DEMOBİLİZASİYA
(latın de-ayrılma, uzaqlaşdırma və mobilis-çevik, mütəhərrik)
1. səlahiyyətli dövlət hakimiyyəti orqanları (dövlət başçıları) tərəfindən artıq silahlı qüvvələrin saxlanılmasına ehtiyacın olmadığı müəyyənləşdirildikdə, müvafiq qərar ilə (sərəncam ilə): ordunun şəxsi heyətinin sayının azaldılması; həqiqi hərbi xidmət keçmiş əsgərlərin ordudan təxris edilməsi (ehtiyata buraxılması); dövlətin, cəmiyyətin (xalqın), iqtisadiyyatın və, hətta ordunun müvafiq şəraitdə hərbi vəziyyətdən - adi (sülh) vəziyyətə keçirilməsi; 2. (məcazi mənada) aktivliyin, sayıqlığın azaldılması (itirilməsi).