DİBAÇƏ

is. [ fars. ] ədəb.
1. Keçmişdə: kitabın qızıl suyu ilə nəqşlərlə bəzənmiş müqəddiməsi, ilk səhifələri.
2. Giriş, müqəddimə. Füzuli divanının “Dibaçə”si.
// Məc. mənada.
[Mirzə Fətəli:] Sözünü buyur, dibaçə lazım deyil. Ə.Haqverdiyev.

Синонимы

  • DİBAÇƏ dibaçə bax müqəddimə
  • DİBAÇƏ giriş — müqəddəmə
DİBA
DİBCİK
OBASTAN VİKİ
Dibaçə
Dibaçə (ərəb-fars sözü olub, “zərif çiçəkli ipək, qumaş parça” sözündən) — 1) kitabın zər-naxışla bəzənmiş ilk səhifələri; 2) Klassik Yaxın və Orta Şərq ədəbiyyatında müəllifin öz əsərinə, yaxud külliyyatına nəsr və ya nəzmlə yazdığı müqəddimə. Dibaçədə bir qayda olaraq, əvvəlcə Allah və Məhəmməd peyğəmbər tərif edilir, sonra dövrün hökmdarı mədh olunur, sonda isə müəllifin əsəri yazmaqda məqsədi və kitabın hansı fəsillərdən ibarət olduğu göstərilirdi. Dibaçələr çox zaman qafiyəli nəsrlə yazılırdı. Məhəmməd Füzulinin Azərbaycan və fars dillərində divanlarına, “Leyli və Məcnun” və sair əsərlərinə yazdığı müqəddimələr dibaçənin kamil nümunələridir. Azərbaycanca divanına nəsrlə yazdığı dibaçədə Füzuli özünün şairliyə başlamasından, türkcə (Azərbaycan dilində) lirik şeirlər qəzəllər) yazmasının səbəblərindən, həmçinin bədii söz sənətinin bir sıra mühüm məsələlərindən bəhs edir. Bəzən müəlliflər dibaçədən sonra kitabdakı əsərlərin məzmunu, bədii xüsusiyyətləri və s. haqqında ayrıca “müqəddimə” də verirlər. Belə hallarda dibaçədə ancaq müəllifdən, əsərin yazılma tarixindən və bölmələrindən danışılır; 2) Seyid Əzim Şirvaninin “Əsərləri”nin 3-cü cildində (1974) həm dibaçə, həm də müqəddimə var. == Mənbə == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.

Значение слова в других словарях

-яни-(е) вулканизова́ться есау́льствовать и́змала испепеля́юще паф све́даться гро́мче изруга́ться напряжённость повто́рно раздра́й терра́сами транснациона́льный астра 'strewth balista coralliferous crooked nail felicitous scentless slughorn unbudgeable неуспеваемость публичность