DİNCLİK

is.
1. Rahatlıq, sakitlik, istirahət.
Mənə alın tərimlə qismət oldu dincliyim. S.Rüstəm.
Bəli, Şamama dincliyi, rahat oturmağı başqa cürə başa düşən adamdı. Ə.Əbülhəsən.

□ Dinclik bilməmək – istirahət etməmək, rahatlıq bilməmək, daim çalışmaq, işləmək, fəaliyyətdə olmaq.
Dinclik verməmək – rahat qoymamaq, daim narahat etmək, dinc qoymamaq.
…Məcid [Ninaya] dinclik vermirdi. M.S.Ordubadi.

Dincliyi tutmamaq – işsiz, fəaliyyətsiz, hərəkətsiz dura bilməmək, rahatlıq bilməmək.
2. Asayiş, əmin-amanlıq, arxayınlıq; sakit, dinc vəziyyət.
Məmləkətin hüdudlarında dinclik hökm sürməyə başlamışdı. M.S.Ordubadi.

Синонимы

  • DİNCLİK dinclik bax 1. sülh 1; 2. əmin-amanlıq; 3. istirahət
  • DİNCLİK rahatlıq — sakitlik — istirahət
  • DİNCLİK asayiş — əmin-amanlıq — arxayınlıq

Антонимы

  • DİNCLİK DİNCLİK – NARAHATLIQ Dedim: – Şirin şey varmı həyatda dinclik kimi? (S.Rüstəm); Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir (S
DİNCLƏŞMƏK
DİNÇİ

Значение слова в других словарях