Moris Qodfrua-Demonbin (fr. Maurice Gaudefroy-Demombynes; 15 dekabr 1862[1][2] – 12 avqust 1957[1]) — fransız şərqşünası və ərəbşünası.
Moris Qodfrua-Demonbin | |
---|---|
fr. Maurice Gaudefroy-Demombynes | |
Doğum tarixi | 15 dekabr 1862[1][2] |
Vəfat tarixi | 12 avqust 1957[1] (94 yaşında) |
İş yerləri |
|
Təhsili |
|
Moris Qodfrua-Demonbin 15 dekabr 1862-ci ildə Fransanın Amien şəhərində doğulmuşdu. Hüquq təhsili aldıqdan sonra Əlcəzairə gedərək orada Rene Bassetnin tələbəsi oldu; Ərəb dili və ədəbiyatı haqqında geniş bilgi aldı. Parisə dönüncə "École des langues orientales"ə daxil oldu. 1895-ci ildə Əlcəzairdə Tilimsan məktəbində müdir olaraq çalışdı. 1898-ci ildə yenidən Parisə döndü və "École des langues orientales"də kitabxana müdiri, 1911-ci ildə də eyni məktəbdə Ərəb dili müəllimi kimi işlədi. 1923-cü ildə altmış bir yaşında ikən doktorluğunu tamamladı və Paris Universiteti Ədəbiyyat fakültəsinə müəllim təyin edildi. 1927-ci ildə Sorbonnaya bağlı "École des hautes études"dəki İslam Araşdırmaları Mərkəzinə müdir vəzifəsinə dəvət edldi. 1935-ci ildə "Académie des inscriptions et belles lettres"e üzv seçildi. Əlcəzairdə qaldığı müddət içində Məğrib və Əndülüs tarixiylə ilgilendi və bu bölgələrdəki Ərəb ləhcələri üzərində çalışdı.
Moris Qodfrua-Demonbin 12 avqust 1957-ci ildə Parisdə vəfat etdi.