DİDİLMƏK

f.
1. Didik hala gəlmək, didikdidik olmaq, lif-lif, tel-tel ayrılmaq, dağılmaq, yıpranmaq. Paltarı didilmək.
– Didilməkdən çuxamda da bir sağ tikə qalmamışdı. S.Rəhimov.
Döşəklərin yunu çırpılır, didilir və təzədən salınır. Ə.Abasov.

2. Zülmə, işgəncəyə, məhrumiyyətə məruz qalmaq.
Vaxtilə fanatizm pəncəsində didilən insanların həyatı artıq təzələnməkdə idi. S.Şamilov.

// məc. Mənəvi əzab və iztirab çəkmək, parça-parça olmaq; xırpalanmaq.
Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı. C.Cabbarlı.
[Gülnaz] ananın nələr çəkdiyini, qəlbinin parça-parça didilib dağıldığını bilmədi… M.İbrahimov.

Синонимы

  • DİDİLMƏK dağılmaq
DİDİLMƏ
DİDİM-DİDİM

Значение слова в других словарях