demoqrafiya
demonetləşmə
OBASTAN VİKİ
Demon
Demon (q.slav. де́монъ) (q.yun. δαίμων «ruh», «ilah»<ref)— həm müsbət, həm də mənfi rol oynaya bilən, tanrılarla müqayisədə daha aşağı mövqe tutan fövqəltəbii varlıqların və ya ruhların ümumi adıdır. Qədim yunanlarda Daimonia fəlsəfi konsepsiyası mövcud idi. Sokrat və onun davamçıları - Platon, stoaçılar və başqaları, daimonia ilə insanın "daxili səsi"-ni, vicdanı eyniləşdirir. Roma mifologiyasında onlar (lat. genius «ruh»)a<ref, xristianlıqda isə qoruyucu mələyə uyğun gəlir. Xristianlıq dönəmində slavyanlar arasında demon bes sözünün sinonimi olub, Rusiyada XI əsrdən bəri xristianlar bütün bütpərəst tanrıları ümumi demon adlandırdılar. Həmçinin İncil yunan dilindən kilsə slavyan dilinə və rus dillərinə tərcümə edilərkən yunanca demon sözü bes sözü ilə, ingilis və alman İncillərində isə şeytan – ing. devil, alm.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Demon Days
Demon Days — Böyük Britaniyanın virtual musiqi qrupu Gorillaz-ın ikinci studiya albomu. 11 may 2005-ci ildə Yaponiyada, 23 may 2005-ci ildə isə Böyük Britaniyada Parlophone tərəfindən buraxılıb. Albom ABŞ-də Virgin Records tərəfindən satışa çıxarılıb. "Demon Days" 23 ölkənin musiqi çartında ilk onluğa düşüb. Albomdan beş sinql buraxılıb: "Feel Good Inc.", "DARE", "Dirty Harry", "Kids with Guns", və "El Mañana". Albom Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən yaxşı 500 albomu" siyahısında 437-ci yerə layiq görülüb.
Demon sigillərinin siyahısı
Aşağıdakı siyahıda demonların sigil və ya pentaklları göstərilmişdir. Demonologiyada sigil - demonlar, mələklər və digər varlıqlara aid edilən qrafik imzalardır. Mərasim magiyasında bu varlıqların çağırılması üçün istifadə edilən sigillər, onların əsl adlarının qrafik ekvivalenti hesab edilir.
Demon Slayer: Kimetsu no Yaiba
İblis Qatilinin Bıçağı (鬼滅の刃, Kimetsu no Yaiba) — Koyoharı Qotouge tərəfindən yazılıb illüstrə edilən yapon manqa seriyası. Hekayələr ailəsi qətlə yetirildiktən və bacısı bir iblisə çevrildikdən sonra iblis qatili olmaq üçün çalışan yeniyetmə Tanciro Kamadonu izləyir. Şueişanın şonen manqa jurnalı Weekly Shōnen Jumpda 2016 fevralından 2020 mayınadək nəşr olunmuş və bölümləri 23 tankobonda toplanmışdır. Ufotable tərəfindən istehsal olunan 26 bölümlük bir anime TV serialı adaptasiyası 2019-un aprelindən sentyabrınadək yayımlanmışdır. Bir sikvel filmi olan Demon Slayer: Kimetsu no Yaiba — The Movie: Mugen Train isə 2020-nin oktyabrında bazara çıxarılmış və bütün dövrlərin ən çox gəlir gətirən anime filmi olmuşdur. Anime serialının 18 bölümlük ikinci sezonu isə 2021-in oktyabrından 2022-nin fevralınadək yayımlanmışdır. İkinci mövsümdə bir orijinal bölüm, Sonsuzluq Qatarı filmindən yenidən redaktə edilmiş 6 bölüm və manqanın Əyləncə Rayonu hissəsini ehtiva edən 11 bölüm mövcuddur. Manqadakı Svordsmit Kəndi bölümünün olacağı 3-cü sezonun isə 2023-ün aprelində çıxmağı gözlənilir. 2021-ci ilin fevral ayı etibarilə bütün zamanların ən çox satılan 9-cu manqa seriyasının dövriyyədə rəqəmsal versiyalar da daxil olmaqla 150 milyondan artıq kopiyası var idi. Seriya, habelə 2019 və 2020-nin ən çox satan manqası olmuşdu.
Demonetizasiya
Demonetizasiya — dəyərli əmtəənin, məsələn, qızılın, gümüşün və ya hansısa sikkənin pul funksiyalarını itirməsi prosesi.
Demonim
Demonim — müəyyən bir yerin sakinlərini və ya yerlilərini adlandırmaq üçün sözügedən yerin adından yaranmış sözdür. Bu son vaxtlarda edilmiş bir termindir daha öncəsində isə gentilic Oxford İngilis lüğəti tərəfindən işlədildi. Çindəki yerli xalq üçün Çinlilər, Svahili sahili yerliləri üçün Svahililer ya da Vasvahililer, Amerika Birləşmiş Ştatları üçün Amerikalılar kimi nümunələr verilə bilər. == İstinadlar == ^ George H. Scheetz (1988). Names' Names: A Descriptive and Pervasive Onymicon. Schütz Verlag.
Demonlaşdırma
Demonlaşdırma və ya demonizasiya (ing. demonization) — politeist tanrıların monoteistlər tərəfindən şər, yalançı cinlər kimi şərh edilməsi. Bu termin sonradan genişlənərək, fərdlərin, qrupların və ya siyasi qurumların hər hansı bir pislik kimi səciyyələndirilməsini nəzərdə tutur. == Siyasi termin kimi == Bu termin onu ifadə edir ki, hər hansı bir siyasi lider və ya siyasi qrup, ideologiya, bəzən bütöv bir dövlət hədəfə alınır, onun fəaliyyətində olan mənfi cəhətlər xüsusi olaraq şişirdilir, üstünə beşi də qoyulur, müsbət cəhətlər gözdən və dəyərdən salınır, olmayan günahlar uydurulur və ajiotajla təbliğ olunur və s. Əksər hallarda "demonlaşdırma" texnologiyası düşmən hesab olunan xarici ölkələrə, liderlərə və cəmiyyətlərə qarşı tətbiq olunur. Çünki bu texnika adətən xarici bir ölkəyə qarşı hansısa xüsusi addım (hərbi müdaxilə, daxili qarşıdurma, çevriliş, inqilab və s.) atılmamışdan öncə tətbiq olunur və məqsədi öz əhalisi, tərəfdarları, ordusu, müttəfiqlərini öz ətrafında daha sıx cəmləmək və düşmən tərəfi demoralizasiya etməkdir. == Demonlaşdırma texnikaları == Demonlaşdırmanın müxtəlif texnikaları mövcuddur. Demonlaşdırma texnikası bütün cəmiyyət və dövlətə qarşı yox, onun liderinə qarşı tətbiq olunanda daha effektiv hesab olunur. Hesab olunur ki, düşməni "personallaşdırmaq", bir sima - lider üzərində cəmləmək lazımdır ki, həm o cəmiyyət "demonlaşdırılsın", çünki "onların lideri fəsadçı, zalım, satqın, bütün şərin timsalıdır", həm də cəmiyyət özü daha yaxşı demoralizə olsun. == Nümunə == 2010-cu il üzrə ABŞ üçün İran, Şm.Koreya, Suriya "şər üçbucağı" idi və hər üçü əleyhinə təbliğat aparılırdı.
Demonologiya
Demonologiya (demon + logiya) — mənfi ruhlar haqqında təlim. Demonoligya Kainatın xeyir və şər dünyasına dualist bölgüsünə əsaslanan dinlərdə – zərdüştilikdə və manilikdə xüsusi əhəmiyyətə malikdir. Demonologiyada başlıca istiqamətlər şər ruhların xüsusiyyətlərinin və davranışlarının öyrənilməsi, onları çağırmaq, tabe və idarə etmək, yaxud mübarizə aparmaq və qovmaq anlayışlarının təsvir edilməsidir. Demonologiya folklorda, bədii ədəbiyyatda, mifologiyada da əksini tapmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Bamberger, Bernard, Jacob. Fallen Angels: Soldiers of Satan's Realm. Jewish Publication Society of America. 2006. ISBN 0-8276-0797-0. Langton, Edward.
Demonratik Monteneqro
Demonratik Monteneqro (serb. Демократска Црна Гора / Demokratska Crna Gora) — mərkəzçi və Monteneqroda universal partiya. Hazırda partiyanın 2016-cı ildə seçilmiş 8 millət vəkili var. İndiki lideri və qurucusu Alexa Beçiçdir. == Tarix == Demonratik Monteneqro 2015-ci ildə Sosialist Xalq Partiyası fraksiyasının bölünməsi və Monteneqro Parlamentində iki millət vəkili ilə təmsil olunan yeni bir siyasi partiyanın qurulması ilə formalaşır. 2016-cı ilin oktyabr ayında keçirilən parlament seçkilərində Demokratlar millət vəkil sayını 2-dən 8-ə qaldırır və həmin il keçirilən yerli seçkilərdən sonra partiya Budva və Kotor bələdiyyələrinin bələdiyyə başçıları vəzifələrini ələ keçirməyi bacarır. 2017-ci ilin may ayında Hersev Novi şəhərində keçirilmiş yerli seçkilərdə partiya 34 yerdən 9-u qazanır və yerli hökuməti quran müxalifət koalisiyasına rəhbərlik edir. 2018-ci ilin martında demokratlar, Demokratik Cəbhə, Sosialist Xalq Partiyası, Birləşmiş Reformasiya Fəaliyyəti kimi müstəqil namizəd Mladen Bojanicin 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində Monteneqro prezidentliyinə namizədliyini dəstəkləməyə qərar verir. Seçkilərdə Bojaniç səslərin 33,40 % -i toplayaraq Mila Cukanoviçdən sonra ikinci yeri tutur. 2018-ci il yerli seçkilərində demokratlar bir sıra bələdiyyələrdə Birləşmiş Fəaliyyət Reformu ilə seçki koalisiyası qurur.
Emili Rouzun altı demonu (film, 2005)
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
Moris Qodfrua-Demonbin
Moris Qodfrua-Demonbin (fr. Maurice Gaudefroy-Demombynes; 15 dekabr 1862 – 12 avqust 1957) — fransız şərqşünası və ərəbşünası. Moris Qodfrua-Demonbin 15 dekabr 1862-ci ildə Fransanın Amien şəhərində doğulmuşdu. Hüquq təhsili aldıqdan sonra Əlcəzairə gedərək orada Rene Bassetnin tələbəsi oldu; Ərəb dili və ədəbiyatı haqqında geniş bilgi aldı. Parisə dönüncə "École des langues orientales"ə daxil oldu. 1895-ci ildə Əlcəzairdə Tilimsan məktəbində müdir olaraq çalışdı. 1898-ci ildə yenidən Parisə döndü və "École des langues orientales"də kitabxana müdiri, 1911-ci ildə də eyni məktəbdə Ərəb dili müəllimi kimi işlədi. 1923-cü ildə altmış bir yaşında ikən doktorluğunu tamamladı və Paris Universiteti Ədəbiyyat fakültəsinə müəllim təyin edildi. 1927-ci ildə Sorbonnaya bağlı "École des hautes études"dəki İslam Araşdırmaları Mərkəzinə müdir vəzifəsinə dəvət edldi. 1935-ci ildə "Académie des inscriptions et belles lettres"e üzv seçildi.
Qızılın demonetizasiyası
Qızılın demonetizasiyası — qızlın tədricən özünün pul funksiyalarını itirməsi. Demonetizasiya Аникин А.В. Золото: Международный экономический аспект. M, Наука, 1988. Королёв И.С. Валютные отношения капитализма: экономика и политика. M, Наука, 1988.

Значение слова в других словарях