DEMOKRATİKLƏŞ(DİR)MƏ

qeyri demokratik siyasihüquqi rejimdən (avtorizmdən, totalitarizmdən, absolyut monarxiyadan) demokratik siyasi-hüquqi rejimə keçid prosesi; hər hansı bir cəmiyyətdə demokratiyanın təməlinin qoyulması, o cümlədən: cəmiyyət və dövlət idarəçiliyinə geniş ictimai kütlələrin cəlb edilməsi, demokratik idarə institutlarının (ictimai-siyasi təşkilatların: (müstəqil) siyasi partiyaların, digər növ birlik və ittifaqların, eləcə də, kütləvi informasiya vasitələrinin (KİV) və s.) fəaliyyəti və inkişafı üçün bütün zəruri şəraitin yaradılması, əvvəllər mövcud olmamış demokratik instiutların (misal: müstəqil seçki komissiyalarının; teleradio yayım qurumlarının və s.) təsis edilməsi və fəaliyyət göstərməsi üçün zəruri şəraitin yaradılması; seçki sisteminin təkmilləşdirilməsi; yerlərdən, sıravi vətəndaşlardan irəli gələn siyasi təşəbbüslərə və dövlətin, cəmiyyətin idarə edilməsində geniş ictimaiyyətin rəyinə lazım olan qədər diqqətin yetirilməsi; özünüidarə etmənin inkişaf etdirilməsi; aşkarlığın genişləndirilməsi, bunlardan savayı: qanunçuluğun, hüquq qaydasının bərkidilməsi; insan hüquq və azadlıqlarının genişləndirilməsi və, nəhayət demokratiyanın inkişafına mane ola biləcək bütün maneələrin aradan qaldırılması. Tranzitologiya ədəbiyytında D.-nin aşağıdakı yolları fərqləndirilir: a) təkamül (transformasiya) – İspaniya; b) inqilabi (köhnə rejimin çökməsi və ya əvəzedilməsi) – Portuqaliya; c) hərbi təcavüz (məğlubiyyət) – Almaniya, Yaponiya;
DEMOBİLİZASİYA
DEMOKRATİYA

Значение слова в других словарях