cı illər sovet-fin müharibəsi zamanı SSRİ başçısı İosif Stalinin qurduğu, kommunizmi dəstəkləyən milis və sovet partizanlarından ibarət kukla dövlət. Bu ölkənin heç bir hüquqi əsası olmamış və müharibənin sonunda imzalanan Moskva sülh müqaviləsi ilə ləğv edilmişdir. 1941–1944-cü illər sovet-fin müharibəsi başlayandan sonra da Stalin bu dövləti yenidən qurmamışdır. Stalin rəhbərliyi altındakı Sovet İttifaqının o dövrdə Finlandiya, Yaponiya, Türkiyə və Qərbi Almaniyaya dair konkret planları olsa da, Qərbi Avropada ifrat solçu təşkilatları dəstəkləməklə kifayətlənmiş və Koreya müharibəsinin sonunda xəstələnərək ölmüşdür. Sözügedən torpaqlar indi Rusiyanın nəzarətindədir. Finlandiyada bəzi müxalifət partiyaları istisna olmaqla rəsmi torpaq istəyi yoxdur. Ölkənin idarəetmə forması Xalq Respublikası olmuşdur. Dövlət 1 dekabr 1939-cu ildə yaradılmış və 12 mart 1940-cı ildə ləğv edilmişdir.
Gürcü arzusu — Demokratik Gürcüstan
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Gürcüstan Demokratik Respublikası
Gürcüstan Demokratik Respublikası (GDR; gürcücə: საქართველოს დემოკრატიული რესპუბლიკა Sakartvelos Demokratiuli Respublika) — 1918–1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti. Rusiya imperiyasının 1917–18 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi — 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq Cümhuriyyəti və Şimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyası və Ermənistan Xalq Cümhuriyyəti ilə, cənub-şərqdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə olmuşdur. GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, hökuməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.
Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar
Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar — 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrılır. Buna uyğun olaraq Azərbaycan türklərinə 4 yer ayrılır. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan Gürcüstan Müsəlmanlarının Milli Şurası Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov, Mirzə Hüseyn Həsənzadə və Əliheydər Qarayevə parlamentdə təmsilçilik mandatını verir. == Parlamentin yaradılması və fəaliyyəti == 26 may 1918-ci il tarixində müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikası mövcud olduğu 33 aylıq dövr ərzində milli dövlət quruculuğu prosesinə böyük önəm verərək bu istiqamətdə bir sıra mühüm islahatlara imza atmışdır. Bu islahatlar çərçivəsində demokratik təsisatların yaradılmasına xüsusi diqqət ayrılmış, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində ali qanunverici orqan – Müəssislər Məclisi və yerli özünüidarəetmə orqanları — "eroba"lar formalaşdırılmışdır. Gürcüstanda ali qanunverici orqan rolunu oynayacaq Müəssislər Məclisinin çağırılması barədə ilk təşəbbüs 1917-ci ilin sonlarında, hakimiyyətdə və idarəetmədə boşluq yarananda irəli sürülsə də, bəzi səbəblərə görə təxirə salınmışdı. Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra bu məsələ yenidən aktuallaşaraq ölkə gündəminə daşınan ilk mövzulardan biri olur. Gürcüstan Milli Şurası 1918-ci ilin yayında Müəssislər Məclisi seçimi qaydaları və seçki əsasnaməsinin hazırlanması üzərində işləməyə başlayır. 22 noyabr 1918-ci il tarixində o zaman artıq parlament adlanan Milli Şura 10 bənddən və 119 maddədən ibarət "Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə"ni təsdiq edir.
Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti
Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti (gürc. საქართველოს დემოკრატიული რესპუბლიკის მთავრობა ემიგრაციაში) - Gürcüstan Demokratik Respublikasının parlamentinin üzvləri və hökumət rəhbərlərindən təşkil olunmuş Fransanın paytaxtı Paris şəhəri yaxınlığında uzun müddət fəaliyyət göstərmiş sürgün hökuməti. Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti 1921-ci ilin 17 mart tarixində Qızıl Ordunun Gürcüstanı işğalından sonra yaranmışdır və təşkilat özünü rəsmi yazışmalarda Gürcüstanın Milli Hökuməti şəklində adlandırmışdır. == Tarix == === Fransaya sürgün === 1921-ci ilin mart ayında Qızıl Ordunun Gürcüstanı işğalı nəticəsində ölkədə idarə olunmaz vəziyyət yaranmışdır. 1921-ci ilin 18 mart tarixində Batumi şəhərində Nikolay Çxeidze rəhbərliyi ilə keçirilmiş parlamentin son iclası zamanı Gürcüstan Demokratik Respublikasının Noy Jordaniya rəhbərliyi altında sürgünə göndərilməsinə qərar verilmişdir. Elə həmin gün hökumət üzvləri, Gürcüstanın Təsis Məclisinin bir neçə deputatı, bir neçə hərbçi və onların ailə üzvləri Ernest Renan adlı gəmiyə minərək əvvəlcə Türkiyənin İstanbul şəhərinə oradan isə Fransanın paytaxtı Paris şəhərinə gələrək burada siyasi sığınacaq üçün müraciət etmişdilər. === 1924-cü il qiyamına hazırlıq === Hökumət rəsmiləri Gürcüstan Demokratik Respublikasının maliyyə fondlarından istifadə edərək Fransanın Paris şəhəri yaxınlığında yerləşən Lövil-sür-Orj (fr. Leuville-sur-Orge) qəsəbəsində 5 hektar sahəsi olan malikanə satın alınmışdır. Qala olaraq adlandırılan malikanə üç mərtəbəli olmaqla tikilmişdir. Leuville qəsəbəsi sürgündə olan hökumətin əsas mərkəzi olaraq hadisələrin sonuna qədər fəaliyyət göstərmişdir.
Gürcüstan arzusu-Demokratik Gürcüstan
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L. Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12–9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8–6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Konqo Demokratik Respublikası
Konqo Demokratik Respublikası (fr. République Démocratique du Congo) və ya Konqo DR, 1971—1997-ci illərdə — Zair, 1960-1964-cü illərdə Konqo Respublikası — mərkəzi Afrikada dövlət. Paytaxtı Kinşasa şəhəridir. == Tarix == Kongo Demokratik Respublikasi bu gün varlığını davam etdirdiyi torpaqların ilk yerlilərini indiki vaxtda yalnız çox kiçik bir sahədə həyatlarını davam etdirən Pigmey qəbilələri meydana gətirməkdə idi. Əsrlər boyunca burada yaşayan Bantu xalqları zaman içərisində əkinçilikdən, ovçuluğa qədər bir çox sahədə vacib olan birliklər yaradaraq həmin dövrdə bölgədə bir çox dövlət quruluşunu meydana gətirmişlər. Bu dövlətlər içərisində xüsusilə XIV əsrdə qurulan və Afrikada bu günə qədər qurulan ən güclü dövlət strukturlarında birini meydana gətirən Konqo Krallığı olmuşdur. XV əsrdə bölgəyə ilk gələn avropalılar olan portuqallar, Konqo çayının Atlas Okeanına töküldüyü yerdə yeni kəşflər etmiş, 1491-ci ildə isə ilk dəfə Konqo Krallığı ilə diplomatik əlaqə qurmuşlar. Bu dövrdə həyata keçirilən və inkişaf etdirilən diplomatik əlaqələr Konqo kralının dinini Xristian katoliki olaraq dəyişdirməsi ilə nəticələnmişdi. Amerikadakı koloniyalara qul göndərən ölkələrdən biri olan Konqo Krallığı bu səbəblə yaşayış səviyyəsini yüksəldərək Afrika sahillərində yeni liman şəhərləri qurmuşlar. XVI əsrdə padşahlıqda başlayan çöküş, 17-сi əsrdə xüsusilə Portuqaliya hakimiyyətinin bölgədə itməsi ilə birlikdə zirvəyə çatmış, kölə tacirlərinin və Portuqaliyadan sonra bölgəyə hakim olmağa çalışan Hollandiya və Böyük Britaniyanın ölkəni istismar etmək cəhdləri nəticəsində dövlət tamamilə ortadan qaldırılmışdır.
Konstitusiyalı Demokratiya Partiyası
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür. Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi. Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi. Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.
Koreya Demokratik Partiyası
Koreya Demokrat Partiyası (kor.더불어민주당; Hanca: 더불어民主黨; RR: Deobureominjudang; qısa: 민주, 더민주, Mincu, Domincu, "Mincudanq" olaraq tanınır 민주당 Cənubi Koreya mediyasında 2016-dan), əvvəllər Demokratiya üçün Yeni Siyasət Alyansı (DYSA), Cənubi Koreyada mərkəzçi, liberal bir siyasi partiyadır. Partiya 26 Mart 2014 -cü ildə Demokratik Partiyası və Yeni Siyasi Vizyon Partiyasının (YSVP) hazırlıq komitəsinin birləşməsi ilə quruldu. Keçmiş Demokratik Partiya, DYSA-ın yaradılmasından sonra qanuni olaraq DYSA-a daxil oldu, YSVP-nin hazırlıq komitəsi ləğv edildi, birləşməni DYSA-a fərdi olaraq qoşulmağı dəstəkləyən üzvlərlə birlikdə ləğv edildi. Demokratik Partiya, rəqibi mühafizəkar Xalq Gücü Partiyası ilə birlikdə Cənubi Koreyadakı iki böyük siyasi partiyadan biridir. == Siyasi mövqeyi == Demokrat Partiyasının rəsmi ideologiyası yoxdur. Bu partiya bəzən mühafizəkarlardan fərqli olaraq mütərəqqi partiya kimi təsvir edilir, lakin o qədər də universal baxış deyil və Cənubi Koreyanın “mütərəqqi” və “mühafizəkar” arasında mövqe kimi istinad edilir. ABŞ Demokratik Partiyasının rənglərinə bənzər mavi və göy mavi partiya rənglərindən istifadə etsələr də, DPK-nın bəzi əsas fiqurları DPK-nı “mərkəz-sağ” və “mühafizəkar” kimi təsvir edir. Bəzi Cənubi Koreya mediası da NPAD və ya DPK-nı “mühafizəkar partiya” kimi xarakterizə edib.
Koreya Xalq Demokratik Respublikası
Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (qısaca: KXDR, kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Ölkənin qərbində Sarı dəniz, şərqində isə Yapon dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Pxenyan, ümumi sahəsi 120,540 kvadrat kilometr, əhalisinin sayı 25 milyon nəfərdən çoxdur. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir. == Coğrafiyası == Ölkənin ərazisi 122.762 km²-dir . Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir.
Koreya Xalq Demokratik Respublikası coğrafiyası
Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Şərqi Asiya regionunda, Koreya yarımadasının şimalında yerləşən dövlət. Şimal-şərqdən Rusiya ilə sərhədlənir. İki ölkəni Tumannaya çayı ayırır. Şimal və şimal-qərbdən isə Çinlə sərhədə malikdir. Burada iki ölkə arasında təbii sərhəd rolunu Yaluszyan çayı oynayır. Cənubdan isə Cənubi Koreya ilə sərhədlənir. Olkənin şərq sahillərini Yapon dənizi, qərb sahillərini isə Sarı dəniz yuyur. == Ərazisi == == Quru sərhədləri və sahil xətti == Ölkənin quru sərhədlıri cəmi 1673 km təşkil edir. Çin ilə 1416 km, Cənubi Korera ilə 238 km, Rusiya ilə isə 19 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu isə 2495 km təşkil edir.
Kürdüstan Demokrat Partiyası
Kürdüstan Demokrat Partiyası (kürd. Partiya Demokrat a Kurdistanê; پارتی دیموکراتی کوردستان; abr. KDP və ya PDK) — İraq Kürdüstanında siyasi partiya. == Tarixi == Kürdüstan Demokrat Partiyasının əsası 1946-cı ildə qoyulmuşdur. İraq Kürdüstanında yaşayan kürdlərin milli hüquqları uğrunda mübarizələrinə rəhbərlik etmişdir. Müstəmləkəçilik hökmranlığına qarşı İraq xalqının milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1958-ci il İraq inqilabından sonra Milli Birlik Cəbhəsinə daxil olmuşdur. KDP-nin 6-cı qurultayında (1964-cü il) qəbul olunmuş proqramda İraq Respublikası daxilində kürdlərə muxtariyyət verilməsi, İraqda demokratik hakimiyyət yaradılması, ölkənin birliyinin möhkəmləndirilməsi və s. nəzərdə tutulmuşdur. 1974-cü ildə kürdlərin muxtariyyəti haqqında qanun elan edildikdən sonra Mustafa Bərzaninin başçılığı ilə partiya rəhbərliyinin sağ cinahının milli azadlıq hərəkatından uzaqlaşması nəticəsində yeni KDP yaradılmışdır.
Kürdüstan Demokrat Partiyası (İran)
İran Kürdüstanının Demokratik Partiyası və ya Kürdüstan Demokrat Partiyası — İran kürdlərinin siyasi partiyası olub , əsas məqsədi Federal Respublika çərçivəsində kürdlərin milli hüquqlarının qorunmasıdır. == Yaradılması == 1945-ci il avqustun 16-da Qazi Məhəmməd tərəfindən əsası qoyulmuşdur. 1946-cı il yanvarın 22-də Qazi Məhəmməd Mahabad Cümhuriyyətinin müstəqilliyini elan etdi və prezidenti oldu. 1946-cı il dekabrın 15-də isə yenidən İranın tərkibinə keçdi. Respublika tənəzzülə uğradıldıqdan sonra bütün üzvləri edam edildi və bununla da partiyanın fəaliyyərinə son qoyuldu. Partiya 1951–1953-cü illər arasında yenidən kuliminasiya yaşadı. Adlardakı oxşarlığa baxmayaraq İran Kürdüstanının Demokratik Partiyası tayfa əlaqələrini müasirləşdirməyə çalışan, elitist, İraqdakı Kürdüstanın Demokratik Partiyası isə güclü tayfa əlaqələrinə arxalanan partiyadır. İKDP solçu partiyadır və yaradılışının ilk illəri (1945–1946) istisna olmaqla müstəqillik yox, muxtariyyət üçün mübarizə aparıb.
Laos Xalq Demokratik Respublikası
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Laos Xalq Demokratik Respublikası;
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Liberal demokratiya
Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir. Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir. Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər: Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir. Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır. Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir. İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
Demon
Demon (q.slav. де́монъ) (q.yun. δαίμων «ruh», «ilah»<ref)— həm müsbət, həm də mənfi rol oynaya bilən, tanrılarla müqayisədə daha aşağı mövqe tutan fövqəltəbii varlıqların və ya ruhların ümumi adıdır. Qədim yunanlarda Daimonia fəlsəfi konsepsiyası mövcud idi. Sokrat və onun davamçıları - Platon, stoaçılar və başqaları, daimonia ilə insanın "daxili səsi"-ni, vicdanı eyniləşdirir. Roma mifologiyasında onlar (lat. genius «ruh»)a<ref, xristianlıqda isə qoruyucu mələyə uyğun gəlir. Xristianlıq dönəmində slavyanlar arasında demon bes sözünün sinonimi olub, Rusiyada XI əsrdən bəri xristianlar bütün bütpərəst tanrıları ümumi demon adlandırdılar. Həmçinin İncil yunan dilindən kilsə slavyan dilinə və rus dillərinə tərcümə edilərkən yunanca demon sözü bes sözü ilə, ingilis və alman İncillərində isə şeytan – ing. devil, alm.
Demy
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Emo
Emo (emosional) — çox vaxt etirafedici sözlərlə xarakterizə olunan rok musiqisinin janrıdır. O, 1980-ci illərin ortalarından Vaşinqtonda sərt pank və post-hardkor üslubu kimi ortaya çıxdı. Rites of Spring və Embrace qrupları digərləri arasında bu janrın öncülləri olub. 1990-cı illərin əvvəllərində və ortalarında emo alternativ rok, indi-rok, pank rok və pop-pank qrupları, o cümlədən Sunny Day Real Estate, Jawbreaker, Cap'n Jazz və Jimmy Eat World tərəfindən qəbul edildi və yenidən kəşf edildi. Çox vaxt bir subkultura kimi görünən emo həm də pərəstişkarlar və sənətçilər arasında xüsusi əlaqəni və moda, mədəniyyət və davranışın müəyyən aspektlərini ifadə edir. Emo modasına dar cins şalvar, qara göz layneri, qrup adları olan dar köynəklər daxildir. 2000-ci illərin əvvəlindən bu cür geyinən emo musiqi həvəskarlarına "emo uşaq" və ya "emo" deyilir. Emo subkulturası stereotipik olaraq sosial yadlaşma, həssaslıq, misantropiya, introversiya və narahatlıqla əlaqələndirilirdi.
Dem
Dem ( q.yun. δῆμος, dēmos) — Qədim Attikada ərazi dairəsi, e.ə. VI əsrin sonlarından başlayaraq əsas iqtisadi, dini, siyasi və inzibati vahid. Hal-hazırda Yunanıstanda icmanın və Kipr Respublikasında bələdiyyənin adıdır. Klisfenin islahatlarının sonunda Afina 139 demə bölünmüşdü. Afinanın təsiri altında Qədim Yunanıstanın digər şəhərlərində (məsələn, e.ə. V əsrin sonlarında Kos və Rodos adalarında) demlər yaradılmışdır.
Baron Zemo
Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. İlk dəfə 1964-cü ildə "Qisasçılar" komiksinin 4-cü sayında peyda olmuşdur. Baron Zemo ilk əvvəllər Henrix Zemo idi, lakin onun ölümündən sonra oğlu Helmut Baron Zemo onun adını daşımağa başlamışdır. Ən çox da Baron Zemo adı ilə məhz Helmut tanınır. 2009-cu ildə IGN tərəfindən tərtib olunmuş "Bütün dövrlərin ən yaxşı komiks anti-qəhrəmanları" siyahısında 40-cı yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Baron Helmut Zemo İkinci dünya müharibəsində nasistlərlə birlikdə döyüşən və Kapitan Amerikanın düşməni olan Henrix Zemonun oğludur. Atası tərəfindən sadəcə nasistlərin və bir Zemo fərdinin dünyanı idarə etməli olduğu fikrinə hələ uşaqkən inandırılmışdır. Uğurlu alim və strategiya ustası olan Helmut Zemo atasının ölümündə Kapitan Amerikanın günahının olduğuna qərar vermiş və ondan intiqam almağa çalışmışdır. Zemo uduzaraq bir kimyəvi maddələrlə dolu çənə düşmüş və bədəni eybecər hala düşmüşdür. Zemo atasının adını alaraq Baron Zemo olmuşdur.
Jerom Deom
Jerom Deom (19 aprel 1999-cu ildə Belçikada anadan olub) — Belçika Pro Liqa təmsilçilərindən olan Standard Lyej FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. == Klub karyerası == === Standard Lyej === Deom Standard Lyej FK akademiyası vasitəsilə inkişaf etmişdir. Deom əsas komanda ilə debütünü 7 may 2016-cı ildə etmişdir. O, 68-ci dəqiqədə Vaasland-Beveren klubu ilə qarşılaşmada Martin Remakleni əvəz etmişdir. Həmin görüşdə Standard Lyej liqa görüşündə Beverenə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 31 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Nemo nöqtəsi
Nemo nöqtəsi və ya çatılmayan nöqtə — dünya okeanı üzərində quruya ən uzaq olan yer Nemo nöqtəsinə indiyə qədər insan ayağının dəymədiyi üçün belə adlandırılmışdır. Belə ki, "Nemo" sözü latın dilində "heç kim" deməkdir. Nemo nöqtəsi uzun müddət müəyyən edilməmişdir. Yalnız 1992-ci ildə xorvat-kanadalı araşdırma mühəndisi olan Hrvoye Lukatela buna nail olmuşdur. Belə ki, o həmin il "Hipparchus" adlandırdığı geo-kosmik aparatla okeanın orta nöqtəsini müəyyən etmişdir. Bunun üçün Hrvoye Lukatela dünyanın səthinin 3 ölçülü olduğu üçün, mərkəzdəki nöqtənin də 3 ayrı quru parçasından eyni məsafədə olmalı olduğunu nəzərə alıb. Beləliklə dünyadakı fərqli nöqtələri araşdıraraq, Nemo nöqtəsini müəyyənləşdirmişdir. Nemo nöqtəsi Sakit okeanda 48°52.6′ cənub və 123°23.6′ qərb koordinatlarındadır. Bu nöqtə özünə ən yaxın olan üç quru ərazisindən 2688 kilometr uzaqda yerləşir. Ona yaxın quru əraziləri bunlardır: Şimal istiqamətində yerləşən, üstündə insan yaşamayan Pitkern adalarının daxilindəki Düsi adası; Şimal-şərq istiqamətində yerləşən Pasxa adasının Motu Nui hissəsi; Cənub istiqamətində yerləşən, Atlantik okean sahillərindəki Maher adası.
Pla-Memo
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu, azərb. Plastik xatirələr‎) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır. "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır.
San-Remo
San-Remo (it. Sanremo) — İtaliyanın şimal qərbində yerləşən şəhər.
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Zemo Adzvisi
Zemo Adzvisi (gürc. ზემო აძვისი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 123 nəfər idi. 2014-cü ildə 88 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Zemo Arkevani
Yuxarı Qoşakilsə (Zemo Arkevani) – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Xrami çayının sağ sahilində yerləşir. Tiflis əyalətinin müfəssəl dəftəri"ndə Şahsuvar-Kolagir və Aşağı Kovxa qışlaqlarına malik kənd olaraq anılır. Kəndin əvvəlki adı Muluxsalıdır. Qoşakilsə də deyilir. Kənd iki qisimə bölünür: Yuxarı Qoşakilsə və Aşağı Qoşakilsə. Qoşakilsə kəndi Borçalı çökəyində, Xram çayının sağ sahilində, rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir. 1870-ci ildə 12 ailədə 81 nəfər, 1926-cı ildə 33 ailədə 168 nəfər, 2002-ci ildə 142 ailədə 604 nəfər, 2006-cı ildə 142 ailədə 556 nəfər.
Zemo Birtsxa
Zemo Birtsxa (gürc. ზემო ბირცხა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 130 metr hündürlükdə, Suxumidən 5 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 343.
Zemo Brolosani
Zemo Brolosani (gürc. ზემო ბროლოსანი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 126 nəfər idi. 2014-cü ildə 97 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Zemo Eşera
Zemo Eşera (gürc. ზემო ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 metr hündürlükdə, Suxumidən 15 km uzaqlıqdadır. 1992-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 258.
Zemo Osiauri
Zemo Osiauri (gürc. ზემო ოსიაური) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1354 nəfər idi. 2014-cü ildə 1059 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Zemo İaştxva
Zemo İaştxva (gürc. ზემო იაშთხვა) - Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 150 m hündürlüktə, Suxumidən 4 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 258.
Demy (müğənni)
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Deno (proqram)
Deno — V8 mühərriki və Rust proqramlaşdırma dilinə əsaslanan JavaScript, TypeScript və WebAssembly üçün işləmə mühiti. Deno Node.js-nin yaradıcısı olan Rayan Dal tərəfindən ortaq şəkildə yaradılmışdır. Deno ayrıca paket meneceri tələb etmək yerinə özü həm işləmə mühiti, həm də paket meneceri rolunu tək bir çalışdırılan proqramda icra edir. == Tarixi == Deno JSConf EU 2018 konfransında Rayan Dal tərəfindən "Node.js haqqında təəssüf etdiyim 10 şey" adlı çıxışında elan edildi. Protocol Buffers kimi serializasiya vasitələrindən istifadə edərək mesajların ötürülməsi yolu ilə sistem çağırışlarının bağlanmasına (ing. system call bindings) nail olmaq və girişə nəzarət etmək üçün əmr sətrində parametrlər təmin etmək məqsədi daşıyan Deno prototipini təqdim etdi. Deno ilk dəfə Go dilində yazılmışdı və imtiyazlı (Go, sistem çağırışı icazəsi ilə) və imtiyazsız (V8) tərəflər arasında serializasiya üçün Protocol Buffers istifadə edirdi. İkiqat iş mühiti və tullantı toplama ilə bağlı narahatlıqlar səbəbindən Go Rust ilə əvəz olundu. Tokio libuv-un yerinə hadisələrlə idarə olunan asinxron platforma olaraq təqdim edildi və FlatBuffers daha sürətli, "zero-copy" serializasiya və deserializasiya üçün qəbul edildi. Lakin 2019-cu ilin aprel ayında seriallaşdırmanın əhəmiyyətli əlavə xərclərini ölçən testlər yayımlandıqdan sonra FlatBuffers 2019-cu ilin avqust ayında silindi.
Ar-deko
Ar-deko və ya Deko — ilk dəfə 1910-cu illərdə (Birinci Dünya Müharibəsindən əvvəl) Fransada ortaya çıxmış və 1920-1930-cu illərin əvvəllərində ABŞ və Avropada çiçəklənmiş vizual incəsənt, memarlıq və sənaye dizaynı üslubu. Ar-deko böyük strukturlardan tutmuş kiçik obyektlərə, o cümlədən insanların görünüşünə (geyim, dəb və zərgərlik) kimi hər şeyin: körpülər, tikililər (göydələnlərdən kinoteatrlara qədər), gəmilər, qatarlar, avtomobillər, yük maşınları, avtobuslar, mebellər və radio və tozsoran kimi gündəlik əşyaların belə daxili və xarici üslub və dizaynına təsir etmişdir. Ar-deko müasir üslubları incə sənətkarlıq və zəngin materiallarla birləşdirdi. O, öz çiçəklənmə dövründə dəbdəbəni, cazibəni, coşqunu və sosial və texnoloji tərəqqiyə inamı təmsil edirdi. Nyu-Yorkun Empayr Steyt Bildinq və Kraysler binası da daxil olmaqla 1920-1930-cu illərdə inşa edilmiş göydələnləri bu üslubun daşıyıcılarıdır. == Xüsusiyyətləri == Ar-deko həm dəbdəbə, həm də müasirliyi ehtiva etdi, çox bahalı materialları və incə sənətkarlığı modernist formalarda birləşdirdi. Ar-dekoda heç nə ucuz deyildi, bu üslubdakı mebel nümunələri fil sümüyü və gümüş ornamentləri ehtiva etmiş, zərgərlik nümunələri isə almazı platin, mərcan və digər qiymətli materiallarla birləşdirmişdir. Üslub okean gəmilərinin, lüks qatarların və göydələnlərin birinci sinif salonlarını, həmçinin 1920-ci illərin sonu və 1930-cu illərdə bütün dünyada böyük kino salonlarını bəzəmək üçün istifadə edilmişdir.
Demon Days
Demon Days — Böyük Britaniyanın virtual musiqi qrupu Gorillaz-ın ikinci studiya albomu. 11 may 2005-ci ildə Yaponiyada, 23 may 2005-ci ildə isə Böyük Britaniyada Parlophone tərəfindən buraxılıb. Albom ABŞ-də Virgin Records tərəfindən satışa çıxarılıb. "Demon Days" 23 ölkənin musiqi çartında ilk onluğa düşüb. Albomdan beş sinql buraxılıb: "Feel Good Inc.", "DARE", "Dirty Harry", "Kids with Guns", və "El Mañana". Albom Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən yaxşı 500 albomu" siyahısında 437-ci yerə layiq görülüb.
Nemo (müğənni)
Nemo Mettler (alm. Nemo Mettler‎; 3 avqust 1999, Bil) — daha çox Nemo mononimi ilə tanınan İsveçrə repçisi və müğənnisi. Nemo, skripka, pianino və barabanda ifa etməyi bacarır. 2024-cü ildə Nemo, İsveçrəni Avroviziya Mahnı Müsabiqəsində "The Code" mahnısı ilə təmsil etmiş və qalib gəlmişdir. 2015-ci ildə Nemo tərəfindən çıxarılmış "Clownfisch" mahnısı İsveçrə hit-paradlarında 95-ci yerə kimi yüksəlmişdir. İfaçının 2017-ci ildə çıxardığı "Du" adlı sinql İsveç hit-paradlarında 4-cü yerə kimi yüksəlmişdir. "ProSieben" telekanalında yayımlanan "The Masked Singer Switzerland" musiqi şousunun 2021/2022-ci illərdə efirə çıxmış ikinci mövsümündə, Nemo, beşinci yeri tutmuşdur. 29 fevral 2024-cü ildə İsveçin 2024 Avroviziya Mahnı Müsabiqəsində Nemo tərəfindən "The Code" mahnısı ilə təmsil olunacağı elan edilmişdir. 9 may 2024-cü ildə Nemo müsabiqənin ikinci yarımfinalında çıxış etmiş və finala vəsiqə qazanmışdır. 11 may 2024-cü ildə Nemo 591 səslə 2024 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.
Daniel Defo
Daniel Defo (ing. Daniel Defoe; ən tezi 1659 və ən geci 1662, London – 24 aprel 1731[…], Murfilds[d], London, İngiltərə) — ingilis yazıçı. == Həyatı == Daniel Defo öz qəhrəmanları kimi çox qalmaqallı həyat yolu keçmişdir. Defonun həyatı cəmiyyətdə özünə yer tutmaq istəyən bir adamın həyatıdır. Daniel Defo ət satıcısı və şam fabrikantı Ceyms Fonun ailəsində 1660-cı ildə anadan olub. Atasının soyadı sadəcə "Fo" idi. Daniel Defo bəzi səbəblərdən soyadının əvvəlinə "De" artırır və ədəbiyyat tarixində Daniel Defo kimi tanınır. Onun ailəsi puritan idi və dissenterlərin dini-fəlsəfi görüşlərinin daşıyıcısı idilər. Defo puritan ruhani akademiysına oxumağa verilsə də, heç vaxt dini həyata güclü meyil etməyib. Onu daha çox kommersiya əməliyyatları cəlb etmiş, amma dəfələrlə iflasa uğradığı üçün kreditorlardan və polislərdən gizlənməli olmuşdur.
DƏMX
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti == Haqqında == Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3 sentyabr 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsinin yaradılması istiqamətində işlər görüldüyü açıqlanıb. Nazirlikdən verilən məlumata görə, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verəcək. Təlimlər, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşması, iş yerlərinin attestasiyası kimi xidmətlər də Mərkəzin fəaliyyət dairəsinə aid olacaq. “Əməyin Mühafizəsi Mərkəzi” xidmət çeşidlərinin artırılmasına və xidmətlərin təkmilləşdirilməsinə şərait yaradacaq. Beynəlxalq Əmək Təşkilatının da rəyi alınmaqla Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanıb və təsdiq edilməsi istiqamətində işlər aparıldığı qeyd edilib. == Xidmət vəzifələri == Xidmət vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Xidmət əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir.