1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq.
Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi.
2. Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında). Qarğalar leşi didirlər. – Dilin olmasa, gözünü qarğalar didər. ( Ata. sözü ).
Ovlayıb öz şikarını uçaraq; Qonur, orda didib yeyir çalağan.
// Dırnağı, dişi və s. ilə parça-parça etmək, tikə-tikə etmək, doğrayıb tökmək.
O, əlindəki bir parça kağızı dişi ilə didib vaqona püfləyirdi.
// məc. Ruhi əzab vermək, iztirab vermək, incitmək; xırpalamaq.
[Hacı Murad:] Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz.
[İncə:] Onun görkəmi ürəyi didir.
Bildilər o zaman Hacı bəhərçin; Didəcək onları qurddan da betər.
□ Bir-birini didmək – vuruşmaq, dalaşmaq, çeynəşmək, boğuşmaq, didişmək.
[Məsmə:] Orda adamlar birbirini didirmişlər.
3. Cırmaqlamaq, saçlarını yolmaq.
Gülnaz əlləri ilə [Məmmədin] üzünü, gözünü didir, çırpınıb çıxmağa can atırdı.
Gülüş iti dırnaqları ilə Məmişin üzgözünü didməyə başladı.