DESTABİLİZASİYA

(latın de-ayrılma, uzaqlaşdırma və stabilius - sabit, dayanıqlı) (sabitliyin əleyhinə) mütarazlığın pozulması; qeyri-sabitliyə, nizamsızlığa, özbaşınalığa və s. nail olmaq məqsədlərinə xidmət edən, formalaşmış qaydaqanunun pozulmasına xidmət edən hərəkət (və ya vəziyyət). Siyasi qüvvələr nisbətinin dəyişməsi (pozulması) və ya xarici təsir əsnasında dövlət daxilində və ya region daxilində ictimai-siyasi həyatın adi (normal) axarına ciddi təsir göstərə biləcəyinə real zəmin yaradan və ya artıq baş verən siyasi aksiya və ya siyasi mühit. Siyasi D.-dan savayı hərbi-siyasi, iqtisadi-siyasi D. növləri mövcuddur. D.-nın apogeyası arzuolunmaz şəxslər tərəfindən hakimiyyət resurslarının ələ keçirməsi, dövlətin ərazilərinin parçalanması və, hətta dövlətin süqutu ilə nəticələnə bilər.
DESPOTİZM
DESTRUKTİV