DİŞLƏMƏ

Dişləmək”dən f.is.
□ Dişləmə çay – kiçik qənd parçası və ya şirni ilə içilən çay; acı çay.
Dustaqların hərəsinə bir yekə qara çörək ilə bir stəkan dişləmə çay gətirdilər. C.Məmmədquluzadə.
[Xortdan:] Bir nəfər … qabağında bir stəkan dişləmə çay … bir kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev.
[Qənbərqulu:] [Əsgərin] yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi. B.Talıblı.

Синонимы

  • DİŞLƏMƏ acı (çay)
  • DİŞLƏMƏ kəsmə
  • DİŞLƏMƏ sancma — çalma — vurma

Антонимы

  • DİŞLƏMƏ DİŞLƏMƏ – ŞİRİN Bəlkə, biri çayı şirin içməyəcək. Dişləmə içəcəkdir (S.S.Axundov)
DİŞLƏM
DİŞLƏMƏK

Значение слова в других словарях